[email protected] +994997971227

Hava nəqliyyatında Böyük Data analizi

Əsas səhifə >Data bloqu >Hava nəqliyyatında Böyük Data analizi

Hava nəqliyyatında Böyük Data analizi

Əgər havayolu sənayesini  iki sözlə təsvir edəsi olsaq “kəskin rəqabət” deyə bilərik.  Hava yolu sənayesi hər il milyonlarla dollar qazandırır və gəlirli sahə olmaqla yanaşı gəlir həssaslığı, dövrü və mövsümi dəyişkənlik, kəskin rəqabət, hökümət müdaxiləsi, yüksək sabitliyə və marjinal dəyərə (bir məhsuldan başqa bir məhsul əldə etmək üçün lazım olan əlavə dəyər, qiymət) malik problemli sənaye hesab edilir. Hava nəqliyyatında yaranan problemləri həll etmək və nəqliyyatı inkişaf etdirmək məqsədilə Böyük Data analizləri həyata keçirilir.

Bir təyyarənin 6 saatlıq uçuşu ərzində təxminən 240 terabaytlıq data toplanır. Böyük Data texnologiyaları qurum daxilində ağıllı idarəetmə və qərarvermə sistemini təmin edir. Data analizlərinin əsas faydası mövcud və gələcəkdəki bazar tələblərinə zamanında cavab vermək, daha yaxşı planlama və strateji olaraq ən yaxşı qərar verməni təmin etməkdir. Bu avantajların zamanında və məntiqli  şəkildə əldə edilməsi və istifadəsi nəticəsində daha aşağı əməliyyat xərclərinə, daha yaxşı müştəri xidmətinə, bazarda rəqabət gücü və artan marj dəyərinə malik olmaq mümkündür.

Büyük data analizinin hava nəqliyyatı sənayesindəki faydaları aşağıdakılardır:

Performans ölçmələrində böyük data analizi 

 Hava yolları global rəqabətçi bir bazara malikdir və bu səbəbdən tez bir zamanda və düzgün şəkildə günlük və həftəlik performans ölçmələrini, əməliyyat xərclərini və hər təyyarənin sektor/marşrut üzrə uçuşunun xalis qazanclarını, illik uçuş hesabatlarını tələb edir. Məsələn, aşağıda ABŞ-ın nəqliyyat statistika bürosunun verdiyi datalara əsasən hazırlanan illik hesabatdan nümunə göstərilmişdir.

Burada illər üzrə daxili və xarici uçuşlarda toplam sərnişin sayının necə dəyişdiyi göstərilmişdir. Qrafikə əsasən müəyyən olunmuşdur ki,  həm daxili, həm də xarici uçuşlarda sərnişin sayının azalması 2008-2009-cu illərə təsadüf edir. Bu datalara əsasən nəticələr çıxarılır, səbəbləri araşdırılır.

Risklərin idarə edilməsində data analizi 

Uçuş əsnasında yaranan gərginliklər, hava şəraiti ilə bağlı baş verən problemlər, hava tıxacı müşahidə məlumatları və s.dən ibarət dataların kombinasiyasından istifadə edərək riskləri müəyyənləşdirmək mümkündür və bunun üçün analiz programı olan Data4Safety tətbiq edilir.

Təyyarə hissələri ilə bağlı proqnozda data analizi  

Təyyarə motorları və ətraf mühitin istilik, rütubət, təzyiq və s. xüsusiyyətlərini sensorlar qeydə alınır. Sonra bu göstəricilər analiz edilir. Nəticədə müxtəlif hissələrin nə zaman sıradan çıxacağını və hansı qabaqlayıcı tədbirləri həyata keçirə biləcəklərini təxmin edirlər. Hər hansısa bir parçanın sıradan çıxmadan öncə dəyişdirilməsi, parça işlək halında xarab olub dəyişdirilməsindən daha az maliyyət  tələb edir və uyğun zaman planlaşdırılır. Yəni bir antenanın dəyişdirilməsinə 8 saat zaman lazımdır və vaxtında xəbər tutmasaq bu dəyişdirmə prosesi uçuşun gecikməsinə səbəb ola bilər. Bu səbəbdən hər hansısa bir hissənin xarab olma vaxtını əvvəlcədən bilib təyyarə üçün uçuşun planlanmadığı bir vaxtda təmiri həyata keçirə bilərik. Məsələn, aşağıda nasazlıqla bağlı proqnozu əks etdirən nümunə verilmişdir. Proqnozlar hansı antenaların nə zaman dəyişdirilməsi lazım olduğunu bildirir.

Uçuşların optimallaşdırmasında datanın rolu

Hava yolu şirkətləri gəliş/gedişlər, hava xüsusiyyətləri və digər dataları bir arada analiz edərək uçuşları daha yaxşı idarə edə bilər, gecikən və ya təxirə salınmış uçuş sayını minimuma endirə bilərlər.

