Datanın faydalarını ölkəmizdə təbliğ etmək fəaliyyətimiz ilk olaraq 2018-ci ilinin avqust ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinə müraciət etmiş və 2019-cu ilin fevral ayından etibarən 500-dən çox müraciətçi arasından 3 mərhələ ilə seçilən 30 gənclə Excel, Power BI, SPSS və Tableau proqramlarına giriş mövzuları və bir neçə müxtəlif şirkətlərə infoturla ümumilikdə 12 günlük təlimlə başladıq. İlk məzunlarımız sayılan bu 30 gəncin bir qismi hazırda ölkənin aparıcı maliyyə, IT şirkətlərində və banklarında çalışırlar, bəziləri isə Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.
Məqsədimiz ölkədə bütün qurumlarda – dövlət, özəl və vətəndaş cəmiyyətlərində prosseslərin dataya əsaslanaraq idarə olunmasını təbliğ etmək, Data Əsaslı Azərbaycan formalaşdırmaqdır.
Data SoCool Təhsil modeli data sahələrində karyera qurmaq istəyən şəxslər üçün sıfırdan - Peşəkar İnkişaf Planının hazırlanmasından sonda iş və ya təcrübə ilə təmin etmək mərhələsinə qədər pilləli şəkildə dizayn edilmişdir. Öncə Karyera Məsləhətçisi tərəfindən tələbənin mövcud bazasına və öyrənmə imkanlarına uyğun olaraq Peşəkar İnkişaf Planı hazırlanır və Plan üzərindən dərslər tədris olunur. Yerli və Beynəlxalq Əmək bazarının tələblərinin araşdırılaraq formalaşdırılmış dərs sillabusları iş dünyasından real praktiki tapşırıqlarla təkmilləşdirilmişdir. Dərslərin birbaşa əmək bazarının tələbinə uyğun olması tam praktiki şəkildə ölkənin data üzrə aparıcı ekspertləri tərəfindən tədris edilməsi tələbələrimizin uğurlarının əsas sirridir.
Data sahələri tətbiqi elmlər olduğu üçün bu sahələri öyrənən zaman praktika mütləqdir. Təlim müddətində Peşəkar Təlimçi-Mentorlar tərəfindən tələbələrə tədris zamanı qarşılaşdıqları çətinliklərdə tam mentorluq dəstəyi göstərilir. Həmçinin, iş dünyasında qarşılaşa biləcəkləri keyslərə real praktiki tapşırıqlarla hazırlaşdırırlar.
Tədris müddətində hər öyrənmə modulunun sonunda Proqress quizlər, tədris müddətinin sonunda isə Capstone layihə işləyirlər. Quiz və Layihə ortalamasına uyğun olaraq iştirakçılara Təsdiqlənmiş Sertifikatlar təqdim olunur. Təlim proqramları həmçinin, Beynəlxalq Sertifikasiya imtahanlarına hazırlıq olaraq keçirildiyindən iştirakçılar təlim sonunda uyğun imtahanlarda iştirak edib müraciət edib əldə edə bilərlər. Hazırda Mərkəzdə Oracle Database SQL, Microsoft Excel, Microsoft Power BI kimi beynəlxalq sertifikasiya imtahanlarına hazırlıq keçirilir.
Tədris müddətinin sonunda Karyera Məsləhətçilərinin dəstəyi ilə tələbələrin Portfolio və Rezumeləri hazırlanır, sınaq müsahibələr təşkil olunur. Dərsləri müvəffəqiyyətlə başa vurmuş tələbələr əməkdaşlıq edilən qurumlara təcrübə və ya vakansiyalara yönləndirilir. Karyera Mərkəzinin fəaliyyəti nəticəsində hazırda ölkənin onlarla aparıcı şirkətləri və dövlət qurumlarında Data SoCool tələbələri çalışmaqdadırlar.
SQL təlimində Şahin müəllimin aydın, ətraflı izahlarından çox razı qaldım. Taskların həllində isə, Arifə xanım çox kömək oldu. Şahin müəllimə və Data SoCool tədris mərkəzinə təşkilatçılığa görə təşəkkür edirəm.
Ayşən Mirzəyeva
"Xalq" Bankı ASC - Hüquqi şəxslərə xidmət üzrə böyük mütəxəssis
Excel təlimindən çox razı qaldım. Dərslər aydın və struklaşdırılmış şəkildə keçirilib, materiallar həm yeni başlayanlar üçün, həm də biliklərini inkişaf etdirmək istəyənlər üçün çox faydalı idi. Müəllim mövzuları çox sadə dildə izah edib, real nümunələrlə praktiki tapşırıqlar verirdi. Kurs sayəsində exceldə daha sürətli və effektiv işləməyi öyrəndim. Öz üzərində inkişaf etmək istəyən hər kəsə bu kursları tövsiyə edirəm.
Aleksandr Qayday
Gulfstream- Sales Assistant
Data SoCool-un "Analysis and Reportin with Excel" təlimindən tam razı qaldım. Təlim tam praktik şəkildə tədris olundu. Bu təlim sayəsində həm excel üzrə ümumi biliklərimi, həm də analitik bacarıqlarımı inkişaf etdirdim. Təşəkkürlər, Data SoCool.
Anar Əzimov
Supertoys MMC- Audit üzrə kiçik mütəxəssis
Kursun hibrid olması çox müsbət bir komponentdir ki, burada həm onlayn, həm də əyani olaraq kurslarda iştirakımızı mümkün edir. Keçirilən dərslərin video yazılarının saxlanması, lazım gəldikdə unutduğumuz və ya nəzərimizdən qaçan önəmli məqamları nəzərdən keçirərək möhkəmləndirməyimizə imkan verir.
Raul Rza
NORM MMC- Satış Administrasiyası üzrə mütəxəssis
"Data Science with Python" təlimi yüksək səviyyədə təşkil olunduğu üçün təşəkkür edirəm. Təlimçi Vüsal bəy materialları sadə, anlaşıqlı və real data nümunələri ilə təqdim etdiyi üçün mövzuların qavranılması daha rahat oldu. Hər bir sualı diqqətlə cavablandırması və praktiki tapşırıqlara önəm verməsi təlimi daha effektiv edirdi.
Ümumilikdə təlim həm nəzəri, həm də praktiki baxımdan çox faydalı oldu. Təlimi və təlimçi Vüsal bəyi tam şəkildə tövsiyyə edirəm.
Aysel Quliyeva
Paşa Bank ASC- Mütəxəssis/ IT əməliyyatları departmenti
Təlimdən çox razı qaldım. Vüsal müəllim hər bir mövzunu asan və detallı izah edirdi. İnanıram ki, əldə etdiyim bilikləri işimdə tətbiq edə biləcəm və faydalı olacam.
Şəms Babayeva
Yelo Bank- Market Risk Analitik
Excel təlimi çox faydalı və sistemli şəkildə keçirildi. Praktiki olduğu üçün öyrəndiklərimizi dərhal tətbiq etdik. Hər mövzu real iş nümunələri üzərində izah olundu. Bu da məlumatların daha yaxşı yadda qalmasına kömək oldu.
Rəfiqə Hüseynli
AZTU- İnformasiya Texnologiyaları
1 aylıq təlim müddəti mənim üçün həm dəyərli, həm əyləncəli, ən əsası isə çox faydalı oldu. Getdiyim kurslar içərisində ən favori kurs və müəllimlər oldunuz. Hər şey üçün təşəkkürlər.
Gülnar Rüstəmova
AZTU- İnformasiya Texnologiyaları
Təlimin mənə böyük faydası oldu. Hər mövzu başa düşülən və aydın şəkildə təqdim edildi. Təlimçilər bütün suallarımıza peşəkar yanaşdılar və geniş cavab verdilər. Hər şey üçün təşəkkür edirəm.
Mədinə Xanayeva
UNEC- İqtisadiyyat
Bu təlimdən sonra mövzular mənə artıq daha aydın oldu. Təlimçilər bütün suallara ətraflı cavab verdilər. Hər kəsə öz təşəkkürümü bildirirəm.
Aytən Nəbiyeva
UNEC- İqtisadiyyat
İlk olaraq bizə təlimi uğurla tamamlamaq üçün dəstək olan təlimçilərimiz: Kamran bəy və Aytac xanıma dərin təşəkkürlərimi bildirirəm, təlim çox yüksək keyfiyyətdə, real keyslər üzərində, olduqca interaktiv şəkildə keçirildi. Düşünürəm ki, təlimdə öyrəndiklərimiz iş mühitində olduqca işimizə yarayacaq.
Şəbnəm Hüseynli
Birbank ecosystem- aparıcı mütəxəssis
Təlim mənim üçün çox faydalı oldu. Mövzular aydın şəkildə izah edildi. Təlimçilər bütün suallara ətraflı cavab verirdilər. Hər şey üçün bir daha təşəkkür edirəm
Sevinc Hacımuradova
UNEC- mühasibat uçotu
3 aylıq təlimimizi müvəffəqiyyətlə başa vurduq. Bu aylər ərzində bizə dərs keçən Şahin müəllimə və Arifə xanıma dərin təşəkkürümü bildirirəm. Hər birinin daim dəstəyi, aydın və səlis izahları, bütün sualları peşəkarlıqla cavablandırma bacarıqları dərsləri xeyli yüngülləşdirdi. 3 ay öncə bu proqramla bağlı heç bir məlumatım olmasa da, artıq geniş fikrim və marağım vardır. Data SoCool kursuna isə ayrıca təşəkkürümü bildirirəm.
Şəms Şirəliyeva
Pasha Pay- Dövlət və Məhkəmə orqanları ilə iş üzrə mütəxəssis
““Dərslərin gedişi səmərəli təşkil olunmuşdu. Müəllimlərin aydın izahı dərs materiallarını tez mənimsəməyimə kömək etdi. Ev tapşırıqları isə öyrəndiklərimi möhkəmləndirməyimdə faydalı oldu.”
Aylin Manafzadə
UNEC- Maliyyə
Təlimlə bağlı çox gözəl təəssüratlarım yarandı. Təlimin nəzəri dərslərini keçən Şahin müəllimə dərin təşəkkürümü bildirirəm. Praktiki dərslərini keçən Arifə xanım çox dəstək oldu mənə. Onun tələbləri vasitəsilə təlimi yüksək nəticə ilə bitirdim.
Nurlan Zeynallı
1 saylı DAİM- Analitik təhlil sektor müdiri
“Keçirilən SQL təlimində çox şey öyrəndim. Öyrəndiyim mövzuların gələcək kariyeramı daha yaxşı yerlərdə davam etdirməyimə kömək edəcəyindən əminəm. Şahin bəy və Arifə xanıma əməklərinə görə çox təşəkkür edirəm.”
Natella Qaziyeva
Avrora MMC- Kommersiya üzrə analitika
“Keçirilmiş təlimdən kifayət qədər razı qaldım. Şahin müəllimin dərs izahı, Arifə xanımın praktiki izahları olduqca yararlı və anlaşılandır. Bu səbəbdən Arifə və Şahin bəyə dərin təşəkkürlər.”
Cəmilə Cavad
Bank of Baku- Ekspert
“Kursu keçən müəllimlər çox peşəkardır. Bilmədiyim çox məlumatlar yiyələndim. Hər şey üçün təşəkkürlər.”
Samir Rüstəmov
Socar Polymer- Extruder sahəsi üzrə mütəxəssis
Aytac xanım və Kamran bəyə dərin təşəkkürümü bildirirəm. Bütün suallarımı başa düşülən formada izah etdilər. Əsasən də Pivot və Power Querydə çox şeylər öyrəndim.
İbrahim Məmmədli
Bank of Baku- KOB/Reporting/Analyst
“1 aylıq Excel təlimindən əldə etdiyim biliklər sayəsində mühasibatlıq sahəsi mənə daha anlaşıqlı gəldi. Excel-in ən vacib imkanları ilə praktiki olaraq yaxından tanış oldum. Ən vacib məsələləri qısa və sürətli metodlarla həll etməyi öyrəndim. Təlimçilər hər sualı cavablandırdı və dostyana ünsiyyətlər quruldu.”
