[email protected] +994997971227

Excel dərsləri: Maliyyə formulaları 1

Əsas səhifə >Data bloqu >Excel dərsləri: Maliyyə formulaları 1

Excel dərsləri: Maliyyə formulaları 1

Yadınızdadırsa, daha əvvəlki yazıda bank sahəsində çalışanlar üçün çox faydalı olacaq bəzi Excel formulalarından – PMT(); PPMT(); IPMT(); CUMPRINC() və CUMIPMT() bəhs etmişdim. İndi isə bu formulalara daha detallı baxacağıq.

İlk olaraq, PMT() formulasında başlayaq. Bu formulanın köməyi ilə faiz dərəcəsi və ödəniş məbləği sabit olan kreditin hər dövr(aylıq və ya illik) üçün ödənişini hesablaya bilərik. Formulaya nəzər yetirək:

=PMT (rate, nper, pv, [fv], [type])

Burada “rate” kreditin verildiyi faiz dərəcəsidir, “nper” kreditin verildiyi müddətdir, “pv” kredit məbləğidir. Əlavə olaraq formulaya istəyə bağlı yazılan “fv”- son ödənişdən sonra edilən nağd pul balansının gələcək dəyəri  və “type” – ödənişin dövrün əvvəlində(1) yoxsa sonunda(0) olunduğunu göstərən inputlar da vardır. Adətən formulanı istifadə edərkən onlar qeyd olunmur. Aşağıda bir nümunə üzərində bu PMT formulasını tətbiq edək.

Formulamıza fikir versək görərik ki, faiz dərəcəsi 12-yə bölünüb. Bunun səbəbi odur ki, faiz dərəcəmiz illik verilib, lakin kreditin ödənişi aylıqdır və biz 12-yə bölməsək Excel onu 12 il olaraq qəbul edir. Buna görə də biz faiz dərəcəmizi 12-yə bölməliyik. Nəticə olaraq tapırıq ki, illik 18% ilə 12 aylıq 1000 AZN  kredit götürən müştəri hər ay 91.68 AZN ödəniş etməlidir.

Banklarda kredit ödənişi edilərkən sistemdə bu məbləğin bir hissəsi faiz məbləğindən(interest payment), bir hissəsi isə əsas məbləğdən çıxılır. Bank sisteminə görə, ilk aylarda ödənişin faiz məbləğindən çıxılan miqdarı daha çox olur. PMT formulası ilə hesabladığımız ödəniş məbləğinə həm əsas məbləğ, həm də faiz məbləği daxildir. Əgər biz bu məbləğləri ayrı-ayrı tapmaq istəyiriksə, o zaman PPMT(əsas məbləğ üçün) və IPMT (faiz məbləği üçün) formulalarını istifadə edə bilərik.

 

=PPMT (rate, per, nper, pv, [fv], [type])

=IPMT (rate, per, nper, pv, [fv], [type])

Formulaların inputlarına nəzər yetirsək görərik ki, hər ikisi eynidir. “Rate”, “nper”, “pv”, “fv” və “type” inputları PMT formulasında olduğu kimidir. Fərqli olan yalnız “per” inputudur. Yuxarıda qeyd etdiyim kimi, əsas və faiz məbləğləri hər dövr üçün fərqli olur. Formulada olan “per” hasablamaq istədiyimiz dövrün nömrəsidir(məsələn, 5-ci ayı hesablamaq istəyiriksə “5” yazırıq).

Əsas məbləğ və faiz məbləğinin cəmi PMT formulası ilə aldığımız ödəniş məbləğinə bərabər olmalıdır.

 

İndi isə son iki formulamıza baxaq. CUMPRINC – istədiyimiz dövr aralığında olan əsas məbləğ ödənişlərinin cəmini və CUMIPMT - istədiyimiz dövr aralığında olan faiz məbləğlərinin cəmini hesablamaq üçün istifadə edirik.

=CUMPRINC (rate, nper, pv, start_period, end_period, type)

=CUMIPMT (rate, nper, pv, start_period, end_period, type)

Məsələn, biz istəyirik ki, 3-cü ildən 6-cı ilə qədər olan əsas məbləğ və faiz məbləği ödənişlərinin ayrı-ayrılıqda cəmini tapaq. Bunun üçün aşağıdakı yoldan istifadə etmək lazımdır:

 

 

Daha çox oxu:

Excel dərsləri: VLOOKUP nədir?

Excel dərsləri: Exceldə qısa yollar(shortcut)

Excel əmək bazarında əsas tələb kimi

Aytac Aliyeva

Trainings&Development Manager