[email protected] +994997971227

Databaza və SQL nədir?

Əsas səhifə >Data bloqu >Databaza və SQL nədir?

Databaza və SQL nədir?

Databaza  haqqında daha dərin danışmağa başlamamışdan əvvəl gəlin baxaq:

Data nədir?

Sadə dildə desək data nəzərdə tutduğumuz hər hansı obyektlə bağlı faktdır. Məsələn adınız,yaşınız, boyunuz, çəkiniz, və bu kimi məlumatlar sizin haqqınızda olan datadır. Hər hansı şəkil, fayl, pdf də data sayıla bilər.

Databaza nədir?

Databaza datanın sistematik yığımıdır. Databaza datanın toplanması və formaya salınması funksiyasını yerinə yetirir. Həmçinin databazanın köməyi ilə data daha rahat idarə edilir. Gəlin bir neçə nümunəyə baxaq.

Onlayn telefon kataloqu insanlara aid olan məlumatları, mobil nömrələri, və digər əlaqə məlumatlarını saxlamaq üçün databazaya ehtiyac duyur.  Və ya sizi elektrik ximəti ilə təmin edən şirkət databaza sayəsində sizin ödəniş qəbzinizi, haqqınızda məlumatı və ya sizinlə bağlı hər hansı səhvlik olan məlumatları toplaya və ya düzəldə bilir.

Gəlin Facebooka baxaq. Üzvləri, onların dostları, etdikləri fəaliyyətlər, mesajlaşmalar,reklamlar və digər onlarla xidmət haqqında məlumatı toplamaq, idarə etmək və ya təqdim etmək üçün databazaya ehtiyac duyur. Biz databazanın istifadə edildiyi bunun kimi yüzlərlə nümunə saya bilərik.

 

Databazaların İdarə edilməsi Sistemi nədir? (DİS)

Databazaların İdarə edilməsi Sistemi (DİS) istifadəçinin databazaya daxil olması, datanı dəyişməsi, üzərində hesabatlar hazırlaması və ya vizuallaşdırması üçün lazım olan proqramlar toplusudur. Bu sistem istifadəçiyə databazaya daxil olanlara nəzarət etməyə də kömək edir. Əslində DİS yeni yaradılmış bir konsepsiya deyil, bu ifadə 1960-cı illərdə artıq istiadə edilirdi.

Charles Bachmenin İnteqrasiya edilmiş Data Ehtiyatı dünyanın ilk DİS-i qəbul edilir.

Artıq databazanın istifadə sahələri artıqca istifadəçilərin databazalardan gözlədiyi funksiyanallıqlar da kütləvi şəkildə artdı.

 

DİS-in növləri

Gəlin baxaq ki datanın idarə edilməsi sistemləri tarix boyu necə dəyişib. Aşağıda göstərilən diaqram DİS kateqoriyalarının inkişafını əks etdirir.

DİS-in 4 əsas forması var. Gəlin onlarla yaxından tanış olaq.

 

  • İyerarxik – bu tip databazalarda datanın saxlanılması üçün “valideyn-övlad” münasibəti qurulur. Günümüzdə demək olar ki bu tip databazalardan istifadə hallarına nadir hallarda rast gəlinir. Bu tip databazaların strukturuna baxsaq və onu bir ağacla müqayisə etsək gövdələr qeydləri, budaqlar isə müxtəlif sahələri təmsil edir. Windows XP-də istifadə edilən pəncərə qeydiyyatı da məhz iyerarxik databaza formasına nümunədir. Həmçinin konfiqurasiya parametrləri də yuxarıda qeyd etdiyimiz ağac və gövdəsi misalına bənzəyir.
  • Şəbəkə DİS – bu tip datanın idarə edilməsi sistemləri çox üçün çox münasibəti əsasında qurulub. Bu sistem forması çox hallarda qarışıq databaza strukturu ilə nəticələnir. RDM Server bu növ databaza idarə edilməsi sistemini tətbiq edən şirkətlərə nümunədir.
  • Əlaqəli DİS – bu tip DİS-lər databazalar arasında əlaqəni cədvəllər və ya müxtəlif əlaqələr üzərindən göstərir. Əlaqəli DİS bir çox hallarda öncədən hazırlanmış müəyyən data növlərini dəstəkləyir.  Bazarda ən çox istifadə edilən DİS sistemi də məhz əlaqəli DİS sistemidir. MySQL, Oracle, and Microsoft SQL Server databazaları bu kateqoriyada olan nümunələrdir.
  • Obyekt yönümlü DİS – bu növ DİS-lər yeni tipdə olan dataların toplanması üçün istifadə edilir. Databazada saxlanılacaq hər bir obyektin öz xüsusiyyətləri və həmin data ilə edilə biləcək əməliyyatları göstərən methodlar var. PostgreSQL məhz bu databaza növünə nümunədir.

SQL nədir?

SQL abreviaturasının açılışı Structured Query language yəni Strukturlaşmış Sorğu dili deməkdir və [ES-KYU-EL] və ya [Sİ-KUEL] olaraq tələffüz edilir. SQL əlaqəli databazada istifadə edilmək üçün nəzərdə tutulub. SQL databazaya məlumatın qoyulması, databazada məlumatın axtarılması və ya yenilənməsi və ya databazadan məlumatın silinməsi üçün istifadə edilir. Həmçinin SQL databazada olan datanın təmizlənməsi və ideal vəziyyətə salınması işlərini də öz öhdəsinə götürür. Əlaqəli databazalardan olan MySQL Database, Oracle, Ms SQL server, Sybase və digərləri SQL-dən istifadə edir.