Ələddin Ağakişiyev
Marine Technical Solutions- Mühasib
Təlimdən tam razı qaldım. Excel təlimində öyrəndiyim praktiki biliklər mənim üçün çox faydalı oldu. İstər funksiyalar, istərsə də dataların təmizlənməsi mənə gələcək işlərimdə böyük kömək edəcəkdir. Xüsusilə, dərsləri aydın, anlaşıqlı və maraqlı keçdikləri üçün Aytac xanım və Kamran bəyə dərin təşəkkürümü bildirirəm.
Nihad Alıyev
ADNSU- Komputer mühəndisliyi
Təlimdən çox razı qaldım. İş yerində və özəl sahələrdə istifadə edəcəyim yeni məlumatlar və funksiyalar öyrəndim. Müəllimlərə hər mövzunu aydın və dərsləri maraqlı keçdikləri üçün təşəkkür edirəm.
Çinarə Axundova
"Halal-P" MMC- Satın alma üzrə mütəxəssis
Təlimin proqramı, materialları, tapşırıqları və izahları yüksək səviyyədə idi. Vüsal müəllim çox savadlı və peşəkar bir kadrdır. İnşallah, növbəti təlimimizdə də seçimimiz Vüsal müəllim olacaq.
Orxan Cabbarov
ABB- Analitika üzrə baş mütəxəssis
Bir daha hər şeyə görə çox təşəkkürlər. Həm müəllimlər, həm təlim metodikası, həm kollektiviniz - o qədər razıyam ki, ətrafımda da hər kəsə sizi tövsiyyə edir, sizə yönləndirirəm. İşlərinizdə uğurlar arzulayıram, yeni təlimlərdə görüşmək ümidilə.
Pərvin Osmanlı
Azərsun Holding-IT Biznes Analist
Təlim super idi. Vüsal müəllimin dərsdə hər bir tələbəyə fərdi yanaşması çox dəyərlidir. Dərsin məzmunu dolğun idi, Deep Learning mövzularının əlavə olunması da çox faydalı oldu. Həmçinin, çətin mövzuları sadə və anlaşılan dillə izah etməsi xüsusilə təqdirəlayiqdir.
İsmayıl Dünyaməliyev
ABB- CorpKos Segment Tribe/CJE
Təlimdən tam razı qaldım. Təlim materialı, müəllimin izahı, etdiyimiz keyslər işimizə uyğun idi.
Təşəkkür edirəm.
Allahverdi Məmmədov
ABB- Risk departmenti/Qrup rəhbəri
Kurs müddəti ərzində bizimlə dərin praktika və təcrübələrini bölüşdükləri üçün Şahin müəllim və Arifə xanıma təşəkkürlərimi bildirirəm. İş həyatımda məni daima irəli aparacaq və uğur əldə etməyə kömək olacaq biliklər qazandım. Mükəmməl təhsillə yanaşı, səmimi və doğma bir mühit yaratdıqlarına və peşəkarlıqlarına görə minnətdaram.
Başda Şahin müəllim olmaqla mentorumuz Arifə xanım və Data SoCool ailəsinə öz təşəkkürümü bildirirəm. Dərslər həm praktiki, həm də nəzəri olaraq keçirildi. Bununla da SQL üzrə lazımlı biliklər bizlərə çatdırıldı. Hər bir şeyə görə təşəkkür edirəm. Data SoCool ailəsinə uğurlu illər arzu edirəm.
Excel təlimində iştirak etmək mənim üçün çox dəyərli bir təcrübə oldu. Praktik nümunələr və izahlı yanaşma sayəsində bir çox yeni məlumatlar öyrəndim. Bu biliklərin gələcək fəaliyyətimdə əhəmiyyətli rol oynayacağına inanıram. Xüsusilə Aytac xanımın dəqiq izahlarını və Kamran bəyin diqqətli yanaşmasını qeyd etmədən keçmək olmaz. Hər ikinizə və ümumilikdə bu təlimi təşkil edən hər kəsə təşəkkür edirəm.
Günay Abbasova
UNEC- maliyyə menecmenti
Excel təliminə görə sizə dərin təşəkkürümü bildirirəm. Təlim çox faydalı və məlumatlandırıcı oldu. Bu biliklər gələcək iş həyatımda mənə böyük dəstək olacaq. Əmək və dəstəyiniz üçün minnətdaram.
Aysel Şükürlü
Bridge Academy - Satış Təmsilçisi
Ümumilikdə təlimdən razı qaldım. İş mühitində istifadə ediləcək bütün dashboardlar haqqında geniş məlumat verildi. Yalnız vizuallaşdırma deyil, data ilə işləmək, dataların təmizlənməsi və vizuallaşdırma üçün uyğun vəziyyətə gətirilməsi, təlimə daxil olması xüsusilə yaxşı oldu. Təşəkkürlər.
Ayxanə Kazımova
Kapital Bank- Biznes Analitik
Təlim mənə real mühitdə rahat istifadə edəcəyim və professional dashboardlar hazırlamaq üçün bütün bilik və bacarıqları verdi. Hər şey üçün təşəkkürlər.
Amina Bayramova
Kapital Bank- Biznes Analitik
Təlimdən razı qaldım. Təlim mənim üçün həm faydalı, həm də maraqlı oldu. Proqram ilə əvvəl təcrübəm az idi, amma təlimin praktiki yönümlü olması sayəsində vizualizasiya və dashboard daha asan və anlaşıqlı oldu. Məlumatları detallı analiz etmək üçün yeni baxış-bucağı qazandım. Təşəkkürlər.
Aysel Mustafayeva
Agro-west DC MMC- Finance Controller
Tableau dərsi boyunca müəllimimizin izah tərzi çox aydın və anlaşıqlı idi. Mövzuları addım-addım izah edərək həm nəzəri, həm də praktiki baxımdan dərsi faydalı və maraqlı etdi. Hər bir sualımıza səbrlə cavab verdi və əlavə mənbələr təqdim etdi. Bu dərs sayəsində Tableau proqramını daha dərindən öyrəndim və real layihələrdə istifadə etməyə başladım.Her şeydən çox razı qaldım.
Lalə Köçərli
North West - monitorinq və analitika üzrə kiçik mütəxəssis
Aytac xanım çox peşəkar və bacarıqlı müəllimdir.
O, tədris prosesində hər mövzunu dəqiq və anlaşıqlı şəkildə izah edirdi. Qrupda iştirakçıların sayı çox olmasına baxmayaraq, hər kəsə fərdi yanaşır və hər bir tələbənin suallarını səbrlə cavablandırırdı. Hər kəsə Aytac xanım kimi yüksək səviyyəli bir müəllimlə çalışmağı arzulayıram.
Ümumilikdə, tədris prosesi olduqca uğurlu və effektiv keçdi.
Hər kəsə dərin təşəkkürümü bildirirəm.”
Mariya İrvozçik
Sinteks Group of Companies - Assistent menecer
Təlimdə keçilən dərslər aydın və başa düşülən idi. Data SoCool - Aytac xanıma təşəkkürümü bildirirəm. Exceldə bilmədiklərimi öyrəndim, işimizdə lazım olan formulları artıq istifadə edirəm.
Aysel Pənahlı
Sinteks Group of Companies - Beauty üzrə Baş satış təmsilçisi
Təlimdə çox maraqlı mövzular öyrəndim. Aytac xanıma təşəkkür edirəm, öyrətdiklərini hal hazırda işimdə tətbiq edirəm və çox razıyam. Təşəkkür edirəm.
Sevinc Bağırova
Sinteks Group of Companies - Manager
Təlimçi heç bir sualımı cavabsız qoymadı. Peşəkar və aydın şəkildə dərslər keçirilirdi. Hər şey üçün təşəkkürlər.
Aslan Oruclu
Sinteks MMC- Satış (Menecer)
Təlim çox yüksək səviyyədə keçdi. Müəllim bütün məlumatları çox aydın şəkildə başa salırdı və dərslər çox maraqlı keçdi.
Yevgeniya Bayramova
GL Group LLC- HR Specialist
Təlimlər çox uğurlu keçdi. Kamran bəy və Aytac xanımın sayəsində əhəmiyyətli biliklər əldə etdim. Mənim üçün xüsusilə faydalı oldu ki, hər dərsdən sonra bizə mövzunu daha dərindən mənimsəmək üçün tapşırıqlar verildi və müəllimlərin izahları olduqca aydın və peşəkar idi.
Aylin Manafzadə
UNEC- Maliyyə
Təlim proqramı və təlimçilər çox yaxşı idi. Təlimçilər təcrübəli, mehriban və səbirli insanlar idi. Proqram da demək olar ki, vacib olan əksər mövzuları əhatə edirdi. Fikrimcə sərf olunan zaman, əmək və pulun qarşılığının artıqlaması ilə əldə ediləcəyi bir proqramdır. Hər şeyə görə təşəkkürlər.
Dəyanət Ağalarlı
London Stock Exchange Group - Data and Content Analyst
Kurs əla təşkil edilmişdi, başda Şahin müəllim və Fidan xanım olmaqla kursun əməkdaşlarına təşəkkürümü bildirirəm. Dərslər çox aydın və anlaşıqlı idi. Düşünürəm ki, Data Analitika sahəsinə başlayanlar və ya ümumilikdə SQL öyrənmək istəyənlər üçün əvəzolunmazdır.
Səməd Əlizadə
AFB Bank ASC- Kreditlərin under reytinqi üzrə baş mütəxəssis
Şahin bəyə və Fidan xanıma keçirilən dərslər üçün minnətdaram. Bir çox kursda iştirak etmiş biri kimi dərsin həm metodikasının, həm də keçirilən mövzuların iş sahəsində lazım olan hər bir şeyi əhatə etdiyini deyə bilərəm. Bu kursu bitirən tələbə kimi özümü bu sferada işləmək üçün tam hazır hiss edirəm. Data SoCool kollektivinə hər şey üçün təşəkkür edirəm.
Nadir Yusifov
Artromed- Fizioterapist
SQL kursunu keçdim və çox məmnun qaldım. Şahin bəy və Fidan xanım mövzuları çox aydın və nümunələrlə izah edirdilər, bu da əsas anlayışları başa düşməyi asanlaşdırırdı. Hər şey üçün təşəkkür edirəm və digər insanlara da bu kursu məsləhət görürəm.
Aydan İsmayılova
Guavapay- Hesablaşmalar/Mütəxəssis
Hər şeydən çox razı qaldım. Şahin müəllim və Fidan xanımdan, həmçinin Data SoCool kollektivindən razı qaldım. Dərsin keçirilmə metodikası, tapşırıqlar, müəllimlər hər biri SQL-i mükəmməl öyrənməyimizə dəstək oldu.
Lalə Köçərli
QSS Analitics- Data Analitika intern
Daha öncə SQL haqda heç bir anlayışım yox idi, lakin kursa başladıqdan sonra SQL üzrə məlumatım və təcrübəm oldu. Kurs çox faydalı və maraqlı idi. 3 ay müddətində Şahin bəy və Fidan xanım öz peşəkarlıqlarını və təcrübələrini bizimlə paylaşdılar. Hər sualımızı diqqətlə, səbrlə cavablandırırdılar. Hər şey üçün təşəkkür edirəm.
Fidan Qasımlı
ABB- SMM üzrə mütəxəssis
SQL təlimini uğurla başa vurdum və bu müddət ərzində qazandığım biliklər olduqca faydalı idi. Təlimin yüksək səviyyədə təşkili, nəzəri biliklərin praktiki tapşırıqlarla möhkəmləndirilməsi və dərslərin anlaşıqlı izahı prosesi daha maraqlı və effektiv etdi.
Xüsusilə, Şahin müəllimə və Fidan xanıma dərin təşəkkürümü bildirirəm. Onların peşəkarlığı, səbrlə və ətraflı izah etmə bacarığı sayəsində SQL-ə dair biliklərimi əhəmiyyətli dərəcədə inkişaf etdirdim.Bir daha Şahin müəllimə və Fidan xanıma minnətdarlığımı bildirirəm və bu təlimi hər kəsə tövsiyyə edirəm.
