[email protected] +994505971227

Analysis and Reporting with Excel

Əsas səhifə >Təlimlər >Analysis and Reporting with Excel
Təlimçi-Mentor:
Aydın Bağırov
Təlimin qiyməti:
200 AZN
Təlimin müddəti:
1 ay (16 saat)
Tələbələr üçün:
150 AZN
Microsoft Excel ilə Analiz və Reporting üzrə bacarıqlara Microsoft Partnyoru qurumda Microsoft Sertifikatlı peşəkardan yiyələnin!

Təlim haqqında

Excel ilə Analiz və Reporting Təlimi

Microsoft Excel müxtəlif növ məlumatların idarə edilməsi və təhlil edilməsi üçün ən güclü və ən çox istifadə olunan vasitələrdən biridir.

“Excel ilə Analiz və Reporting” təlimində iştirak etməklə siz Excel ilə işlərin görülməsində və təhlillərin aparılmasında ən çox istifadə olunan funksiyalarla işləməyi, analizləri sürətli şəkildə etməyi, müxtəlif vizuallardan istifadə edərək interaktiv dashboardlar, reportlar hazırlamağı bacaracaqsınız.

Təlimçi haqqında

Aydın Bağırov – Excel və DAX üzrə ekspert. Hal-hazırda Alliance Logistics şirkətinin Data Analitikası şöbəsində şöbə rəisi vəzifəsində çalışır. Əməliyyatların avtomatlaşdırması və optimallaşdırılması, rutin işlərdən azad olma və effektivliyi artırmaq üçün analitik həllər təqdim edir. 
Microsoft-un bir sıra rəsmi sertifikatlarına sahibdir: “Analyzing and Visualizing Data with Excel”, “Essential Statistics for Data Analysis using Excel”, “Analyzing and Visualizing Data with Power BI”, “Querying Data with Transact-SQL”, “Python for Data Science”.

Təlimin metodu

Microsoft şirkəti ilə rəsmi partnyorluq vasitəsi ilə təlim proqramının hazırlanmasında və tədris prosesində Microsoft materiallarından istifadə olunur. Həmçinin təlimin iştirakçıları rəsmi Microsoft Excel təlim materialları ilə təmin olunacaqdır. Təlimin daha effektiv olması üçün dərslər real keyzlər üzərindən izah olunacaq və keçiləcək dərslərin tətbiqi üçün tapşırıqlar veriləcəkdir. Təlim proqramı ərzində hər bir iştirakçıya mentorluq dəstəyi də göstəriləcək. Dərslərə davamiyyət və sonda keçiriləcək imtahan nəticələrinə əsasən iştirakçılar sertifikatla təmin olunacaqdır.

Təlimin proqramı

Data management and analysis within Excel

  • Introduction to reporting in Excel
  • Working with worksheets
  • Excel tables
  • Sorting & Filtering
  • Data Cleaning
    • Text to Column
    • Removing dublicates
    • Grouping & Subtotals
  • Conditional formatting
  • Defined Names
  • Calculation options
  • Data Validation
  • Charts

Data mining in Excel

  • Formulas
    • Date & Time functions
    • Financial functions (PMT, RATE, NPER, PV, FV, …)
    • Logical functions (IF, IFERROR, NESTEDIF, AND, OR…)
    •  Lookup & Reference functions ( VLOOKUP, HLOOKUP, MATCH, INDEX…)
    • Statistical functions (AVERAGE, MEDIAN, MODE, STDEV, COUNT, COUNTIF…)
    • Mathematical functions (SUM, SUMIF, ROUND, RAND, RANDBETWEEN…)
    • Text functions ( LEFT, RIGHT, MID, FIND, CONCATENATE, LEN…)
  • Formula auditing
  • What-if analysis

 

Data Modelling & Data Visualization

  • Pivot Table & Pivot Charts
    • Analyzing Pivot Table Data
    • Text Filters
    • Grouping and Pivot Charts
    • Value Field Settings and Show Values As
    • Calculated Fields and Calculated Items
    • Slicers and Timeliness
    • Data-Integrity Checks and Report Filters
    • Timelines and Dashboard Development
  • Power Pivot
    • Importing data from different sources
    • Working with tables
    • Relationships
    • DAX expressions for calculated columns and measures
  • Power Query
    • Build excel data model from single flat table
    • Import multiple tables
    • Create an Excel data model from the imported data
    • Create calculated measure
    • Explore several advanced DAX functions
  • Creating dynamic dashboards
  • Case studies with real datas

Step to Business World

  • Data Scientist CV Preparation
  • Interview preparation
Onlarla Data SoCool tələbəsi hazırda aparıcı şirkətlərdə və dövlət qurumlarında çalışır. Növbəti siz ola bilərsiniz. #PeşəkarDataTəhsili

Dərslər hansı saatlarda keçirilir?

Həftədə iki dəfə keçirlən dərslər həm işləyən, həm tələbələrə uyğun olması üçün həftə içi iş saatlarından sonra və həftə sonu keçirilir.  

Dərslər praktikidir mi?

Dərslər Layihə əsaslı təhsil metodunda tədris edildiyi üçün bütün dərslər praktikidir və buna görə də, dərslərə komputer gətirməyiniz tələb olunur. Təlim proqramının sonunda öyrəndiyiniz bilik və bacarıqlara əsasən təqdim edilmiş biznes probleminin həllinə uyğun Capstone layihə tapşırığı üzərində işləyəcəksiniz.

Təlimə qoşulmaq üçün ilkin bilik tələb olunur mu?

Xeyr, təlim sıfırdan başlayanlar üçün dizayn olunduğundan başlamaq üçün ilkin bilik tələb olunmur.