[email protected] +994997971227

İndi çoxlu məlumatlara sahibik, bəs bu məlumatlarla nə etməliyik?

Əsas səhifə >Data bloqu >İndi çoxlu məlumatlara sahibik, bəs bu məlumatlarla nə etməliyik?

Tutaqki, indi çoxlu məlumatlara sahibik, bəs bu məlumatlarla nə etməliyik?

Müasir dövrdə Data sahib olduğumuz ən güclü vasitələrdən biridir, belə ki, istənilən sahədə müştərilərin istəkləri haqqında dərin baxış bucağı verən, daha effektli və səmərəli təklif irəli sürür. Məsələn, Google Map və bu kimi eyni funksiyalara sahib proqramların datalardan istifadə etməklə iş yerlərində və digər filiallarında məsafələrin, gediş zamanının və nəqliyyat vasitələrinin işlək vaxtlarının müəyyən edilməsi ilə biznesin və işçilərin daim ehtiyaclarının yaxşı və rahat təmin etmək mümkündür. Əlavə olaraq, məhsulların qiymətlərinə və müştərilərin həmin qiymətlərə olan münasibəti, satılan və ya təklif edilən məhsulların müəyyən edilməsi kimi funksiyalar da mövcuddur. Və müasir erada onlayn aktivlik vacib bir nüans olduğu üçün onun nəzarətdə saxlanılması və təkmilləşdirilməsi üçün məlumatlardan istifadə olunur. İnternetdə günümüzün tələblərinə əsasən aktivliyin və reklamın artırılması müştərilərin də daha yaxşı cəlb edilməsində güclü vasitələrdəndir. Aydındır ki, məlumatlar son dərəcə faydalıdır. Amma, bunlardan bütün imkanları ilə istifadə edərək işə haradan başlamağı müəyyən etməkdə çox vacib məsələdir. Bəs şirkətlərin aktivliyinin artırılması üçün məlumatları necə istifadə etməyə başlamaq lazımdır?

1.Təhlükəsiz Saxlanma

Məlumatların toplanılması və təhlükəsiz saxlanması çətin və yüksək maliyyə tələb edən proseslərdir. Lakin, buna baxmayaraq məlumatların itkisi baş verə bilir. Əlavə olaraq məlumat itkisi müştərilərin etibarının qırılması, maliyyə ziyanlarının meydana çıxmasını və ya hətta biznesin iflas olmasına gətirib çıxara bilir. Faktiki olaraq, kiçik şirkətlərin 70%-i məlumat itkisi baş verdikdən sonra fəaliyyətini dayandırmaq məcburiyyətində qalırlar. Və korporativ şirkətlərin 94%-i bərpa olunması mümkün olmayan problemlərlə üzləşirlər.

Məlumatların toplanması və saxlanması zamanı əmin olmaq lazımdır ki, bütün verilənlər və məlumatlar həm itkidən ,həm də oğurlanmaqdan tam şəkildə mühafizə olunmuşdur.

Məlumatların itkisi sistemdə yaranan nasazlıqla və ya insan səhvləri ilə bağlı ola bilir. Məlumatların back up olunmasından əmin olmaq, firewall, spam filterlərdən və icazələri təmin edən əmrlərdən istifadə kibertəhlükəli risklərdən mühafizə olunmağa kömək edir. Həmçinin, məlumatların saxlanması və emal olunmasını təmin edən aparat təminatının optimal olmasından əmin olmaq da digər bir vacib amildir. Daha ətraflı bu məqaləmizdən oxuya bilərsiniz.

2. Datanın Təmizlənməsi

Datanın təmizlənməsi üçün ilk addım düzgün vasitənin müəyyənləşdirilməsidir. Excel yuxarıda qeyd edilən xüsusiyyətləri daşıyan ən yaxşı proqram təminatlarındandır ki, ən az 1 milyona yaxın dataya sahib olduğumuz zaman məntiqi ardıcıllıqla müəyyənləşdirməni həyata keçirir. Lakin, bəzi hallarda Python və başqa skript dili məlumatların təmizlənməsi zamanı daha uyğun funksiyalara sahib ola bilir, hansı ki Excel həmin funksiyaları icra etmir. Axtarılan məlumatın məntiqə uyğun bir məna kəsb etdiyindən əmin olmaq üçün məlumatlar bazasında analiz aparmaq daha məqsədə uyğundur. Məsələn, şirkətdə mavi yaxalı olaraq müəyyən olunmuş işçi qrupu arasında aylıq maaşlar yoxlanılır və maksimum dəyər 1 milyon dollardır. Burada yarana biləcək bir səhvi bildirmək üçün "qırmızı bayraq" deyə öncədən müəyyən olunan bir işarət olmalıdır. Yəni "qırmızı bayraq" sistemdə yarana biləcək uyğunsuzluq və səhvləri bildirməkdə kömək etmiş olur. Eyni zamanda, "Hər hansı bir xəta və ya sintaksis səhvi varmı" deyə suallar ətrafında əməliyyat aparır. Verilənlərlə bağlı bütün təmizlik prosesləri yerinə yetirildikdən sonra yaranan səhvlərin aradan qaldırılması haqqında düşünülməlidir. Bəzi səhvlər aydın şəkildə görünə bilər. Məsələn, yaranmış orfoqrafik səhvlər asan görülüb və aradan qaldırıla bilər. Amma, bu hər zaman bu cür baş verməyə bilir. Məlumatların massivlər şəklində saxlandığı bir bazada administrator tərəfindən öncədən yarana biləcək problemlərlə bağlı olaraq müəyyən limitləmələrdən istifadə edilir. Hətta ehtiyac yarandığı təqdirdə məlumatların orijinal qaynağına da baxıla bilər.

3. Analizin bir qismini texnologiya ilə artırmaq

Son illərdə böyük həcmli məlumatların toplanması ciddi şəkildə demək olar ki, bütün sahələrdə müşahidə olunur. İxracat sənayesini misal olaraq göstərmək olar. İxracatçılar külli miqdarda verilənlər yaradırlar, lakin çatdırılma zəncirinin inkişaf etdirilməsi, yolların tapılması üçün minimal olaraq analizlər aparılmalıdır.

Texnologiya yalnızca məlumat toplanmasını, avtomatlaşdırılmasını həyata keçirməklə deyil, həmçinin analizlərin aparılmasında da vaxtın minimallaşdırılmasına və qısa zamanda effektli nəticənin alınmasında kömək edir. Analizin inkişaf etdirilməsi üçün Machine Learning və Süni İntellekt(Aİ) istifadə edilir və analitikanın məzmununu dəyişməklə top texnologiyalar arasında Deep Learningin istifadəsinə yol açır. Düzgün və rəqabətə əsaslanan analiz hər zaman yaxşı fikir olaraq səslənir. Eyni zamanda məlumatların yüksək səviyyədə saxlanması və analizin olunmasının  biznes üçün atıla biləcək ən səmərəli addımdır. Verilənlərin toplanması, saxlanması, emalı, mühafizəsi və tam şəkildə təmizlənməsi, həmçinin düzgün texnologiyadan istifadə etməklə analiz edilməsi uzunmüddətli istifadə və eyni zamanda əhəmiyyətli qabiliyyətə sahib olmanı təmin edir.

Azər Rzayev

Data Researcher