Nigar Şirəlizadə
Caspian Legal Center MMC- Vergi üzrə mühasib
Şahin müəllim və Fidan xanıma, Data SoCool kollektivinə təşəkkür edirəm. Bu müddət ərzində SQL biliklərimi təkmilləşdirdim. Təlim zamanı həm nəzəri, həm də praktiki tapşırıqları yerinə yetirmək, bu mövzularda daha da dərindən öyrənməyə köməklik etdi.
Samir Rəhimov
ADNSU- SƏTƏM
Başda Şahin müəllim və Fidan xanım olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm. Dərslər o qədər maraqlı və aydın izah olunurdu ki, istər online, istərsə də offline formada olduqca effektiv idi. Təlim mənə görə həm praktiki, həm də nəzəri baxımdan olduqca keyfiyyətli idi. Əminəm ki, karyeramda mənə çox uğurlar qazandıracaq. Hər şey əla idi.
Cahan Şıxbalayeva
Xalq Bank ASC- Kredit Analitika
Şahin müəllim və Fidan xanıma SQL təlimində göstərdiyi dəstəyə görə təşəkkürlərimi bildirirəm. Əvvəldən bu sahədə heç bir biliyim olmamasına baxmayaraq, dərslərin anlaşıqlı izahı sayəsində bu sahədə kifayət qədər bilik topladım. Təlimdən çox razı qaldım və karyeramda mənə çox kömək olacağına inanıram.
Muhammed Həsənov
Bank of Baku- İstehlak kreditləri üzrə mütəxəssis
Vüsal bəyin başçılığı ilə dərslər mütəmadi qaydada, yüksək səviyyədə keçirilirdi. Ümumi olaraq dərsin gedişatından razı qaldım. Vüsal bəyə və Data SoCool kollektivinə dərin təşəkkürlərimi bildirirəm.
Sadiq İmanzadə
"ALCO" MMC- Senior specialist
Bu təlim Data Science sahəsini sıfırdan öyrənmək istəyənlər üçün ideal bir təlimdir. Təlimçimiz Vüsal bəy ideal metodikası ilə hər kəsə individual yanaşaraq bu sahəni asanlıqla öyrənməyimizə dəstək oldu. Praktiki drəslərdə qurduğumuz modellər sayəsində iş həyatına özgüvənlə başlayacağımı düşünürəm. Bizə hər zaman dostca yanaşan, dərs vaxtlarından əlavə bizimlə məşğul olan, motivasiyamızı daim yüksək saxlayan Vüsal müəllimə və bütün Data SoCool kollektivinə dərin minnətdarlığımı bildirirəm.
Aslanə Əliyeva
ADİU- Menecment
Vüsal bəyin aydın, anlaşıqlı, izahlı tədris prosesi və təlim metodikası ilə tamamilə məlumatsız olduğum Data Science - ML və DL haqqında həm nəzəri, həm praktik biliklərə sahib oldum. Əlavə olaraq öyrəndiklərimizin ev tapşırıqları və praktika dərsləri ilə möhkəmləndirdiyi, məsuliyyəti, suallarımızı detallı cavablandırdığı üçün minnətdaram. Vüsal bəy və Data SoCool kollektivinə təşəkkür edir və uğurlar arzulayıram. Öyrənmək istəyən hərkəsə tövsiyyə edirəm.
Pərvin Osmanlı
Azərsun Holding- IT Biznes Analitika (Baş Mütəxəssis)
Data Science öyrənmək istəyən hər bir şəxsə Data SoCool-u tövsiyyə edirəm. Ən əsası yaxşı öyrənmək üçün yaxşı dərs tədris edən müəllim gərəkdir. Müəllimin bu 3 ayda əziyyəti və səyləri nəticəsində Data Science sahəsinin dərinliklərini öyrəndim. Kursun şəraiti və əlverişli mühiti dərs öyrənmək üçün çox yaxşıdır. Hər şey üçün təşəkkürlər.
Ceyhun Abbasov
Kapital Bank ASC- Monitorinq/Mütəxəssis
Təlimçi barəsində deyəcəklərim yalnız xoş sözlərdir. Aydın izahı ilə ən çətin görünən dərsləri başa düşməyimizə vəsilə oldu, eynilə yaranan bütün sualları ətraflı bir şəkildə izah edirdi. Praktiki dərslər ilə dərsi daha da dərindən anlamağımıza kömək oldu. Həmçinin, fasilələrdə şəxsi inkişaf barədə bizimlə söhbətlər edir, və daha da çox motive olmağımıza səbəb olurdu. Bir sözlə deyərdim ki Vüsal bəy mükəmməl bir təlimçi və ən əsası, mükəmməl bir insandır. Belə bir təlimçi ilə bizi tanış etdiyi üçün Data SoCool heyətinə çox təşəkkür edirəm.
Oruc Quliyev
Kapital Bank- Modellərin validasiyası üzrə mütəxəssis
Kurs çox yaxşı idi, istər keçirilən dərslər olsun, istər müəllimin dərsi başa salması olsun, biz sözlə hər şey yaxşı idi. Praktiki tapşırıqlarına önəm verilməsi kursun ən yaxşı tərəflərindən biri idi. Bu nəzəri öyrənilən məlumatların daha yaxşı mənimsənilməsinə kömək etdi.
Saleh Əlizadə
Kapital bank- Model Validator intern
Dərslərin keçirilmə metodikasından və o cümlədən Vüsal bəyin aydın şəkildə izahlarından olduqca məmnun qaldım.Təlim müddəti boyunca suallarımızı səbrlə və ətraflı şəkildə cavablandırdığı üçün Vüsal bəyə təşəkkür edirəm.
Ziya Abbaszadə
UNEC- İqtisadiyyat
Təlimdən çox razı qaldım. Təlimçi həm öz peşəkarlığı, həm də insani keyfiyyətləri ilə həm bu sahəyə olan marağı artırdı, həm də tədris ərzində yetərincə baza və bacarıq toplamağıma imkan yaratdı. Hər şey üçün təşəkkür edirəm.
Çimnaz Məmmədova
103 saylı tam orta məktəb- Müəllim
Python ilə Data Science təlimi çox diqqətimi çəkən sahələrdən birinə çevrilmişdi. Bu sahəni öyrənməyimə səbəb olan təlimçimiz Vüsal İsayevə təşəkkür edirəm. Təlim boyu göstərdiyi aydın izahlar və yardımlarıyla Data Science üzrə inkişafıma dəstək olduğu üçün minnətdaram. Data SoCool tədris platformasına da yaratdığı şəraitlərdən ötrü təşəkkürümü bildirirəm.
Rizvan Qasımov
Kapital Bank- İntern
Tam məmnun qaldım. Mən təlimə 0-dan qoşulmuşdum, doğrusu asan olduğunu deyə bilmərəm, çünki əvvəllər SQL ilə təcrübəm olmamışdı. Lakin ümumilikdə həm nəzəri, həm də praktik tərəfdən razı qaldım.
Nərgiz Bayramova
ABB-Sosial Sebekeler uzre mutexessis
Bu müddətdə dəyərli təlimçilər Şahin bəy və mentorumuz Arifə xanıma göstərdikləri səmimi və aydın yanaşmalara görə minnətdaram. Təlim boyu göstərdikləri istiqamətlər və izahlar ilə Oracle SQL biliklərinə yiyələndim. Peşəkar səviyyəli təlim üçün təşəkkürlər.
Rizvan Qasımov
Kapital Bank- Intern
Şahin müəllimə və Arifə müəlliməyə SQL təlimində göstərdiyi əvəzsiz dəstəyə görə sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Online qoşulmağıma baxmayaraq, hər sualımı diqqətlə dinləyib və ətraflı şəkildə cavablandırdığı üçün çox minnətdaram.
Eyni zamanda hər bir mövzunu anlaşıqlı və səbirli şəkildə izah etməyi öyrənmə prosesini olduqca asanlaşdırdı.
Sizlərin sayəsində SQL üzrə vacib biliklər əldə etdim və bu təlim mənim üçün çox faydalı oldu. Zəhmətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm.
Aidə Tağızadə
Bridge Academy- Financial Controller
Başda Şahin müəllim və Arifə xanım olmaqla, bütün Data SoCool komandasına təşəkkür edirəm. İlk dəfədir ki, burada təlim keçirdim ve sıfırdan SQL öyrənmək üçün düzgün seçim etdiyimi düşünürəm. SQL-in əsaslarından ən mürəkkəb mözvulara qədər çox sadə və aydın şəkildə izah edilirdi. Təlimdən çox razı qaldım və iş təcrübəmə müsbət təsiri olacağına inanıram.
Ayan Nəsibli
Unec- IT
SQL öyrənmək istəyənlər üçün Data SoCool kurslarını şiddətlə tövsiyə edirəm! Peşəkar mentor Arifə xanım və müəllim Şahin bəy sayəsində materiallar həm aydın, həm də praktiki şəkildə təqdim olunur. Kursdan sonra əldə etdiyim biliklər mənim üçün çox faydalı oldu.
Arif Mustafayev
PAŞA Bank ASC, Rəqəmsal dələduzluqla mübarizə üzrə analitik
Şahin müəllim və Arifə müəllimə dərsləri yüksək səviyyədə tədris edir, mürəkkəb anlayışları anlaşılan şəkildə izah edirlər. Təlim zamanı həm nəzəri biliklərə, həm də praktiki tapşırıqlara böyük diqqət yetirilir ki, bu da mövzuları daha dərindən öyrənməyə kömək edir.
Aytac Asimli
Smart Telecom MMC- Kateqoriya menecerinin köməkçisi
Müəllimimizin biliyi və səbri sayəsində təlim çox maraqlı və faydalı keçdi. Hər sualımıza səbirlə cavab verdi. Eyni zamanda, bu təlim çox geniş və praktik idi. Həqiqətən də gözləntilərimi üstələdi. Çox sağ olun.
Samir Rəhimov
AZTU- Biznes və Data Analitikası
Hər şey çox əla idi. Həm təhsilin keyfiyyəti, həm ətraf-mühit, həm də müəllimlər. Dərsdən çox rahat şəkildə öyrəndim, Hər şeydən razı qaldım. Hər kəsə tövsiyyə edirəm. Çox təşəkkürlər.
Lalə Köçərli
QSS Analytics- Data Analitika İntern
Data SoCool komandasına dərin təşəkkür edirəm, xüsusən də Aytac xanıma, Excel dərslərini profesional və mükəmməl izah etdiyi üçün. Kurs müddəti ərzində çox böyük həvəslə iştirak edirdim, həm dərslər, həm də dərs keçirilən müəssisə maraqlı idi. Çox sağolun hər şey üçün.
Fidan İsmayılova
Socar Polymer- Recruitment Specialist
Data SoCool tərəfindən təşkil olunan Excel təlimi mənim üçün çox faydalı və maraqlı bir təcrübə oldu. Aytac xanımın izah tərzi çox sadə və başa düşülən idi. Praktiki tapşırıqlar real iş mühitində istifadə ediləcək nümunələrə uyğun idi. Exceldə biliklərini inkişaf etdirmək istəyən hər kəsə bu kursu tövsiyyə edirəm. Həm peşəkar yanaşma, həm də dərs müddətində olan mehriban atmosfer buna dəyər. Təşəkkür edirəm.
Nurlan Nəbiyev
Salam Logistics- Gömrük işləri üzrə Menecer
Excel dərsləri maraqlı və interaktiv keçirildi. Tapşırıqlar maraqlı idi. Online dərslərdə müəllim yaxşı diqqət göstərirdi. Dərs müddətində bütün verilən suallar cavablandırılırdı. Bir çox mövzular mənim üçün yeni idi və artıq iş prosesində istifadə edirəm. Təlimçimiz Aytac xanıma və Data SoCool-a təşəkkür edirəm.
