Data Analitikasının İnsan Resurslarında(HR) İstifadəsi
İnsan analizinə başlamaq istəyən bir çox İnsan Resursları mütəxəssisi tərəfindən “İnsan Resursları (bundan sonra İR) analitikası nədir?” sualı verilir. Bu məqalədə data analitikasının İR-da istifadəsi və gələcəkdə biznesləri necə formalaşdıracağı haqqqında məlumat veriləcəkdir.
İR analitikası nədir?
İR analitikası bundan başqa insan analitikası, işçi qüvvəsi analitikası və ya istedad analitikası kimi də adlandırılır. İR analitiki hər hansı bir qurumdakı insanların problemlərini datalardan istifadə edərək analiz edir. Bu isə həmin qurumla bağlı kritik suallara cavab vermək imkanı əldə etməyi təmin edir. Məsələn:
-
Qurumun illik işçi dövriyyəsi nə qədərdir?
-
İşçi dövriyyəsinin nə qədəri maaş itkisindən ibarətdir?
-
Hansı işçilərin şirkəti bir il müddətində tərk etmə ehtimalı daha yüksəkdir?
Bu suallara sadəcə datalardan istifadə edərək asanlıqla cavab tapmaq mümkündür. Bir çox İR mütəxəssisi birinci suala asanlıqla cavab verə bilər. Lakin ikinci sualı cavablamaq daha çətindir.
İkinci suala cavab vermək üçün iki fərqli dataya müraciət etmək lazım gələcəkdir: İnsan Resursları İnformasiya Sistemi (HRIS) və Performans İdarəetmə Sistemi.
Üçüncü suala cavab vermək üçün isə daha çox məlumat və bu məlumatları geniş şəkildə analiz etmək lazımdır. Bunun üçün isə data analitikasına müraciət etmək lazım gəlir.
İR departamentləri uzun müddət böyük miqdarda data toplayır. Ancaq daha sonra bu datalardan ümumiyyətlə istifadə olunmur. Qurumlar yalnız öz işçilərinin problemlərini həll etmək üçün bu datalara müraciət etdikləri zaman İR analitikası ilə məşğul olurlar.
Son 100 il müddətində İR İdarəetməsində dəyişikliklər baş vermişdir. Belə ki, bu müddət ərzində İR İdarəetməsi əməliyyat yönümlüdən strategiya yönümlüyə doğru hərəkət etmişdir.
İnsan analitikasının istifadəsi, artıq intuisiyaya güvənərək deyil, dataların analizinə əsaslanaraq qərar qəbul etməyə imkan verir.
Data analitikası İR İdarə Olmasına necə kömək edir?
Data analitikası digər sahələrdə inqilab yaratdığı kimi İR-ın inkişafına da öz müsbət təsirini göstərir. Bu sahənin inkişafı İR-nı aşağıdakılarla təmin edir:
-
Datalardan istifadə edərək ən doğru qərarı qəbul etmək
-
Əməliyyat yönümlü əməkdaşlıqdan strategiya yönümlü əməkdaşlığa keçməsini təmin etmək
İR analitikası vasitəsilə hansı işəgötürmə şirkətinin bir il müddətində şirkətdən ayrılacağını, iki il müddətində hansı işə götürülmələrin ən yüksək performansı göstərəcəyini təxmin etmək mümkündür. Bu məlumatlara sahib olmaq İR mütəxəssislərinin işə qəbul və seçim prosedurlarını və qərarlarını dəyişdirəcəkdir.
Bütün bunlar data analitikasının gələcəkdə digər sahələrdə olduğu kimi İR-da da önəmini göstərir.
Daha çox oxu:
Excel dərsləri: Exceldə qısa yollar(shortcut)