[email protected] +994997971227

AI, ən yaxşı namizədləri tapmaq üçün İngiltərədəki iş görüşmələrində ilk dəfə istifadə edilib

Əsas səhifə >Data bloqu >AI, ən yaxşı namizədləri tapmaq üçün İngiltərədəki iş görüşmələrində ilk dəfə istifadə edilib

 AI, ən yaxşı namizədləri tapmaq üçün İngiltərədəki iş görüşmələrində ilk dəfə istifadə edilib 

Süni intellekt (AI) və üz ifadəsi texnologiyası (facial expression technology) İngiltərədəki ən yaxşı namizədləri müəyyənləşdirmək üçün iş görüşmələrində ilk dəfə istifadə olunub. Şirkətlər mobil telefonlarında və ya dizüstü kompüterlərində qeydə aldıqları eyni tipli müsahibə suallarını soruşduqda namizədlərin danışıq tərzini, səs tonunu və üz ifadələrini təhlil etmək üçün AI texnologiyasından istifadə etmişlər.

Alqoritmlər işində yaxşı olduğunu sübut etmiş insanların əvvəlki müsahibələrdən toplanmış təxminən 25000 ədəd üz və dil məlumatlarına əsasən ən yaxşı namizədləri videolarda çıxışlarını qiymətləndirərək seçir. Müsahibə texnologiyasını inkişaf etdirən ABŞ şirkəti Hirevue, bu üsulun CV-lərə güvənməkdənsə, ilkin mərhələdə daha çox namizədlə müsahibə aparmağa imkan verdiyini və insana qərəzsiz olaraq gələcək fəaliyyəti üçün daha etibarlı və obyektiv göstərici təmin etdiyini iddia edir. Hirevue İngiltərədəki 100.000 görüş üçün artıq bu texnologiyadan istifadə etdiyini bildirib. O, hər 90 gündə bir milyon müsahibə və 150.000-dən çox işə götürmə prossesindən öncə qiymətləndirmələrin aparılacağını iddia edir.

Bununla birlikdə, alimlər hər hansı bir AI və ya üz tanıma texnologiyasının (facial recognition technology) istər-istəməz verilənlər bazasında bəzi namizədlərə qarşı ayrıseçkilik yarada biləcəyini və normaya uyğun gəlməyən istedadlı namizədlərin xaric edilə biləcəyi problemlərinin olacağını da xəbərdar edirlər. “Bu, video ərzində müsahibədə yaxşı olan insanlara üstünlük verir, lakin hər hansı bir datada işində əla olan insanları istisna edən qərəzlərin (bias) olacacağı ehtimalı da vardır" (Anna Cox, UCL-də insan-kompüter əlaqəsi (human-computer interaction) professoru)

Loren Larsen, Hirevue'nin baş texnologiya mütəxəssisi, Daily Telegraph'a bildirib ki, proqnoztik qiymətləndirmənin 80 ilə 90 faizi, namizədlərin dil və şifahi bacarıqlardan istifadə alqoritmlərinin təhlilinə əsaslanır.

“Dildə baxdığımız 350 xüsusiyyət var: Passiv və ya aktiv sözlərdən istifadə olunurmu? Söz seçimi və ya cümlə uzunluğu hansı səviyyədədir? “  

“Sonra səs tonuna baxırıq. Kimsə həqiqətən yavaş danışırsa, yəqin ki, onlardan nəsə almaq üçün telefonda gözləmirsiniz. Yaxud, kimsə dəqiqədə 400 söz danışırsa, insanlar onları başa düşməyə həvəsli olmurlar. Empatiya bunun bir hissəsidir. ” (Loren Larsen)

Şirkət texnologiyanın üzün tanınmasına görə fərqləndiyini və bunun əvəzinə ifadələri təhlil etdiyini söyləyir. Alqoritmlər tərəfindən qiymətləndirilən üz ifadələrinə satışda və ya digər ictimai işlərdə vacib olan qaşların bükülməsi, gözlərin böyüdülməsi və ya bağlanması, dodaqların bərkidilməsi, çənə qaldırılması və gülümsəmə daxildir.

"Üz ifadələri müəyyən duyğuları, davranışları və şəxsi xüsusiyyətlərini ifadə edir. Hər bir namizədin 15 dəqiqəlik videosundan 25.000 data nöqtəsi əldə edirik. Mətn, audio və video bir araya gələrək bizə çox aydın bir analiz və kimin necə cavab verdiyini, yaşadıqları duyğular və idrakları izah edən zəngin məlumatlar verir. " (Hirevue-nin baş psixoloqu Nathan Mondragon)

Namizədlər, əvvəlki “müvəffəqiyyətli” namizədlərin əlamətləri bazası ilə müqayisədə birdən 100-ə qədər aralıqda qiymətləndirilir.  "Mən ilk seçimimdə həmin günün yorğunluğundan asılı olaraq namizədə yox deyən işəgötürənin əvəzinə, mənə ədalətli münasibət göstərən bir alqoritmlə müsahibədə olmağı üstün tutardım" -cənab Larsen.

Big Brother Watch şirkətinin hüquq və siyasət məsələləri üzrə mütəxəssisi Griff Ferris deyir: “On minlərlə müsahibələr aparmaq üçün qüsursuz bir süni intellekt sistemindən istifadə iş axtaranlar üçün həqiqətən təsirlidir.

"Bu alqoritm insan nitqinin, bədən dilinin və ifadənin həddindən artıq mürəkkəbliyini tanımağa və ölçməyə çalışacaqdır ki, bu da istər-istəməz ənənəvi olmayan müraciətlərə mənfi təsir göstərəcəkdir. Bu sistemlərin bir çoxunda olduğu kimi, alqoritm müxtəlif məlumat bazasına uyğun öyrədilmədiyi təqdirdə, üsulun qərəzli ola bilmə ehtimalı çox yüksəkdir və nəticədə, bəzi namizədlərin haqsız olaraq xaric edilməsinə və ayrı-seçkilik yaranmasına səbəb ola bilər.”

Qönçə Muradlı

Data Researcher