 

SQL sintaksislərindən necə istifadə edir?

SQL nümunəsi

SELECT * FROM Members WHERE Age > 30

 

Databazalarda istifadə edilən SQL sintaksislər,i demək olar ki, bir-birinə bənzəyir,  sadəcə bəzi xüsusi databazalar müxtəlif SQL sintaksislərinə müraciət edir, hətta bəzilərinin öz şəxsi mülkiyyətləri sayılan SQL sintaksisləri var.

 

Bəs NoSQL nədir?

NoSQL yaxın zamanlarda SQL kategoroyalarına əlavə olunması gözlənilən yeni kategoriyadır. Bu kategoriyanln ən spesifikxüsusiyyəti Əlaqəli Databazada istifaə olunan konsepisyaların heç birinı riayət etməməsidir. NoSQL əslində “Təkcə SQL deyil” deməkdir.

NoSQL konsepsiyası internet nəhəngləri olan Google, Facebook, Amazon və onlar kimi iri həcmli data ilə işləyən şirkətlər tərəfindən inkişaf etdirilir.

Əlaqəli databazalarda irihəcimli datalarla işlənilən zaman sistemin cavab vermə müddəti yavaşlayır. Təbiki bu problemin qarşısını almaq üçün var olan texnikamızı inkişaf etdirərək sistemi təkminləşdirə və “genişləşdirə” bilərik.

Yuxarıda qeyd olunan problemi aradan qaldırmaq üçün görülə biləcək bir digər tədbir isə  nəhəng məlumat bazasını müxtəlif əsas bazalar arasında bölüşdürməkdir ki bununla da yüklənməni azalda bilərik. Bu proses “ölçülənmə” adlanır.

NoSQL əlaqəsiz databaza növüdür və buna görə də əlaqəli databazaya nisbətən daha geniş data ilə işləyə bilir və internet tətbiqetmələrini nəzərə alaraq yaradılıb. Onlar datbazaya sorğu göndərmək üçün SQL-dən istifadə etmirlər və Əlaqəli databazadakı kimi limitli sxemlər tələb etmir.  NoSQL, ACID (Atomicity, Consistency, Isolation, Durability) kimi funkisyalar heç də həmişə sistem tərəfində dəstəklənmirlər.

 

Bəs onda NoSQL yaradılandan sonra SQL-i öyrənməyin nə mənası var?

Yuxarıda qeyd etdiyimiz NoSQL-in yaratdığı faydalar sizdə elə bir fikir yarada bilər ki, NoSQL daha geniş istfadəyə yararlıdırsa onda kimsə niyə SQL databaza ilə işləməyi öyrənmək istəsin?

 

Deməli, NoSQL databazası sadəcə müəyyən yüksək səviyyəli spesifikasiyaya sahibdir, ancaq xüsusi istifadələrə yarayır və limitlidir. NoSQL daha çox nəhəng data ilə işləyən şirkətlərin işinə yarayır. Geridə qalan hissə isə daha çox əlaqəli databaza və onunla əlaqəli proqram və vasitələrdən istifadə edir.

 

Əlaqəli databazının NoSQL databazası ilə müqayisədə aşağıdakı üstünlükləri var:

  • SQL əlaqəli databaza üçün daha kamil data toplanması və idarə edilməsi xidməti təmin edir. Bu da şirkət idarəçiləri üçün ən vacib funksiyalardan biridir.
  • SQL databaza istifadəçiyə sadəcə özünə lazım olan və istədiyi datanı vizuallaşdırmağa şərait yaradır. İstəmədikləri və ya işlərinə yaramayacaq datanı isə gizlədə bilirlər.
  • SQL databazası üzərində işlənən sql-lər vasitəsi ilə biznes məntiqini databazaya tətbiq eləmək olur.
  • SQL databazasının mühafizəsi NoSQL-ə nisbətən daha təhlükəsizdir.

 

Buna görə də dünya hələ də əlaqəli databazadan qaçmır. Ona görə də hələ də əlaqəli databaza ilə işləyə bilən mütəxəssislərə ehtiyac duyulur. Ona görə də SQL və databaza ilə işləməyi öyrənmək hələ də öz önəmini qoruyur.

 

 

Xülasə

  • DİS – databazanın idarəedilməsi sistemi
  • DİS-in 4 əsas tipi var – İyerarxik, Şəbəkə DİS, Əlaqəli DİS və Obyekt yönümlü DİS
  • Ən çox istifadə edilən DİS növü əlaqəli modeldir və bu model datanı cədvəl şəklində saxlayır. Sorğu dili kimi də SQL istifadə edilir.
  • SQL dili Sql-dən istifadə edərək databazaya sorğu göndərir.
  • Ənənəvi sadə fayl saxlama qaydası ilə müqayisədə databaza sistemi daha böyük üstünlüklər təklif edir.

 

Source: https://www.guru99.com/introduction-to-database-sql.html

 

Narmin Mammadova

Researcher