Azadə Quliyeva
Socar Polymer- Product Quality Manager
Data SoCool-da keçdiyim təlim qısa müddətdə böyük irəliləyiş əldə etməyimə imkan yaratdı. Təlimçi Vüsal bəyin peşəkarlığı və dəstəyi sayəsində 3 ay ərzində həm nəzəri, həm də praktiki biliklər öyrəndik. Təlimin keyfiyyəti və təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey üçün təşəkkürlər!
Rita Qayıtmazova
UFAZ - Computer Science
Təlimdə iştirak etdiyim müddətdə başda Nəcməddin müəllim olmaqla bütün Data SoCool heyətinə göstərdikləri mehriban və səmimi yanaşmaya görə dərin təşəkkürümü bildirirəm. Kurs çox faydalı, aydın və məlumatlandırıcı idi. Həm praktiki, həm də nəzəri olaraq çox yaxşı balanslaşdırılmışdı. Buna görə də Power BI üzrə bilik və bacarıqlarımı inkişaf etdirməyimdə mənim üçün çox faydalı oldu.
Nübar Ağazadə
NORM OJSC- İstehsalat Hesabatları üzrə məmur
Təlim çox uğurlu idi, Vüsal müəllimin izahları çox aydın və dəqiq idi. Belə bir kursun təşkil edilməsinə görə Data SoCool komandasına və Vüsal müəllimə xüsusi təşəkkürlərimi bildirirəm.
Rövşən Yusifov
Kapital Bank - Data Scientist
Bu təlim Data SoCoolda keçdiyim ikinci təlimim idi. Təlimçilərin istər təlim metodikası, istər insani keyfiyyətləri olsun, mükəmməl səviyyədədir.
Python təlimçisi Vüsal müəllimin izahı, tələbələrə yanaşması çox yaxşıdır. Gələcək fəaliyyətinizdə sizə və komandanıza uğurlar arzulayıram.
Afət Əmrahova
RAMCO QSC - Keyfiyyətə nəzarət mühəndisi
Bu təlim sayəsində Data Science biliklərimi möhtəşəm səviyyədə inkişaf etdirdim. Müəllimin izahı çox aydın və anlaşıqlı idi. Hər zaman səbrlə bütün suallarımızı cavablandırırdı və bizə bütün bildiklərini çatdırmağa çalışırdı.
Zeynal Mustafayev
Kapital bank- Model Validator
İlk öncə, sizin və komandanızın peşəkarlığını yüksək qiymətləndirdiyimi bildirmək istərdim. "Data SoCool Təlim Mərkəzi"-nin təşkil etdiyi “Power BI” təlimi gözləntilərimi tam qarşılayır və proses boyunca təqdim edilən materiallar çox faydalıdır. Təlimin hər bir hissəsi mənim üçün çox dəyərli və maarifləndirici olub.
Nəcməddin bəy həm nəzəri, həm də praktiki bilikləri aydın şəkildə çatdırır, bu da öyrənmə prosesini çox rahatlaşdırır. Hər hansı sual yaranarsa, dərhal cavab tapmaq imkanım olduğu üçün çox məmnunam.
Təlimin məzmunu yaxşı strukturlaşdırılıb, tədris metodları isə interaktiv və maraqlıdır. Mənə göstərilən diqqət və dəstəyə görə dərin təşəkkür edirəm. Sizin təlimləriniz mütləq gələcəkdə də iştirak etmək istədiyim təlimlər sırasında olacaqdır.
Əminəm ki, bu təlimlər mənə peşəkar inkişafımda böyük dəstək olacaq. Sizə və komandaya işinizdə uğurlar arzu edirəm.
Vüqar Məmmədov
Azərbaycan hava yolları- Analitika üzrə mütəxəssis
Təlimi bitirdikdən sonra çox rahat və səlis Power BI-dan istifadə etməyə başladım. Mentorun 7/24 dəstəyini ayrıca qeyd edirəm. Təlimdə Power BI istifadə qaydasından əlavə düzgün analiz aparıb təhlil etməyi mənimsədim.
Mamed Jafarly
Sosioloji tədqiqatlar Mərkəzi-Monitorinq üzrə mütəxəssis
Power BI kursu Data SoCoolda qatıldığım ikinci təlim oldu. Dərslər tam istədiyim kimi, real praktikadan götürülmüş nümunələrlə keçdi. Nəcməddin müəllim izah ilə, lazımi və praktikada qarşılaşdığı məqamları vurğulayaraq dərsə daha çox dəyər qatdı. Data SoCool ailəsinə və Nəcməddin müəllimə dərin təşəkkürümü bildirirəm.
Günel Məmmədli
Araz Supermarket MMC-Gəlirlərin uçotu üzrə aparıcı mühasib
Data Science ilə Python təlimi çox faydalı oldu. Müəllimimiz Vüsal İsayevin aydın izahları və praktiki tapşırıqlar mövzuları daha yaxşı anlamağıma kömək etdi. Bu təlimə qatıldığım üçün çox məmnunam və öyrənmək istəyən hər kəsə tövsiyə edirəm.
İranə Huseynzadə
Bakı Ali Neft Məktəbi- Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Vüsal müəllim dərsləri və onların ardıcıllığını çox gözəl tənzimləyib. Ən əsası da praktiki dərslər öyrəndiklərimizin tətbiqində və real iş mühitində tasklarda qarşılaşa biləcəyimiz bütün çətinliklərin üçün çox böyük təcrübədir. Başda Vüsal müəllim olmaqla Data SoCool komandasına təşəkkür edirəm!
Orxan Qurbanov
Expressbank ASC - Böyük mütəxəssis
Təlim maraqlı və əhatli idi. Həm kurs rəhbərliyi, həm də təlimçi tərəfindən daimi dəstək hiss olunurdu. Təlimçi çox peşəkar idi. Bütün suallarımızı dolğun şəkildə cavablandırırdı. Əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm
Pərvin Bayramlı
İqtisad Unversiteti - Beynəlxalq iqtisadi münasibətlər
Vüsal müəllim hər zaman əlindən gəldiyi kimi dəstək olurdu həm dərs, həm də dərsdən kənar sualları cavablandırırdı. Bu dərsə qoşulan hər bir şəxs ilkin data biliklərinə yiyələnərək daha da yaxşı inkişaf edə bilər və əsaslı olaraq dərslərin praktikası da real iş dünyasını əhatə edirdi xüsusilə banking tərəfdən.
Şahbaz Xəlilli
Kapital Bank -Data Scientist intern
Data analitik olaraq çalışsam da, Data Science sahəsi üzrə biliklərimi artırmaq istəyirdim. Vüsal müəllim dərsi çox yaxşı izah edir, çətinlik olduqda tapşırıqlarda kömək edirdi. Onun öyrətdikləri sayəsində artıq Data Science biliklərinə malikəm. Təşəkkür edirəm.
Leyla Cəfərli
ABB- Data analitik
Data Science with Python təlimi əla keçdi! Praktik və sadə izahlar sayəsində Python ilə data analitikası və maşın öyrənməsi haqqında çox şey öyrəndim. Həm maraqlı, həm də faydalı idi, data ilə işləmək istəyən hər kəsə tövsiyə edirəm!
Amrah İsmayılzadə
NZA Audit- Aparıcı mühasib
Başda Vüsal müəllim olmaqla, bütün Data SoCool heyətinə təşəkkür edirəm. Vüsal müəllim sayəsində bu sahə ilə daha yaxından tanış oldum. Təlim müddətində Data Science üzrə biliklərimi artırmaq və praktiki tətbiq etmək imkanı əldə etdim. Vüsal müəllim hər bir xırda detala diqqət yetirərək bütün sualları cavablandırdı. Peşəkarlığı ilə bu sahənin nə qədər maraqlı olduğunu və göründüyü qədər çətin olmadığını nümayiş etdirdi. Bütün təlim müddəti hər cəhətdən çox gözəl keçdi.
Aysu Məmmədli
Kapital Bank-Biznes Analitik üzrə təcrübəçi
Əvvəlcə Aytac xanım və Vüsal müəllimə təşəkkür etmək istəyirəm. Vüsal müəllim həmişə bizə dəstək olub. Suallarımız olduqda rahatlıqla yazıb soruşma imkanımız yaradılmışdır. O, mənə çox kömək etdi və kursun bu layihədə iştirakını yüksək qiymətləndirirəm.
Şəms Paşayeva
Xalq Bank ASC- Korporativ müştəri xidməti üzrə böyük mütəxəssis
Data SoCool kursunu bir çox ətrafımın məsləhəti ilə seçmişəm. Hazırda SQL dərslərinə qatılıram. Kurs haqqında fikirlərim həqiqətən "+"dur. Əsasən də, dərs metodikası, müəllim seçimləriniz əladır. Excel təliminidən öyrəndiklərimi növbəti iş imkanlarında müvəffəqiyyət ilə işlədəcəyimdən əminəm. Mən ümumi olaraq desəm, mənim inkişafımda böyük təsiri oldu. Hər şey əladır. Hər şey üçün təşəkkürlər.
Ülfət Ağayeva
Kapital Bank ASC- İntensiv təqib şöbəsi-Mütəxəssis
Data SoCool-da uğurla bitirdiyim Excel ilə Analiz və Reporting kursunun başlayacağım yeni sahədə mənim üçün uğurlu addım olduğunu düşünürəm. Kursda əldə etdiyim biliklərin mənim üçün uzun yolda çox işəyararlı olacağına inanıram.
Nəzrin Musayeva
İqtisadiyyat Universiteti- Alman dili müəllimliyi
Data SoCool-u dostlarımın tövsiyyəsi ilə seçdim. Doğru seçim olduğu qənaətindəyəm. Excel üzrə öyrəndiyim nəzəri və praktiki məlumatlar faydalı oldu. Məlumatlarım daha da inkişaf etdi və praktik işlərimdə daha çox zaman qazandım. Xüsusi olaraq, Aytac xanıma və Kamran bəyə təşəkkür edirəm. Savadlı və öyrətməyi bacaran, çox mükəmməl təlimçilərdir.
Aytac Asimli
Kateqoriya menecerinin köməkçisi
Uzun axtarışlardan sonra seçimim Data SoCool oldu. Kursa başlamamışdan öncə Data sahəsi, xüsusilə də Excel çox çətin gəlirdi. Lakin, Data SoCool-u kəşf etdikdən sonra düşüncəm dəyişdi. Dərslər gözlədiyimdən daha maraqlı, keyfiyyətli, axıcı şəkildə həyata keçirildi. Exceli öyrənməkdə əvəzsiz rolu olan Kamran bəy və Aytac xanıma xüsusi təşəkkürlərimi çatdırmaq istəyirəm. Növbəti mərhələləri Data SoCool ilə öyrənməyə davam.
Çingiz Qurbanov
ATMU- Menecment
Təlim boyunca hər şey ürəyimcə oldu. Keçirilmə müddəti, müəllimlər və s. hər şey əla idi. Keçirilən dərs boyu diqqət və səbriniz üçün təşəkkürlər.
Aytən Cəfərova
Huner Construction- Maliyyə/Baş mühasib köməkçisi
Öncəliklə təlimçilərimizə dərin təşəkkürlərimi bildirirəm. İzah etmə metodikaları və hər suala verilən səbrli və aydın cavabları dərsi qavramağımıza çox böyük köməklik göstərdi. Həm anlayışı olanlar, həm də 0-dan başlayanlar üçün Data SoCoolun ən doğru seçim olduğuna inanıram.
Sevinc Nərimanova
UNEC- Iqtisadiyyat
İlk dəfə idi ki, Data SoCool-da təlim keçirdim və çox müsbət düşüncələrlə ayrılıram. Tədris proqramı və izahı optimal və aydın təşkil olunmuşdur. Təlimçilərimiz Şahin bəy və Arifə xanıma, bu qədər aydın və gözəl şəkildə dərsləri keçib, hər mövzunu praktik yolla izah etdikləri üçün dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı təlimlərə də qatılıb yolumu Data SoCool ilə davam etməyi düşünürəm.
