[email protected] +994505971227

Big data analitikasının yaratdığı imkanlar

Əsas səhifə >Data bloqu >Big data analitikasının yaratdığı imkanlar

Big data analitikasının yaratdığı imkanlar

Big Data hər yerdədir. Hər kəs bu konsepsiyadan danışır, amma çox az insan Big Data-nın faydalarını sadalaya və ya bunun bizneslərinə necə kömək edə biləcəyini söyləyə bilər.

Big Data-nın biznesdə yaradılan böyük həcmli informasiya toplusundan ibarət olduğunu söyləmək mümkündür. Lakin informasiyanın miqdarı şirkətlərin onunla necə davranacağı qədər əhəmiyyətli deyildir. Big Datanın köməyi ilə şirkətlər daha yaxşı qərarlar qəbul etmək və ya stratejik davranmaq üçün lazım olan məlumatları əldə edə bilərlər.

Son illərdə multimedia fayllar, Cloud, smartfonlar və sosial şəbəkələrin böyüməsi səbəbindən Big Data texnologiyasında artım olmuşdur. İndiki dövrdə misli görünməmiş miqdarda məlumat var və təşkilatların Big Data-dan faydalanıb bütün işə yarayan və lazımlı məlumatları əldə etməsi onların öz əllərindədir. Ənənəvi sistemlər böyük miqdarda strukturlaşdırılmamış məlumatları təhlil edə və saxlaya bilmir. Təşkilatlar strukturlaşdırılmamış datadan lazımi emal məlumatları və ya müştərilər və biznes üçün faydalı informasiyanı almaq üçün Big Data İdarə həll yollarından istifadə edirlər.

 

Big Data Analitikasının faydaları

Big Data İdarə həlləri şirkətlərə real vaxtda yüzlərlə müxtəlif mənbələrdən cürbəcür məlumatların istifadəsinə imkanı verir. Müştəriyə daha yaxşı marketinq təkliflərinin təqdim edilməsi və onunla daha effektiv qarşılıqlı əlaqənin qurulması şirkətin müştəri ilə daha uzun və daha faydalı əlaqələr əldə etməsinə gətirib çıxarır. Bu da öz növbəsində müştərinin şirkətə olan öhdəçiliyini artırır.

Qabaqcıl Big Data Analitika həlləri ilə hazırlanan Big Data Analitikası təşkilatlara bütün müştəri profillərini təqdim edərək onları əlaqə qurduğu hər bir nöqtədə daha çox spesifikləşdirilmiş müştəri təcrübələri ilə təmin edir.

Big Data İdarəetmə həlləri məlumatların nişlərini aradan qaldırır. Beləliklə, təşkilatlar hər bir müştərinin davranışının detallı qeydlərinin qurulmasına imkan verən saysız təsviri, hesablanmış və sektora özəl metrikləri olan müştərilərin unikal görünüşünü əldə edə bilirlər. Bu profillər müştərilər və onların əməliyyatlarına dair dərin biliklər əldə edən təşkilatlar üçün müştəri haqqında qlobal bir anlayış yaradır.

Gerçək odur ki, məlumatların həcmi artmaqda davam edərkən onun şirkətlərə verdiyi söz də artmaqdadır. Bu, şirkətlərə məlumatların müvafiq layihələrə, proqnozlara və trendlərə çevrilməsinə imkan verir. Big Data Analitikasının bəzi faydalarını aşağıdakı siyahıda görə bilərsiniz:

  • Xarici mənbələr, İnternet, sosial şəbəkələr və ya şirkət məlumatları bazasında saxlanılanlar kimi bir çox qaynaqlardan əldə edilən məlumatlarla şirkətlər fikir sahibi ola bilərlər.

  • Şirkətlər real vaxt proqnozlaşdırılması və monitorinqini icra edərək işlərin icrasına və ya əməliyyatlarına təsir göstərə bilərlər.

  • Analitikanın vasitəsilə şirkətlər fərqli texnikalarla məlumatları tapa, əldə edə, çıxara, dəyişdirə, təhlil edə və qarşılaşdıra bilərlər.

  • Planlaşdırılmamış hadisələrlə əlaqədar çətin qərarları daha sürətli bir şəkildə optimallaşdıraraq riskləri azalda bilərlər.

  • Satınalma vərdişlərinə əsasən müştərilərə təkliflər yaradıla bilər.

  • Müştərinin öhdəliyi və onun sadiqliyi artırıla bilər.

 

Referans:

https://www.dataversity.net/many-benefits-big-data-company/

 

Daha çox oxu:

Data əsaslı marketinq 

Telekommunikasiya şirkətlərində data analizi

Satışda data analitikasının rolu

Bahar Əsgərova

None