Yanacaq istifadəsində data analizinin rolu 

Yanacaqdan qənaətlə istifadə etmək üçün dataları analiz edirlər. Məsələn, küləyin sürəti, ətrafın temperaturu, təyyarənin ağırlığı və s. məlumatlar birbaşa təyyarəyə qoşulan sensorlar tərəfindən qeydə alınır. Yanacaq, sərnişin və yüklərlə bağlı datalar hava şəraiti ilə bağlı olan datalarla birliktə analiz edilir. Hava yolları bu analizləri uçuşun əlavə edilməsi və ya çıxarılması, hər təyyarə üçün yanacaq miqdarını tənzimləmə və əlavə sərnişin biletləri satmaq kimi qərarların alınmasında istifadə edirlər.

Müştərilərin fərdiləşdirilməsində datanın tətbiqi

Birləşmiş Hava yolları müştərilərin şəxsi profillərinin hazırlanmasına maraqlıdır. Hava yolları müştəri ilə əlaqəsini genişləndirmək və daha yaxşı xidmət göstərmək məqsədilə müştərilərin şəxsi profillərinin hazırlanmasına başladı. Əvvəllər Facebook, Twitter, Instagram kimi sosial paylaşımlar edən platformaların heç birindən istifadə etməsə də bu gün bu sosial şəbəkələrdən faydalı şəkildə istifadənin yolunu kəşf etmişdir. Sərnişinin sosial statusunu, iqtisadi vəziyyətini detallı şəkildə analiz edərək bunu öz lehinə fürsətə çevirməyi bacardı. Bu gün  hava yollarının əlində hər sərnişin haqqında şəxsi informasiyadan səyahət bağımlılığına, özəl zövqlərindən təyyarədə yemək və içmək seçimlərinə, otel və maşın kirayələməsinə qədər çox dəyərli datalar vardır.

Hava yolları artıq bu suallara cavab axtarmaqla öz gəlirlərini artırmağı planlaşdırırlar: Sərnişinlərin səyahət xərclərini azaltmağa kömək ola bilərik mi? Səyahət edəcəyi ölkənin SIM kartından istifadə edəcəksə, hələ təyyarədə olarkən bunu sərnişinə sata bilərik mi? Müştərilərin hava limanında taksi sifariş etmələrinə, mobil telefonunun enerjiyə ehtiyacı varsa bunu əvvəlcədən öyrənib kömək edə bilərik mi? Evlilik ildönümünü təyyarədə olan bir sərnişinin yoldaşına özəl bir hədiyyə almasını necə təmin edə bilərəm və ya doğum günü olan sərnişinə özünü necə dəyərli hiss etdirə bilərik? Şirkətlər bu və ya buna bənzər başqa sualların cavabını, həmçinin sərnişinin olduğu təyyarənin qalxma və enmə saatı, oturacaq başlıqları, səyahət etdiyiniz nəfər sayısı, kredit kartlarından qazanılan xal sayı, hava limanında edilən alış-veriş və s. 150-dən çox məlumatları datanın dəyişkənlərində toplananlara əsasən əldə edə bilərlər. Onlar big data olaraq adlandırılan dataları istifadə edərək sadiq sərnişinlərini özlərini dəyərli hiss etdirəcək özəl avantajlarla təmin edir, təqdim edilən xidmətlərlə bağlı baş verən əksiklikləri yaxından izləyib sürətli bir şəkildə müdaxilə edir və sərnişinlərə yeni seçimlər və təkliflər təqdim edir.

Amerikan Hava yolları müştəriyə aid informasiyaları “topla, başa düş və istifadə et” devizi ilə yeni konsepti həyata keçirdi. Amerika sərnişinin kimliyinə və satın ala biləcəyi məhsula baxır, onun satın ala biləcəyi və ona özəl olan məhsullar təqdim edir. O bu datalardan istifadə etməklə ildə yüzdə 15 əlavə gəlir əldə etdi.

Göründüyü kimi dataların müxtəlif sahələrdə olduğu kimi hava nəqliyyatı sənayesində də rolu böyükdür, sadəcə həmin dataları düzgün şəkildə toplayıb analiz edib lazımi istiqamətlər üçün istifadə etməyi bacarmaq lazımdır.

 

Referans:

http://blog.tyronesystems.com/how-big-data-can-improve-customer-experience-risk-management-in-aviation-industry

https://www.experfy.com/blog/using-big-data-analytics-for-predictive-maintenance-how-enterprises-slash-downtime

http://www.bigdatanalysis.com/big-data-analytics-airlines/       

https://www.promptcloud.com/blog/five-interesting-use-cases-of-big-data-analytics-in-airline-industry/

https://hortonworks.com/article/how-big-data-in-aviation-is-transforming-the-industry/         

http://www.kokpit.aero/havayollarinin-elindeki-gizli-hazine-buyuk-veri

 

 

Daha çox oxu:

Data analitikasının logistikada sektorunda rolu 

Proqnozlaşdırıcı analitikanın kənd təsərrüfatında rolu

Data analitikasının tibbdə tətbiqi

Könül Həsənli

None