Mina Səmədova
ADNSU- İnformasiya texnologiyaları
SQL biliklərini qazanmaqda vasitəsi olduqları üçün Şahin müəllimə, mentorumuz Arifə xanıma təşəkkürümü bildirirəm. Qazandığım bilikləri iş şəraitində rahatlıqla tətbiq edə biləcəyimə inanıram. Data SoCool vacib mövzuları daha asan şəkildə praktiki izahlar ilə öyrənmək istəyən tələbələr üçün nəzərdə tutulub.
Xalisə Əliyeva
JLTECH LIC- Data Analitik
SQL təliminə sıfırdan başlamaq istəyənlər üçün Data SoCool ideal bir seçimdir. Təlimçimiz Şahin Kərimov bütün mövzuları çox sadə və effektiv şəkildə izah edirdi. Mentorumuz Arifə xanım isə praktiki vərdişlərə yiyələnməyimizdə çox kömək oldu. Başda Data SoCool komandası olmaqla, Şahin bəy və Arifə xanıma sonsuz təşəkkürlərimi bildirirəm.
Aslanə Əliyeva
ADİU- Menecment
Başda Şahin müəllim olmaqla, mentorumuz Arifə xanım və Data SoCool ailəsinə öz təşəkkürümü bildirirəm. Dərslər həm praktiki, həm də nəzəri olaraq keçirilirdi. Bununla da, SQL üzrə lazımlı biliklər tələbələrə çatdırıldı və öyrədildi. Bir daha bu təlimdə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm.
Emil Məmmədov
AFB Bank- Pərakəndə kreditlər üzrə mütəxəssis
Təlimçinin proqrama yanaşmasını, ümumi biliklərini, izah etmə və təlimçilik bacarıqlarını yüksək qiymətləndirirəm.
Ümumilikdə, Data SoCooldan 2-ci təlimimdir. Hər şey çox möhtəşəmdir.
Məlakə Nəsirova
Qafqaz Uni- Beynəlxalq münasibətlər
Kursun proqramından, təlimçidən razı qaldım. Səbirli izah etməyinə, hər zaman sualları ətraflı cavablamağa görə Ceyhun bəyə təşəkkür edirəm. Ümid edirəm ki, öyrəndiklərimi işimdə tətbiq edə bilərəm.
Sona Məlikzadə
PMD hospitality- İR üzrə baş mütəxəssis
Təlim ilk həftələrdən artıq işimdə tətbiq edə biləcəyim biliklər verdi. Faydalı və maraqlı idi. Bir çox kolleqalarıma da tövsiyyə etmişəm. Təlimçi çox təmkinli və biliklidir, biliyini asan və sadə dildə ötürə bilir.
İnci Əsgərova
Green Tech MMC- İR üzrə aparıcı mütəxəssis
“Data SoCool-da qoşulduğum ikinci təlimdir. Çox razı qaldım. Təlimin yüksək səviyyədə təşkil olunmasına görə Data SoCool ‘a və Nəcməddin bəyə öz minnətdarlığımı bildirirəm."
Ülviyyə Nəsibova
ILM- LEARN BTM- Koordinator
“Təlimin tədrisindən çox razı qaldım. Dərslər həm nəzəri, həm də praktiki tərəfdən keyfiyyətlə keçirildi.Müəllim çox səbrlə bütün sualları ətraflı şəkildə cavablandırıb, hər bir məsələyə köməklik edirdi.”
Fatimə Əlizadə
Ferrum Capital- Satışın inkişafı üzrə böyük mütəxəssis
Power Bi təlimi bir sözlə möhtəşəm idi. İstər işdə lazım olan məsələlərə istərsə də beynəlxalq sertifikat üçün mükəmməl tədris olundu.Təşəkkür edirəm.
Mais Hümbətov
Araz supermarketlər şəbəkəsi-Maliyyəçi analitik
SQL təlimi prosesi öyrədici olmaqla yanaşı, maraqlı keçdi. Təlim prosesində nəzəri və praktika dərsləri nizamlı olaraq biliklərimizi praktikalar, tapşırıqlar və aylıq imtahanlarla möhkəmləndirməyimizə çox kömək oldu. Şahin müəllimə, mentorumuza və Data SoCool-a təşəkkür edirəm.
Nazəni Rüstəmli
Unisini qeyd etmək istəmədi- hal-hazırda işləmir
“Kursdan çox razı qaldım. Data sahəsinə ilk addımımı atarkən bu sahədən elə də məlumatlı deyildim. Baxmayaraq ki, 3 aylıq təlim oldu, amma mən çox bilgilər qazandım. Həm nəzəri, həm də praktiki özümü inkişaf etdirdim. Bunun üçün öz təşəkkürlərimi instruktora bildirirəm.”
Hikmət Şıxəliyev
UNEC İnformasiya təhlükəsizliyi
“ Kurs gözlədiyimdən çox maraqlı oldu, Vüsal bəy çox aydın, maraqlı dərsləri sayəsində Python-u çox sevdim. Deep- learning olsa yenə gəlmək istərəm. Dərslər yüksək səviyyədə keçirildi, praktiki dərsləri xüsusi ilə çox maraqlı olurdu.”
Pərvin Mürvətova
Rabitə bank ASC- Bank proqramları departamenti. Proqramlara Dəstək şöbəsinin rəisi
İlk öncə vurğulamaq istəyirəm ki, dərsin keyfiyyətindən, müəllimin izah etmə bacarığından çox razı qaldım. Vüsal bəy dərs müddətində və dərsdən sonra bütün suallara ətraflı cavab verirdi. Düşünürəm ki bu təlimdə əldə etdiyim bilikləri öz işimdə rahatlıqla tətbiq edəcəm. Buna görə də Data SoCool komandasına və Vüsal bəyə sonsuz təşəkkürlərimi bildirirəm.
Elməddin Əliyev
ABB- Data Analyst
Təlimçimiz Vüsal bəydən və Data SoCool kollektivindən çox razı qaldım. Qısa müddət ərzində çox şey öyrəndim. Doğru kursu seçməkdə yanılmadığımı sübut etdiyiniz üçün təşəkkürlər.
Nigar Allahverənli
UNEC- Biznesin İdarəedilməsi
Kursda dərslər yüksək səviyyədə idi. Müəllimin tələbələrə fərdi şəkildə göstərdiyi diqqət və tələbələrin xüsusilə praktiki dərslərdə əldə etdikləri bilik və bacarıqlar ilk aydan məni qane etdi və yalnış kurs seçimi etmədiyimdən əmin olmağa başladım. Proqram müddətinin qısa olmasına baxmayaraq həm nəzəri, həm də praktiki dərslərdən kifayət qədər məlumat əldə etmək olur.
Tünzalə Əhmədova
ADNSU- Komputer mühəndisliyi. Kafedra müəllimi
Dərslər yüksək səviyyədə keçirilir. Müəllimin tələbələrə göstərdiyi diqqət və məsuliyyəti məni çox qane etdi. Data SoCool kollektivinə və Vüsal müəllimə dərin minnetdarlığımı bildirirəm.
Sevil Abdullayeva
DOST RİM- Data Analtika
İlkin olaraq Data SoCool haqqında ümumi fikirlərimi bildirmək istəyirəm ki, ayrı- ayrılıqda 3 fərqli təlim keçmişəm və hər birindən çox razı qalmışam. Bu səbəbdən Data SoCool’a minnətdarlığımı bildirirəm.
Python haqqında ümumi fikirlərim: Təlimçi haqqında fikirlərim sadəcə müsbətdir. Bu istər təlim metodikası olsun, istər insani keyfiyyəti olsun, balansı möhtəşəm idarə edirdi.
Təlimçi olaraq yanaşması, izahı həqiqətən əladır. Göstərdiyi hər bir dəstəyə görə minnetdarlığımı bildirirəm.
Gülnar İsrafilova
DOST Rim- Biznes analtiki mütəxəssisi
“Təlim həqiqətən çox maraqlı keçdi həm mövzu olaraq, həm də müəllim və mentorumuz çox mehriban, anlayışlı, savadlı, təcrübəlidirlər. Çox razı qaldım hər ikisindən də"
Nəzrin Zeynəlova
Gəncə Dövlət Universiteti- İbtidai sinif müəllimi
İlk dəfədir ki iştirak etdiyim kursda dərsə belə həvəslə yanaşıram. Zamanla anladım ki, oxumaqdan daha çox mentorun dərsi necə keçməsi və tələbələrin individual yanaşması çox önəmlidir. Hər birinizə ayrılıqda təşəkkür edirəm ki gənclərin inkişafı üçün bu cür şərait yaradır və təhsil almağında dəstək olursunuz. Mənim üçün çox maraqlı 3 ay oldu və davamlı bütün kursların belə olmasını arzulayıram.
Ləman İsmayılova
Kapital Bank- Proseslər üzrə ekspert (IT-Business analyst)
“SQL biliklərinə yiyələnməkdə köməyi olan Şahin Kərimov və Arifə Məmmədzadəyə dərin təşəkkürlərimi bildirirəm. Hər biri çox yaxşı təlimçidir. Bunu savadlı olmaqları ilə yanaşı, səbr və təmkinləri ilə də göstərdilər.
Seçimimdə məni əsla yanıltmadınız #DataSoCool.
Nazım Fəhimi
Milli Aerokosmik Agentliyi- şöbə rəisinin müavini
“Təlimdən razıyam. SQL təliminə zəif təcrübəsi olan biri kimi başlamışdım. Təlim müddətində Şahin bəy və Arifə xanımın mövzuları ətraflı və dolğun izah etməsi ilə bu istiqamət üzrə biliklərimi zənginləşdirdim. Buna görə də başda təlimçilər olmaqla Data SoCool komandasına təşəkkür edirəm.”
Nihad Bəşirov
Yelo Bank ASC- Kreditlərin Bərpası Departamenti, Mütəxəssis
“Təlimçimiz Şahin müəllimin və mentorumuz Arifə xanımın dərs və tapşırıq izahlarını bəyəndim. WhatsApp qrupunun da günün saatına baxmadan suallarımızın cavablandırılması da kursun bəyəndiyim tərəfidir. Dostumun məsləhəti üzərinə sizin kursunuzu seçdim və çox razı qaldım. Təşəkkür edirəm.”
Cəmilə Ağazadə
UNEC- İnformasiya Texnologiyaları
Təlim haqqında fikirlərim çox müsbətdir. Həm kursun təşkilatçılığı, həm də Vüsal müəllimin aydın izah etməyi mənim daha həvəsli öyrənməyimi sağladı. Təşəkkür edirəm.
Firdovsi İbrahimov
Xalq Bank- Data Analitik
“ Vüsal müəllimin tətbiq etdiyi öyrətmə metodu tədris üçün ayrılan 3 ay müddətinə öyrədilə bilinəcək maksimum materialın mənimsənilməsinə çox yardımçı oldu. Tədris zamanı göstərdiyi səbrə və daimi köməklik etdiyinə görə Vüsal bəyə çox təşəkkür edirəm.”
Sevinc Novruzova
Digital Umbrella MMC- Data Analitika/ kiçik mühəndis
“ Data SoCool rəhbərliyinə təşkil etdiyi keyfiyyətli tədris metodikası və şəraitə görə təşəkkür edirəm. Nəzəri və praktiki bilik əldə etməyimizə müəllimimizin və kursun böyük töhfə verdiyini qeyd etmək istərdim. “
Azər Yaqubov
ABB- Analitik
“Vüsal müəllimə göstərdiyi diqqət üçün təşəkkürümü bildirirəm. Təlim müddəti ərzində çox faydalı biliklərə yiyələndim. Gələcək iş kariyerama yön verə biləcək bir kurs oldu. Təşəkkürlər. “
Cavid Daşdəmirli
ABB- Analitik
“ Çox razı qaldığımı deyə bilərəm. Gözlədiyimdən çox maraqlı və effektiv keçdi. Təlimə 0 dan başlayıb 1 aya əmin istifadəçiyə dönəcəyimi gözləmirdim. Təlimçi nəzəriyyədən çox praktikaya üstünlük verərək, öz təcrübəsindən misallar gətirərək maraqlı və produktiv vaxt keçirməyimizə səbəb oldu.
