Gələcəyin sahəsi olan Data Analitikasının HR-da tətbiqini sıfırdan praktiki şəkildə öyrənin!
Təlim müddətində yerli və xarici əmək bazarının SQL PL/SQL Developer/Reporter vakansiyalarının tələblərinə uyğun peşəkar bacarıqlara yiyələnəcəksiniz.
Microsoft Excel ilə Analiz və Reporting üzrə bacarıqlara Microsoft Partnyoru qurumda Microsoft Sertifikatlı peşəkardan yiyələnin!
Təlim müddətində yerli və xarici əmək bazarının SQL Developer/Reporter vakansiyalarının tələblərinə uyğun peşəkar bacarıqlara yiyələnəcəksiniz.
Praktiki Python ilə Data Science təliminə qoşulmaqla sıfırdan datanıza əsasən gələcək trendləri proqnozlaşdırmağa qədər peşəkar bacarıqlar öyrənəcəksiniz!
"R ilə Data Science" təlimində R ilə tətbiq olunan, analiz və modelləşmədə ən çox istifadə olunan müxtəlif data analitikası texnikalarını mənimsəmiş olacaqsız.
Praktiki Power BI ilə Reporting təlimində datanın təmizlənməsini, vizuallaşdırılmasını, Marketing, Risk, və Maliyyə hesabatlarının qurulmasını öyrənəcəksiniz.
Ənənəvi marketinqin öz data əsaslı marketinqə verdiyi vaxtda sıfırdan peşəkar data əsaslı marketinq və satış bacarıqlarına yiyələnin!
Həqiqətən çox faydalı təlim idi. Bir qərarverici şəxs olaraq əməkdaşlıq etdiyimiz şirkətlərin cari vəziyyəti haqqında reportların hazırlanmasında qərarların data üzərindən verilməsi, bunun üçün müxtəlif dashboardların hazırlanması, vizuallaşdırma və təsviri statistika bacarığına bu sahədə savadı, təcrübəsi ilə öz sözünü demiş peşəkar təlimçi Kamal müəllimin sayəsində sahib olduq. Müxtəlif istiqamətlərdən daxil olan dataların bir mənbədə toplanması SQL bacarığı ilə dataların bazalardan çəkilməsi, analizlərin aparılması üçün R, SPSS, Power BI kimi proqramlarda işləməyin vacibliyini öyrəndik. Dəyərli Kamal müəllimə xüsusi təşəkkür edirəm. Data SoCool ailəsi daim zirvələrdə!
Bu kursun yekununda tam olaraq söyləyə bilərəm ki, yeni biliklər əldə edə bildim. Adətən əksər kurslar başlanğıcda yüksək vədlər təklif etsə də, sonda həmin vədlərin söz yığını olduğu görülür. Düşünürəm ki, hər bir kəs bu tipli kurslarda iştirak etməklə ilk növbədə yeni bilik əldə etmək istəyir. Bu baxımdan, əminliklə söyləyə bilərəm ki, təşkil etdiyiniz kurs uğurlu alındı. Kamal müəllimə isə xüsusilə təşəkkür edirəm. Biliklərini əsirgəmədən bizimlə paylaşması təqdirəlayiq haldır.
Tamamilə sıfırdan və heç bir biliyə sahib olmadan başladığım bir sahədə qısa zamanda bir belə informasiya qəbul edəcəyimi heç vaxt düşünməzdim. Amma buna Data SoCool sayəsində nail oldum. Dərs rejiminin innovativliyindən əlavə, kurs rəhbərliyinin daimi bizimlə maraqlanmasının və Coşqun müəllimin dərsdən kənar mentorluğunun faydasını xüsusilə hiss elədim. Azərbaycanda belə fəaliyyət göstərən kursların azlığını nəzərə alsaq, Data SoCool-un gələcəkdə indikindən qat-qat daha böyük auditoriyaya xidmət edəcəyindən əminəm. Təşəkkürlər!
Data SoCool-da Analysis and Reporting with Excel təlimində iştirak etdim. Data sahəsində mütəxəssis olmaq istəyən hər kəsə bu sahədə biliklərini möhkəmləndirməyi məsləhət görürəm. Mənə görə Data SoCool datalarla iş üzrə təlimlərdə tərəddüd etmədən etibar edilə biləcək tədris məkanıdır! Təliminiz keyfiyyetli, təlimçiniz Aydın Bağırov isə savadlı və təmkinlidir. Gülərüz komandanız, xoş münasibətiniz, əhatəli bilgiləriniz üçün təşəkkür edirəm! Sizinlə öyrənmək gözəl idi!
Data SoCool tərəfindən təşkil olunan təlim gözləniləndən çox daha dərin və praktik cəhətdən zəngin oldu. Satış və marketinq üzrə dataların istifadəsindən proqnozlaşdırılmasına qədər geniş öyrənmə xətti tamamilə əhatə olundu.
Kamal müəllimin aydın və hərtərəfli izahı ən çətin hissələri belə daha rahat anlamağa, daha həvəslə qavramağa kömək etdi. Öyrəndiklərimin tətbiqi ilə artıq yeni təhlillər aparır, biznes proqnozları tərtib edə bilirəm.
Bu günün və gələcəyin ən mühüm istiqamətlərindən olan data elminə maraq göstərən hər kəsə Data SoCool təlimlərini şiddətlə tövsiyə edir, əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı çatdırıram.