[email protected] +994997971227
Yüksək keyfiyyətə zəmanət

Business Analytics

Əsas səhifə >Təlimlər >Business Analytics
Təlimçi-Mentor:
Mübariz Abdıyev
Təlimin qiyməti:
300 AZN (aylıq ödəniş)
Təlimin müddəti:
10 həftə (2.5 ay)
Tələbələr üçün:
240 AZN (aylıq ödəniş)
Əgər işinizdə datanın imkanlarından faydalanmaq, datanı pula çevirmək istəyirsinizsə “Biznes Analitikası” dərsləri sizin üçündür!

Təlim haqqında

Bu təlim biznes problemlərini data əsaslı yanaşma ilə analiz etməyi və nəticələri real biznes qərarlarına çevirməyi hədəfləyir. Proqram analitik düşüncə, texniki bacarıqlar və maliyyə baxışını bir araya gətirir. Proqramın əsas fokus nöqtəsi sadəcə analiz etmək yox, “bu nəticə hansı biznes qərarına təsir edir?” sualına cavab verməkdir. Təlim real biznes kontekstində praktiki tapşırıqlar üzərində qurulduğundan, əldə olunan biliklər dərhal iş mühitində tətbiq oluna biləcək səviyyədə formalaşır. Nəticədə iştirakçılar analitik nəticələri təkcə hesabat kimi deyil, qərarverməni dəstəkləyən strateji alət kimi istifadə etməyi bacaracaqlar.

 

Təlimçi haqqında

Mübariz Abdıyev - hazırda Kapital Bankda Senior Business Analyst olaraq çalışır. Daha öncə Unibankda Senior Business Analyst olaraq çalışmışdır. Ümumilikdə 8 ildən artıq bankçılıq təcrübəsi vardır. 

Bakalavr təhsilini Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər, Magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində MBA üzrə almışdır. 

Təlimin metodu

Təlim müddətində iştirakçılar yalnız nəzəri bilikləri deyil, həmçinin praktiki tapşırıqlarla mövzuları daha effektiv mənimsəyəcəklər. Təlim iştirakçıları müxtəlif keyzlər üzərində praktiki olaraq işləyəcəklər. Həmçinin, hər dərsin sonunda ev tapşırıqları ilə keçilən mövzular daha da möhkəmləndiriləcək. Təlimin sonunda iştirakçılar öyrəndikləri bacarıqları tətbiq edərək onlara verilmiş proyekt üzərində işləyəcəklər. Təlim proqramı ərzində iştirakçılara mentorluq dəstəyi də göstəriləcək. Dərslərə davamiyyət və keçirilən testlərin nəticələrinə əsasən iştirakçılar sertifikatla təmin olunacaqdır.

Təlimin auditoriyası

  • Karyerasını Biznes Analitikası sahəsinə qurmaq istəyənlər 
  • Hazırda analitik, layihə meneceri və ya məhsul sahibi kimi çalışanlar
  • Maliyyə, Marketinq və IT sahəsində işləyib analitik düşüncəsini gücləndirmək istəyənlər
  • Data əsaslı qərarvermə bacarıqlarını inkişaf etdirmək istəyən peşəkarlar

Təlimin proqramı

Bölmə 1 – Biznes Analitikasına Giriş

  • Biznes analitikası nədir və nə üçün istifadə olunur?
  • Biznes analitikasının növləri: Descriptive, Diagnostic, Predictive, Prescriptive
  • Biznes analitikanın qərar vermə prosesində rolu
    • SQL – Data çıxarma və analiz
    • Tableau – Məlumatın vizual təqdimatı
    • Statistika – Nəticənin təsadüfi olub-olmadığını yoxlamaq
    • Biznes Analitikası Frameworkləri – Insight → Tövsiyə → Qərar
    • Maliyyə Analizi – ROI, NPV, IRR və digər göstəricilərlə təsir ölçmək
    • Business Case-lər necə qurulur
  • Data əsaslı qərar vermə

 

Bölmə 2 – SQL: From Raw Data to Business Decisions

Biznes Analitikası üçün SQL Əsasları

  • SQL nədir?
  • Niyə biznes analitiklər üçün vacibdir?
  • SQL ilə nələr edə bilərik?
    • SELECT Basics – column seçimi, alias, DISTINCT
    • Filtering & Sorting – WHERE, AND/OR, ORDER BY
    • Aggregation Basics – COUNT, SUM, AVG, MIN, MAX
    • Grouping Basics – GROUP BY, HAVING
  • Simple practice