Təşəkkürlər sizə və Aytac xanıma.
Rəna Dadaşova
Azercell Telekom MMC- Pərakəndə satış departamenti təmsilçisi
“Salam, təlimdə öyrəndiklərimin işimdə və gələcək karyeramda çox müsbət təsirləri olacağına inanıram! Başda Aytac xanım olmaqla bütün DataSoCool heyətinə təşəkkür edirəm! Öyrətdikləriniz üçün minnətdaram! “
Sənəm Vəlizadə
Avromed şirkəti - Aptek müdiri
“ Ümumən təlimdən çox razı qaldım. Hər şey çox yüksək səviyyədə idi. Dərslər çox keyfiyyətli və aydın idi. Suallarımız səbr və təmkinlə cavablandırılırdı. Aytac xanıma və DataSoCool kollektivinə dərin təşəkkürlər. “
Aydan Isayeva
BMU-Biznesin idarə edilməsi
“Professional Reporting with Tableau təlimi ilə Tableau programının akademik araşdırmalarımdakı faydasını kəşf elədim. Data SoCool analitika mərkəzinin və Behbud müəllimin səbrli, açıqlayıcı və keyfiyyətli təliminin gələcək akademik karyeramda və iş həyatımda olduqca faydalı olacağını düşünürəm. Data SoCool və Behbud Ramazana təşəkkürlərimi bildirirəm.”
Abdulla Xanayev
Marmara Universiteti- Beynəlxalq Siyasi İqtisad Magistr tələbəsi
Təlimə qatıldığım andan etibarən təlimçinin peşəkarlıq səviyyəsi məni məmnun etdi. Hər dərsə bir başqa həvəslə qatılırdım. Təlimdə öyrəndiyim bilikləri aktiv şəkildə iş həyatında istifadə edirəm. Tableau təlimini öyrənmək istəyən şəxsləri böyük güvənlə sizin kursa dəvət edirəm.
Isa Məmmədov
Azərsun Holding- HR.
“ Hörmətli Data SoCool ailəsi.
Təlim və təlimçidən çox razı qaldım. Hər şey yüksək səviyyədə təşkil olunmuşdur. Tableau təlimi sahəsində bir çox praktiki biliklərə sahibləndim.
Mübariz Abdıyev
Unibank- Biznes Analtik
“ Təlimin syllabus və strukturu aydın şəkildə izah edildi. Struktura uyğun təlim müddəti ərzində tam əhatə edildi. Müəllim mövzuları aydın şəkildə izah etdi və hər tərəfli öyrənməyimiz üçün tam dəstək oldu. Təşəkkürlər, Behbud müəllim.
Yusif Fətəlizadə
İcbari Sığorta Bürosu- Analitika və statistika təhlil şöbəsi. Statistika üzrə mütəxəssis
Hər dərsdən razı qaldım. Dərslər effektiv şəkildə keçdi. Praktikaya üstünlük verilməyi çox kömək etdi. Suallarımıza səbrlə cavablandırırdılar. Təşəkkürlər.
Xalidə İsfəndiyarova
AZTU- Komputer modelləşdirmə
“ Data SoCoolun bütün təlimləri ilə bağlı müsbət fikirlərə əsasən bu kursu seçmişəm. Keyfiyyətli tədris və tədris üçün təşkil olunan bütün şəraitdən razı qaldım. 1.5 ay olan bu təlim mənim bu sahə üzrə inkişafım üçün müsbət təsir göstərdi. Həm nəzəri, həm də praktiki cəhətdən biliklərə yiyələndik. Bunun üçün kursun rəhbəri və müəllimə təşəkkür edirəm.
Nərmin Ələkbərova
Yelo bank- Alternativ satış kanalları/ ilkin təhlil qrupu
“ Tableau təlimi produktiv və əyləncəli keçdi. Təlimçimiz nəzəri bilikləri detallı və praktika ilə göstərərək bizim üçün qaranlıq nöqtələrə aydınlıq gətirdi.
Dərs müddətində və dərsdən sonra olan müddətdə istər online, istərsə də offline olaraq bütün sualları cavablandırdığı üçün Behbud bəyə və bizim üçün təlim prosesini daha əlverişli etdiyi üçün Data SoCool’a təşəkkür edirəm.
Nazəni Rüstəmli
NDU- Kimya
Təlim çox keyfiyyətli şəkildə öyrədilir yeni bir sahə olmasına baxmayaraq dərslərin izahı və öyrədilməsi yüksək səviyyədədir. Hər birinizə ayrılıqda təşəkkür.
Sərvan Həsənzadə
Kapital Bank Mirko kreditlər üzrə Mütəxəssis
Əməliyyatlar şöbəsinin aparıcı mütəxəssisi. Təlimçimiz Şahin müəllim və mentorumuz Arifə xanım mövzuları və tapşırıqları aydın, detallı şəkildə izah edirdilər. Çox razı qaldım. Təşəkkürlər.
Fəridə Rəhimzadə
Unicapital İnvestisiya Şirkəti
Təlimçi Şahin Kərimov və mentorumuz Fidan xanıma təlim boyu göstərdikləri diqqət və qayğıya görə təşəkkürümü bildirirəm. Kurs və təlimçilər haqqında fikrim müsbətdir və ətrafıma tövsiyyə edəcəyəm.
Fidan İmanquliyeva
Kapital bank- aparıcı mütəxəssis
“Qısa müddətdə bir çox yeni şey öyrəndim excel ile bağlı
əvvəlcə heç rastlaşmadığım funksiyaları artıq iş həyatımda tətbiq edirəm.
Qeyd elədiyim kimi vaxtın limitli olmasına baxmayaraq çox produktiv keçdi mənim üçün təlim”
Data Socool ailəsinə bunun üçün minnətdarlığımı bildirirəm.
Natavan Qasımzadə
Bolt - Partner Operations Specialist
“ Bu kursa başlamaqda məqsədim data analitikaya marağımın olması idi. Excel təlimi boyunca bir çox biliklər əldə etdim. Kurs çox axıcı və maraqlı idi.”
Aynur Həsənova
BDU-Komputer elmləri
“ İlkin olaraq Aytac müəlliməyə 1 aylıq qısa bir zamanda bizimlə bölüşdüyü dəyərli məlumatlar üçün təşəkkür edirəm. Keçirilən dərslərdə birə-bir real iş situasiyalarına dayanmış struktur var idi və bu mənim üçün böyük üstünlük oldu. Əlavə olaraq, Kamran bəyə təşəkkür edirəm dərs əsnasında bölüşdüyü spesifik məlumatlar üçün.”
Sinan Cəfərzadə
Caspian Cable Systems LLC- Mühasib
“ Təlim çox öyrədici və maraqlı oldu. Təlim müddəti ərzində Excel ilə bağlı lazımı biliklər öyrədildi. Başda Aytac xanım olmaqla bütün Data SoCool ailəsinə öz təşəkkürümü bildirirəm.”
Emil Məmmədov
AFB bank- Pərakəndə kreditlər üzrə kiçik mütəxəssis
Data SoCool ailəsinə belə bir təcrübəni əldə etməyimiz üçün təşkil etdiyi bu kursa görə öz minnətdarlığımı bildirirəm. Təlimçimiz Vüsal İsayevin peşəkar təcrübəsi və praktiki keyslər əsasında keçirdiyi dərslər gələcək iş təcrübəmiz üçün çox böyük töhvə verəcəyinə əminəm.
Vüsal müəllimə səbri üçün, bizə qatdığı dəyərli biliklər üçün öz minnətdarlığımı bildirirəm.
Ağacan Əhmədov
Paşa Bank ASC- Hesablaşmalar üzrə mütəxəssis
Əvvəla bu 3 ay ərzində bizə təhsil verib, biliklərimizə yenilik qatan və əlavə bacarıq qazandıran Vüsal bəyə təşəkkür edirəm. Hərkəsə təşəkkürlər.
Yunis Fikrət
Bolt- Əməliyyatlar üzrə komanda rəhbəri
Data SoCool təlim bazarında kifayət qədər nüfuzu olan bir təlim şirkətidir. Şirkətin reputasiyası, tədris proqramı, personalı və savadlı, diqqətli müəllimlərinin olmağı bu kursu seçməyimə səbəb oldu.
İstər qeydiyyat prosesləri, istərsə də tədris müddətindəki diqqətcil personalın xidməti yüksək səviyyədə olmuşdur. Xüsusi olaraq Günay xanıma təşəkkür edirəm.
Müəllim, Vüsal İsayevin təlimçi kimi və bir fərd kimi qabiliyyəti çox yüksək səviyyədə oldu. Hər birşey üçün təşəkkürlər.
Elşən Nəsibov
Kapital bank- Risk/ Aparıcı mütəxəssis
Tədris prosesi və dərs materialları çox yaxşı təşkil olunmuşdur. Xüsusilə, praktik dərslər çox öyrədici oldu. Vüsal müəllimə təşəkkür edirəm.
İlhamə Bəhramova
Bank of Baku- Risklərin idarə edilməsi üzrə kiçik eskpert
Təlimin məzmunu çox yaxşı qurulmuşdur və bütün vacib aspektləri əhatə edirdi. Təlimçilərin öz sahəsində geniş biliyə malik olması və dərslər zamanı praktiki təcrübələrini bölüşməsi oyrənmə prosesini daha effektiv və maraqlı edirdi. Excel biliklərini mükəmməlləşdirmək istəyən hər kəsə çox tövsiyyə edirəm.
Nərgiz Abbaszadə
SOCAR Polymer - Xərclər üzrə mühasib
Təlim olduqca interaktiv və maraqlı idi. Uzun müddətdir Excel ilə tanış olmağıma baxmayaraq, təlimçilər çox yeni funksiyalar və formullar ilə bizi tanış etdilər. Mütəxəssis təlimçilər suallarıma çox aydın izahlar verirdi. Təşəkkürlər və uğurlar.
Nurana Sadigova
SOCAR Polymer-Inteqrasiya olunmuş sistemlər və təhlükəsizlik mühəndisi
Təlimin əhatə etdiyi mövzular lazımlı və maraqlı idi. Təlimçilərin dərs keçmə metodu, dərslərin həm online, həm də offline olması və sonradan bizim mail ünvanımıza göndərilməsi keyfiyyəti yüksəldən amillər idi.
Nəzrin Şeyxli
SOCAR Polymer-Kiçik Gömrük bəyannaməçisi
Aytac xanım və Kəmran müəllim sayəsində 1 ay ərzində çoxlu sayda yeni bilikləri əldə etmiş olduq, kurs faydalı və məhsuldar keçib. Bütün suallarımıza səbrlə cavab verdiyiniz üçün təşəkkürlər.
Alisa Skoroboqataya
SOCAR Polymer-Təlim və İnkişaf üzrə kiçik mütəxəssis
Təlim çox keyfiyyətli şəkildə öyrədilir, yeni bir sahə olmasına baxmayaraq dərslərin izahı və öyrədilməsi yüksək səviyyədədir.Hər birinizə ayrılıqda təşəkkür.
Sarvan Həsənzadə
Kapital Bank Mikro kreditlər üzrə Mütəxəssis
Həmişəki kimi düzgün seçilmiş təlim-tədris strategiyası. Şahin bəyə,Fidan xanıma xüsusi təşəkkürlər.
Ziya Haciyev
ARPYDİA-Menecment
Dərsin keyfiyyəti çox əla idi. Vüsal müəllimin izah etmə qabiliyyəti həqiqətən çox yüksəkdir. Bir müəllim olaraq ondan çox şey öyrəndim və təlimin bitməsinə baxmayaraq, istənilən mövzuda yazdığımda köməyini əsirgəməyib. Bu təlim mənə öz istiqamətimi tapmağa çox kömək etdi, hər şey üçün çox sağ olun.
