[email protected] +994997971227

Excel dərsləri: VLOOKUP nədir?

Əsas səhifə >Data bloqu >Excel dərsləri: VLOOKUP nədir?

Excel dərsləri: VLOOKUP nədir?

Excelin advanced funksiyaları deyəndə ilk ağıla gələnlərdən biri VLOOKUP olur. Həmçinin iş interviyularında da Excel bilirəm deyəndə soruşurlar ki, “VLOOKUP işlətməyi bacarırsan mı?”. Bəs nədir bu VLOOKUP? Hansı işimizi rahatlaşdırır?

VLOOKUP funksiyası ilə biz datadan istədiyimiz məlumatı çəkib gətirə bilirik. Gəlin sadə bir nümunə üzərində bunu izah edim. Tutaq ki, bizdə ölkələrin illər üzrə məhsul satışının datası var və bu çox böyük datadır. Biz həmin datadan Almaniyada 2016ci ildə olan satışı bilmək istəyirik və bunu  böyük cədvəldə axtarmadan etmək istəyirik. Bu zaman bizim köməyimizə vlookup gəlir. VLOOKUP'a deyirik ki get bizim verdiyimiz kriteriyaya("Almaniya") uyğun məlumatı data cədvəlində axtar və bizim dediyimiz sütundan ("2016" hansı sutundadirsa) ona uyğun məlumatı gətir.

Excel dili ilə desək,  =VLOOKUP(lookup_value, table_array, col_index_num, range_lookup). Burada "lookup_value" bizim kriteriyadır("Almaniya"), "table_array" raw datamızın olduğu cədvəldir, "col_index_num" axtardığımız məlumatın olduğu sütun nömrəsi (nəzərə alın ki, Excel sütun nömrələrini seçdiyimiz cədvələ uyğun müəyyən edir), "range_loookup" isə bizim axtarışı necə etdiyimizi dəqiqləşdirməyimizi istəyir. Burada TRUE(approximate match) yaxud FALSE(exact match) seçməliyik. Praktikada əsasən FALSE seçilir.

https://www.youtube.com/watch?v=gM2eTVk5F4g&feature=youtu.be

Yuxarıda verdiyim nümunə sadəcə VLOOKUP funksiyasının mahiyyətini anlatmaq üçün idi. Praktikada VLOOKUP’ı nadir hallarda eyni sheetdəki bir məlumatı tapmaq üçün istifadə edirlər. Əsasən VLOOKUP fərqli sheetdə olan məlumatı göstərmək üçün istifadə olunur. Daha aydın olması üçün nümunəyə baxaq. Yuxarıdakı nümunəmizi biraz dəyişək. İndi bizim datamız fərqli sheetdədir, nəticəmizi isə ayrı sheetdə görmək istəyirik. Yenə də eyni qaydada formulamızı tətbiq edirik, sadəcə bu səfər table_array seçərkən datamızın olduğu sheetə qayıdıb cədvəlimizi seçməliyik. Cədvəli seçdikdən sonra $ işarəsinin köməyi ilə (F4 ilə) mütləq reference verin ki, sonra formulamızı digər xanalara tətbiq edəndə cədvəlimizin referansı dəyişməsin. Əgər bizim nəticəmiz N/A olursa, lookup_value’a fikir vermək lazımdır. Bəzən olur ki hər hansısa bir hərf səhv olur və bizim nəticəmiz düzgün alınmır.

https://www.youtube.com/watch?v=S-WTujumL48&feature=youtu.be

 

Daha çox oxu:

Excel dərsləri: Exceldə qısa yollar(shortcut)

Excel əmək bazarında əsas tələb kimi

HR(İR) Analitikası nədir?

Aytac Aliyeva

Trainings&Development Manager