Analytical SQL for Business Insights

  • Joins: Inner / Left / Right
  • Conditional Logic – CASE WHEN
  • Common Table Expressions (CTE)
  • Window Functions – ROW_NUMBER, RANK, SUM() OVER(PARTITION BY), AVG() OVER(PARTITION BY)

Practice

 

Bölmə 3 – Tableau & Data Visualization

From Data to Dashboard: Vizual Analitikanın Əsasları

  • Data connection, Dimension/Measure
  • Bar, Line, Pie charts
  • Filters
  • Grouping
  • Dual-Axis Charts

Advanced Visualization & Storytelling

  • Calculated fields
  • Parameters
  • Trend lines
  • Storytelling with Data

Sets and Practice

 

Bölmə 4 – Biznes Statistikası

Descriptive Statistics: Data-nın Davranışını Anlamaq

  • Mean, Median, Mode, Variance, Std Dev
  • Data paylanması: Normal, Skewed, Uniform
  • Population vs Sample, Sampling növləri
  • Praktika

Eksperimental Analitika: Hipotez Testi və A/B Testing Prinsipləri

  • Null / Alternative hypothesis, t-test, p-value
  • A/B testing prinsipi
  • Control vs Treatment
  • Bias növləri
  • Praktika

Biznesdə Davranış Dinamikası: RFM və Trend Analizinin Strateji Tətbiqi

  • RFM analizi
  • Trend və Mömsümilik anlayışları

Customer Lifecycle Analytics: Activation, Retention və Churn anlayışları

  • Biznesdə Activation /Retention / Churn anlayışları
  • Cohort analizi
  • CLV/LTV, CAC anlayışları

 

Bölmə 5 - Business Finance & Value Mindset for Analysts

Məlumatdan Dəyərə: Biznes Analitikasında Maliyyə Perspektivi

  • Biznes analitikasında maliyyə
  • Revenue, Cost, Profit, Margin anlayışları
  • Pulun zaman dəyəri anlayışları:
    • FV (Future Value) — gələcək dəyərin hesablanması
    • PV (Present Value) — gələcək pulun bu günə çevrilməsi
    • NPV (Net Present Value) — sərmayənin dəyərini ölçmək
  • IRR
  • Praktika

Biznes Analitikasında Maliyyə Dəyərləndirmə və Ssenari Analizi

  • ROI (Return on Investment) nədir? Nə üçün istifadə olunur və necə hesablanır?
  • Biznes qərarlarında ROI-nin tətbiqi
  • ECL, FTP xərc anlayışları
  • Scenario Modeling: Optimistic / Realistic / Pessimistic 

 

Bölmə 6 - Business Case Preparation & Final Praktiki Layihə

Rəqəmlərdən Qərarlara: Business Case və Kampaniya Analitikası

  • Business Case nədir?
  • Biznes qərarlarında business case-lərin rolu
  • Business Case üçün əsas komponentlər: Problemin Təsviri, Məqsəd, Gözlənilən şərtlər, Gözlənilən Təsir
  • Pre-Campaign analizlər: Target segmentlər, KPI və Benchmark-lar, Data mənbələri
  • Post-Campaign analizlər: CTR, Conversion Rate, ROI
  • Analitik düşüncə: “Bu rəqəm hansı biznes qərarına təsir edir?”
  • Praktika: Real dataset üzərində Pre/Post Campaign analizlər etmək və qısa xülasə hazırlamaq

Praktika – Business case qurmaq

Advanced Business Case: Ssenari Modelləşdirmə & Cost-Benefit Analysis

  • Güclü Business Case necə qurulur?
  • Məqsədin düzgün təyini, tarixi məlumatların analizi, Timeline
  • Data Preparation: Data toplama, Təmizləmə, Segmentasiya
  • Baseline və Key Metrics-in müəyyən edilməsi
  • Önceki kampaniyaların təsirinin istisnası, Normal performansın müəyyən edilməsi
  • Scenario Modeling & Cost-Benefit Analysis: Optimistic / Realistic / Pessimistic
  • ROI və xərclə gətirinin müqayisəsi
  • Analitik nəticələrin rəhbərlik üçün təqdim olunması

Praktika- Business case

Data-əsaslı qərarvermə və biznesi optimallaşdırmaq üçün peşəkar Biznes Analitikası bacarıqlarına yiyələn!