Şəbnəm Məcidli
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Komputer elmləri
Dərsin, taskların mükəmməl şəkildə izahı, aylıq imtahanlar, müəllimlərin suallarımızı aydın şəkildə cavablandırması bir sözlə hər şey mükəmməldir. Çox razı qaldım.
Sevin Kərimli
EduGrata tədris mərkəzi Riyaziyyat və Məntiq müəllimi
Dərslər həm nəzəri həm praktiki cəhətdən olduqca keyfiyyətli tədris olundu. Müəllim bütün sualları səbrlə və ətraflı olaraq cavablandırırdı. Təlimin cari iş prosesinə və gələcək karyeraya faydalı olacağını düşünürəm.
Sevinc Heydərli
ETX- Kibertəhlükəsizlik üzrə mütəxəssis
Data SoCool komandasına və dəyərli müəllimimiz Şahin müəllimə təşəkkür edirəm, Kurs tamamilə basic səviyyədən başlanılır , beynəlxalq sertifikat imtahanına hazırlaşanlar üçün də çox yaxşı təlimdir , təbii ki, bunun arxasında təmkinlə və aydın tədris edən Şahin müəllim dayanır. Ən əsas məqam mövzudan sonra tasklar göndərilir və hər birinin izahına bir-bir baxılır, yəni cavabsız sualımız qalmır.
Elmar Vəliyev
NaxçıvanBank- İT mütəxəssis
Təlimçilər çox profesionaldır və bu isə dərsin keyfiyyətinə öz müsbət təsirini göstərir. Təlim olunan mövzu haqqında cavabsız sualım qalmadığı üçün təlimçilərə və təşkilatçılara təşəkkür edirəm. Sayənizdə SQL-i həm öyrəndim, həm də sevdim. Təhsilə davam, növbəti təlimlərdə görüşəcəyik. Hər şey üçün təkrar təşəkkürlər.
Elçin Qasımov
Kapital Bank- Risk Analitik
Salam, Şahin müəllim dərsləri çox aydın və rahat şəkildə izah edirdi. Arifə xanım ve Fidan xanım isə dərslərin praktiki hissəsində çox köməklik etdilər. Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Uğurlar arzu edirəm.
Mustafayeva Cevahir
Xəzər Universiteti Maliyyə Menecmenti
Şahin müəllimin tədris etdiyi Oracle SQL kursundan məmnun qaldığım və PL/SQL biliklərinə yiyələnmək üçün bu kursa müraciət etdim. Dərslər tam aydın izah olunurdu və biliklərimiz dərinləşsin deyə ev tapşırıqlarının verilməsi, dərsləri tam qavramamıza kömək olurdu. Ən sevdiyim yanı isə biliklərimizi praktiki dərslərdə yoxlamağımız idi. Aylıq imtahanlar da mövcud vəziyyətimizi dəyərləndirmək üçün əla fürsət idi. Mentorlar Arifə xanım və Fidan xanıma xüsusi təşəkkürlər.
Şəhri Yahyayeva
TayqaTech LLC- SQL Developer
Təlim müddətində Şahin müəllim tərəfindən tədris proqramını əhatə edən bütün mövzular dərindən izah edilir və öyrədilən materialın praktiki tətbiqi göstərilir. Mentorlar Fidan xanım və Arifə xanıma bu müddət ərzində göstərdikləri dəstəyə görə dərin minnətdarlığımı bildirmək və həmçinin Şahin müəllimə də biliklərini bizimlədə bölüşdüyü üçün təşəkkür etmək istərdim.
Sevinc Novruzova
Digital Umbrella MMC- Data Analitik
Şahin müəllimin Pl/SQL dərslərindən çox razı qaldım, həmçinin praktik dərslər, nümunə misallardan da. Mentor xanımlar: Fidan və Arifə xanımdan da razı qaldım. Ətrafıma tövsiyyə edəcəyim bir təlim oldu. Təşəkkür edirəm.
Ülkər Yusifova
KTN Aqroservis ASC- Daxili nəzarət üzrə aparıcı mütəxəssis
Şahin müəllimin dərs keçmə metodikası çox əladır. Çox sadə dillə, hərkəsin başa düşəcəyi bir tərzlə dərsləri izah edir. Heç bir texniki biliyi olmayan tələbə belə bu dərslərdən çox şey öyrənə bilər. Hər dərs verilən ev tapşırıqları da öyrəndiklərimizi gücləndirmək üçün çox kömək olurdu. Öyrətdiyi biliklər üçün Şahin müəllimə, hər dərs səbrlə bizə kömək etdiyi üçün mentorlarımız Arifə və Fidan xanıma çox təşəkkür edirəm.
Aytac Əmrahova
DOST Rəqəmsal İnnovasiya Mərkəzi- Biznes Analitik
Pl/SQL biliklərinə yiyələnməkdə köməyi olan Şahin bəyə, mentorlar Arifə Məmmədzadə və Fidan Alizadəyə dərin təşəkkürümü bildirirəm.
Data SoCool ilk seçimim deyildi, daha öncə SQL təlimində də burada iştirak etmişdim. Buradan əldə etdiyim biliklər sayəsində artıq işimi də dəyişə bildim. Məncə bundan artıq nə isə yazmağa ehtiyac yoxdur.
Nazım Fəhimi
TIM Consulting- SQL developer
Şahin müəllim, Fidan xanım və Arifə xanım hər biri çox sağolsun, öz bilikləri, məsuliyyətləri, dəstəkləri ilə həm nəzəri, həm praktiki dərslərdə bizə çox şey öyrətdilər. Dərslərin keyfiyyəti məni tam qane etdi. Təşəkkürlər.
Xanım Kərimli
BMU- Komputer Mühəndisliyi
Maraqlı və interaktiv təlim üçün təşəkkürlər! Öyrəndiklərimi iş sahəsində rahatlıqla istifadə edəcəm. Bundan sonrakı təlimlərdə sizlərə uğurlar!
Zarina Mamedova
Socar Polymer- Təchizat şöbəsi
Kurs zamanı keçirilən, öyrədilən məlumatlar ümid edirəm gələcək karyeramda çox faydalı olacaq. Təlim ürəyimcə oldu və müəllimlər çox səmimi və bilgili idi. İşlərinizdə uğurlar.
Turan Həsənova
Socar Polymer- Təchizat üzrə mütəxəssis
İlk öncə keçdiyiniz təlim üçün təşəkkür edirəm. Çox əhəmiyyətli, maraqlı və yararlı bir təlim oldu. Bundan sonra lazım olduqca öyrəndiklərimizdən yararlanacam.
Sizləri tanımaq da xoş oldu. Səhər yeməyində görüşmək ümidi ilə..
Sabina Hasanova
Socar Polymer- Təchizat şöbəsi
Təlimçilər öz işlərini mükəmməl bilən, hər zaman yardım edən, öz fikirlərini düzgün formada bölüşən insanlardır.
Təlimin formatı çox uyğun və produktivdir. Bir sözlə, hər bir dərsdən zövq aldım və kifayət qədər bilik toplamağa çalışdım. Hər şey yaxşı idi. Yenidən bu təlimçilər ilə savad və biliklərimi artırmaq çox xoş olardı.
Aslan Babayev
Socar Polymer- Sətəm uyğunluğu və təminat üzrə mütəxəssis
Təlim haqqında xoş təəssüratlar formalaşdığını deyə bilərəm. Təlim müddəti ərzində təlimçilərin bilik və metodikasını, məsələlərin izahını yüksək qiymətləndirmək olar. Tədris olunan vəsaitlər gündəlik iş rejimində istifadə edə biləcəyimiz biliklərə yiyələnmək üçün xüsusi diqqətlə hazırlanmışdır.
Elşad İsmayılzadə
Socar Polymer- Procurement Specialist
Şahin müəllim dərs keçmə metodikası çox əladır. Oracla Databace SQL təlimini məhz sizin kursda keçməklə çox doğru bir seçim etdiyimə bir daha əmin oldum. Mentorlarımız Arifə və Fidan xanıma səbrlə bizim bütün suallarımızı cavablandırdıqları və kömək etdikləri üçün təşəkkürlərimi bildirirəm.
Fərqanə Əhmədova
DİN DQ- Texnik
Başda Şahin müəllim olmaqla, bütün kollektivə Arifə xanıma, Fidan xanıma təşəkkür edirəm. Keyfiyyətli tədris, maraqlı praktika və hər zaman dəstəklərini əsirgəmədikləri bir kurs oldu.
Ülviyə Həsənova
Rabitəbank ASC- Biznes analitik
Təlimçimiz Şahin Kərimov və mentorlarımız Fidan və Arifə xanıma təşəkkürlərimi bildirirəm. Dərslər aydın şəkildə keçilir, tasklar da yaxşı şəkildə yoxlanılır və izah edilir.
Natella Məmmədova
AZTU- Radiotexnika və telekommunikasiya
- Çoxlu praktiki tapşırıqlar var. Bu nəzəriyyəni qavramağa kömək edir. Hətta nəzəri dərs zamanı aydın olmayan məqamlar praktika zamanı aydınlaşır.
- Videorecordingin olması əladır. Evdə təkrar videoya baxanda boşluqlar tamamlanır.
- Müəllimlər illərdi bu sahədə çalışdığı üçün bizə gələcək kariyeramızda lazım olan məqamlara toxunurlar. Bu çox əladır.
- Mənim kimi IT sahəsində uzaq olan bir adama Şahin müəllim bəsit üsullarla fikrini çox səlis şəkildə bildirirdi. Sahəsini dəyişmək istəyən adamlar üçün bu vacibdir.
Fərrux Qudiyev
Avita MMC- Analitik şöbənin meneceri
Təlimin metodikası çox möhtəşəmdir. Müəllim və mentor heyəti akademik baxımdan çox profesionaldırlar. Nəzəri dərslərdə və tasklarda hər hansısa çətinlik olanda praktiki dərslərdə tamamilə aradan qaldırılır. İşlərini məsuliyyətlə yerinə yetirdiklərinə görə, həmçinin təlim ərzində dəstəklərinə görə Şahin müəllimə, Arifə xanım və Fidan xanıma təşəkkürümü bildirirəm.
Eltac Abbasov
Binəqədi Neft Şirkəti - Neft-qaz çıxarma operatoru
Təlim əla keçdi. Müəllim dərsləri sərbəst və tam izahlı formada keçir. Bu cür praktiki dərslərin karyeramda böyük rolu olacağına əminəm. Mentorlara bu müddət ərzində göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm! Təşəkkür edirəm.
Orxan Hüseynov
VTB Bank- IFRS Reporting Manager
Data SoCool Komandasına, başda Şahin müəllim və mentorlarımız Arifə və Fidan xanım olmaqla, öz dərin təşəkkürümü bildirirəm!
Dərslər çox maraqlı, aydın və əlçatan formada izah olunurdu. Çox razı qaldım və gələcəkdə digər dərslərə də qatılmağı da düşünürəm.
Elnur Məmmədxanlı
Unibank - ÇPY/ IT/ Aparıcı mütəxəssis
Data SoCool’u seçdiyim üçün çox şadam. Burada keçirilən dərslər çox produktiv keçir. Ən böyük təşəkkür Şahin müəllimə və mentorlarımız Fidan və Arifə xanıma düşür. Kurs müddətində ən əsas iş həyatında lazımlı bilikləri tətbiqini bizə öyrədirdilər. Düşünürəm ki, bu ən əsas üstünlüklərindən biridir. Hər birinə dərin təşəkkürlər!
Abbas Quliyev
Unibank- Biznesin İnkişaf departamenti
Əvvəla bu cür təlimin təşkil edilməsinə görə öz minnətdarlığımı bildirirəm. Dərs prosesi çox əla səviyyədə keçirilir, müəllim təlim iştirakçıları ilə çox gözəl ünsiyyət qurur və aydın izah edir. Dərs zamanı əsas odur ki, sıxıcılıq olmur və dərs öz axarı ilə davam edir. Təlim müəllim ilə müzakirəli keçdiyindən daha maraqlı olur.
Praktikada olan dərslərimiz isə mentorların köməyi ilə daha rəngarəng olur.
Həm Şahin müəllimə, həm də mentorlarımız Arifə və Fidan xanıma böyük təşəkkür edirəm.
Ən sonda bu cür təlimi təşkil edib ərsəyə gətirən və əməyi keçən hər bir şəxsə öz təşəkkürümü bildirirəm.
Şahmar Ağayev
Bank VTB- Hesabatlılıq Şöbə müdiri
Şahin müəllimin tədris etdiyi Oracle SQL kursundan çox məmnun qaldım. Dərslər tam aydın izah olunurdu. Çox sadə dillə, hərkəsin başa düşəcəyi dildə izah olunurdu. Hərşey üçün Şahin müəllimə və mentorlarımız Arifə və Fidan xanıma çox təşəkkür edirəm.
Əsli Quluyeva
UNEC- İnformasiya texnologiyaları
Bu kursda üzərimdə əməyi olan bütün mentorlara, başda Şahin müəllim olmaqla həm Fidan, həm də Arifə xanıma dərin minnətdarlığımı bildirirəm və ümid edirəm ki, çəkdiyimiz əziyyətlər hədər olmaz və gələcəkdə qarşılığını görmək qismət olar.
Rza Bayramov
ABB ASC- İpoteka mütəxəssisi
Tableau təlimi effektiv və praktiki idi. Behbud müəllimin aydın və detallı izahı bu proqramı dərindən öyrənməyə kömək etdi. Belə bir kursu təşkil etdiyi üçün Data SoCool’a təşəkkür edirəm.
Sinan Cəfərzadə
Caspian Cable Systems LLC- Mühasib
Tableau biliklərinə yiyələnməkdə köməyi olan Behbud bəyə və Data SoCool komandasına təşəkkürümü bildirirəm. Təlim nəzəri və praktiki cəhətdən çox zəngin idi. Ətrafıma tövsiyyə edəcəyim bir təlim oldu.
Nəzrin Adıgözəlova
Kapital Bank ASC- Pərakəndə biznesin analitikası üzrə mütəxəssis
Dəqiq, punktual, səbrli, səmimi müəllimlərimizlə bu yolu keçdiyim üçün çox şadam. Profesyonal şəkildə keçirilən təlimdən maksimum verimliliklə ayrılıram. Kamran bəy və Aytac xanıma çox təşəkkür edirəm.
Rəna Axundzadə
Avromed- Category Management/Senior Specialist
Aytac xanıma və Kamran bəyə dərin minnətdarlığımı bildirirəm. Kurs həqiqətən yüksək səviyyədə təşkil olunmuşdur. Dərslər həm effektiv, həm də sıfırdan başlayanlar üçün belə çox sadə şəkildə izah olunurdu. Praktiki dərslər isə iş mühitinə uyğun real keyslər üzərindən izah olunurdu. Bu müddətdə çox faydalı biliklərə yiyələndim təşəkkürlər.
Aslanə Əliyeva
UNEC- Dövlət və bələdiyyə idarəçiliyi
Aytac xanıma və Kamran bəyə təşəkkürümü bildirirəm. Onların sayəsində bir ay ərzində exceli yüksək səviyyədə öyrəndim. İşdə çox köməyinə çatır və işimizi asanlaşdırır. Dərsi çox asan üsulla öyrətdikləri üçün təşəkkürümü bildirirəm.
Səbinə Məmmədova
Bank Respublika- Biznesə dəstək şöbəsi
Təlim proqramı çox uyğun və produktivdir. Təlimçilər Aytac xanım və Kamran bəy öz işlərini mükəmməl şəkildə bilən, fikirlərini asan şəkildə çatdıran və olduqca səbirlidirlər. Təlim çox ürəyimcə oldu, yeni başlayanlar üçün ideal seçimdir.
Nərgiz Hacılı
BDU- komputer elmləri
Hər şey üçün təşəkkürlər!
Təlimdən çox razı qaldım. Tanıdığım insanlara çox rahatlıqla sizi məsləhət görə bilərəm. İşini bilən, məsuliyyətli kollektiviniz var. İşlərinizdə uğurlar.
Fərid Əzizov
Vektor MMC- Satış müvəkkili
Data SoCool-da artıq keçdiyim üçüncü təlimdir və mən tamamilə razıyam. Power BI təlimini peşəkar şəkildə keçdiyi üçün Nəcməddin müəllimimizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, nəticədə 100 bal toplaya bildim. Data SoCool-da təlimlər həmişə ən yüksək səviyyədə keçirilir və mən şadam ki, düzgün seçim etmişəm.
Allahverdiyeva Leyla
Data Analytics Mentor at BPG Academy
Təlimdən çox razı qaldım. Gələcək iş təcrübəmə müsbət təsiri olacağına ümid edirəm. Təlimin aydın, anlaşıqlı və maraqlı təşkil olunmasına görə Data SoCool kollektivinə və təlimçi Nəcməddin bəyə minnətdarlığımı bildirirəm.
Emin Mirkişiyev
Əmanətlərin Sığortalanması Fondu- Risklərin idarə edilməsi departamenti/ Aparıcı mütəxəssis.
Data SoCool tərəfindən təşkil olunan təlim gözləniləndən çox daha dərin və praktik cəhətdən zəngin oldu. Satış və marketinq üzrə dataların istifadəsindən proqnozlaşdırılmasına qədər geniş öyrənmə xətti tamamilə əhatə olundu.
Kamal müəllimin aydın və hərtərəfli izahı ən çətin hissələri belə daha rahat anlamağa, daha həvəslə qavramağa kömək etdi. Öyrəndiklərimin tətbiqi ilə artıq yeni təhlillər aparır, biznes proqnozları tərtib edə bilirəm.
Bu günün və gələcəyin ən mühüm istiqamətlərindən olan data elminə maraq göstərən hər kəsə Data SoCool təlimlərini şiddətlə tövsiyə edir, əməyi keçən hər kəsə sonsuz minnətdarlığımı çatdırıram.
Ramil Cabbarov
UNEC - Director of Career Center
Həqiqətən çox faydalı təlim idi. Bir qərarverici şəxs olaraq əməkdaşlıq etdiyimiz şirkətlərin cari vəziyyəti haqqında reportların hazırlanmasında qərarların data üzərindən verilməsi, bunun üçün müxtəlif dashboardların hazırlanması, vizuallaşdırma və təsviri statistika bacarığına bu sahədə savadı, təcrübəsi ilə öz sözünü demiş peşəkar təlimçi Kamal müəllimin sayəsində sahib olduq. Müxtəlif istiqamətlərdən daxil olan dataların bir mənbədə toplanması SQL bacarığı ilə dataların bazalardan çəkilməsi, analizlərin aparılması üçün R, SPSS, Power BI kimi proqramlarda işləməyin vacibliyini öyrəndik. Dəyərli Kamal müəllimə xüsusi təşəkkür edirəm. Data SoCool ailəsi daim zirvələrdə!
Arzu Şirinova
"Profconsult "MMC - Maliyyə Direktoru
“DataSoCool”-un gənc və parlaq komandasına, “Python ilə Data Analitikası”-nı bizə tədris edən yardımsevər və mehriban Coşqun Hüseynova sonsuz təşəkkürümü bildirirəm! Coşqun müəllim sığorta sahəsində təcrübəsi olduğu üçün data analitikası ilə bağlı peşəkar həyatda hansı real məsələlər ilə qarşılaşacağınızı çox gözəl bilir. Müəllimin Python proqramına olan xüsusi sevgisiisə tələbələrdə daha çox motivasiya yaradır. Bir sözlə, hər dərsdən parlayan gözlər ilə çıxmağa hazır olun. Maliyyə sahəsində çalışan və ya bu yeni yolda ilk addımlarını atmaq istəyən hər bir kəsə dövrün tələbləri ilə ayaqlaşmaq üçün “DataSoCool” komandasına müraciət etməyi şiddətlə tövsiyə edirəm!
Aydın Atayev
Specialist at Settlements Department
Data SoCool-da Analysis and Reporting with Excel təlimində iştirak etdim. Data sahəsində mütəxəssis olmaq istəyən hər kəsə bu sahədə biliklərini möhkəmləndirməyi məsləhət görürəm. Mənə görə Data SoCool datalarla iş üzrə təlimlərdə tərəddüd etmədən etibar edilə biləcək tədris məkanıdır! Təliminiz keyfiyyetli, təlimçiniz Aydın Bağırov isə savadlı və təmkinlidir. Gülərüz komandanız, xoş münasibətiniz, əhatəli bilgiləriniz üçün təşəkkür edirəm! Sizinlə öyrənmək gözəl idi!
Günay Məmmədova
Inpress PR Solutions - Data Analitika Meneceri
Təlim çox maraqlı məlumatlarla zəngindir. Hər bir biznes rəhbəri, sahibkara və məlumatlarla işləyən və qərar verən şəxslərə çox lazımlıdır.
Zamanına dəyər verən mütəxəssislər üçün zəruridir.
Rafael Salmanov
Absheron Hotel Group - Marketing, Brand and PR Manager
Təlimçi öyrətdiyi fənni dəqiq və dərinliklə bilir, eyni zamanda həm teorik, həm də praktiki cəhətdən yaxşı izah edir. Statistik məlumatlardan bilmədiyim bir çox sahələri əhatə edirdi. Administrativ cəhətdən bütün məlumatların e-mail vasitəsilə göndərilməsi xoşagələndir. Kursun vaxtı təlim iştirakçıları ilə razılaşdırılıb təyin olunmuşdu.
Elman Həmidli
Nar mobile - Data Analitik
Kursa başlamadan öncə datalarla işləməyin vacibliyini və əhəmiyyətini anlayırdım, lakin təlimə başladıqdan sonra təlimçi Kamal müəllim bu elmin görünməyən tərəflərini sadə və səlis formada elə izah etdi ki, bildiklərim öyrəndiklərimin yanında çox kiçik qaldı.
Kursun təşkilatçılarına təlimi kifayət qədər peşəkar təşkil etdiyi üçün öz minnətdarlığımı bildirirəm!
Rəşad Həsənli
Azərbaycan Dəmiryolları ASC - Biznesin İnkişafı şöbəsinin rəhbəri
Kursla bağlı bildirmək istəyirəm ki, həqiqətən effektli bir kursdu. Əvvəllər azca SQL ilə məşğul olmuşam. Kursa başlamadan öncə özüm öyrənməyə cəhd göstərdim, lakin effektiv olmadı. Çünki query yazılışında müxtəlif çətin məsələlər meydana çıxır və bu suallara cavab verə biləcək peşəkar təlimçiyə ehtiyac olur. Çətin məsələlərin həllində Şahin müəllim bizə yaxından köməklik göstərir. Hər bir tələbənin sualına müxtəlif müvafiq misallarla cavab verir və bu da təlimin interaktiv keçməsinə səbəb olur. Şahin müəllimin təcrübəli olması və praktikada istifadə olunan nümunələrlə təlimi aparması bizdə də peşəkar düşünmə qabiliyyəti formalaşdırır. Ev tapşırıqları çox düşündürücü olur və bütün keçirilmiş dərsləri əhatə edən məlumatlar sayəsində bu tapşırıqları yerinə yetirmək mümkün olur. Bu da bizim öncəki dərsləri daha dərindən öyrənməli olduğumuzu praktiki olaraq sübut etmiş olur. Təlimdə həm praktiki, həm də nəzəri biliklər əldə etmişəm. Gələcəkdə 1z0-071 Beynəlxalq Oracle SQL sertifikatı almaq üçün imtahan vermək niyyətindəyəm. Şahin müəllimə təşəkkür edirəm və digər tələbələrə uğurlar arzulayıram!
Elnur Müslümov
AR Əqli Mülkiyyət Agentliyi - İnformasiya Texnologiyaları şöbəsinin müdiri



































Axtarmaq üçün ən azı 2 hərf yazın



