[email protected] +994505971227

Süni intellekt vasitəsilə Kiber təhlükəsizliyin gücləndirilməsi

Əsas səhifə >Data bloqu >Süni intellekt vasitəsilə Kiber təhlükəsizliyin gücləndirilməsi

Süni intellekt vasitəsilə Kiber təhlükəsizliyin gücləndirilməsi

Son illərdə bir sıra kiber hücumlar məşhur proqram təminatlarının və texnologiya platformalarının zəifliyini ortaya çıxartdı. O sərt kiber təhlükəsizlik qanunlarına ehtiyac olduğunu vurğulayır. Aparıcı qlobal şirkətlər kiber hücumların qarşısını almaq məqsədilə öz sistemlerinin təhlükəsizliyini gücləndiriblər. Süni intellekt mexanizmləri kiber təhlükəsizliyi gücləndirmək və hücumların qarşısını almaq üçün ortaya çıxmaqdadır.

Kiber hücumların ciddiyətini başa düşmə

Maddi itkilərdən savayı, kiber hücumlar şirkətlərin etibarına (reputation) da ziyan vurur. O, şirkət haqqında və onun riskli idarəetmə tədbirləri haqqında ciddi təhlükəsizlik problemlerini ortaya çıxarır. Kiber hücumların qarşısını almaq strateji planlaşdırma və bacarıqlı texniki komanda tələb edir. İllər ərzində, biz Amazon və Facebook kimi şirkətlərdən məlumatların (data) sızmasının (leak) şahidi olmuşuq.

Belə hadisələr effektli kiber təhlüsəzlik həllərinə nə qədər ehtiyac duyulduğunu göstərir.

Süni intellekt və `machine learning` ağıllı tətbiqlərə malik olan növbəti nəsil texnologiyalardır. Süni intellekt hazırda olan təhlükələrdən və yarana biləcək təhlükələrdən qorunmaq üçün kiber təhlükəsizlik sistemlərini transfer edə bilər. Süni intellektlə gücləndirilmiş həllər kiber hücumları qorumaq üçün inkişaf etmiş təhlükəsizlik mexanizmləri ortaya çıxarır. Süni intellektlə gücləndirilmiş kiber təhlükəsizlik həllərinin tətbiqi məlumatlara əsaslanan (data-driven) təhlükəsizlik modelinin böyüməsini sürətləndirə bilər.

Xilas yolu üçün süni intellektdən necə istifadə olunur?

Hər ötən il kiber hücumlarının sayı artdığına görə, təhlükəsizlik həllinin tətbiqinə olan ehtiyac çox vacib və ciddidir. Süni intellekt ortaya çıxdığına görə, inamlı və təhlükəsiz mühiti yaratmaq və idarə etmək asanlaşır.

Gəlin süni intellektin kiber təhlükəsizlikdə necə fərqlilik yaratmağına nəzər salaq.

1) Biometrik girişdən istifadə edərək

Hər kəsin unikal (unique) barmaq izi, retina (göz) təəssüratı var. Sistemə təhlükəsiz giriş üçün bu biometriklərdən istifadə etmək kiber təhlükəsizliyi artıra bilər. Son zamanlar bir çox Amazon müştərisi Amazon təhlükəsizlik sistemində sual işarələri qoyan məlumat sızıntısı ilə qarşılaşdı. The Guardian vasitəsilə Amazon tərəfindən verilmiş bəyanat problemi izah etdi və bunu texniki səhv kimi göstərdi. Amazon israrla bildirdi ki, situasiya nəzarət altındadır və alıcılarından parollarını dəyişməməyi istədi. Bununla belə, kibertəhlükəsizlik firması olan `CensorNet` şirkətinin CTO-su Riçard Volters bunun əleyhinə fikir bildirdi.

Amazon müştərilərinin böyük hissəsi həssas parol təhlükəsizliyinin olduğunu bildirdi. Keçmişdə olan müxtəlif pozuntulara görə, onların parolları qara vebdə mövcuddur.

Parollara əlavə olaraq biometrik identifikasiyalardan istifadə edərək həssas (sensitive) məlumatları olan alıcı hesablarının təhlükəsizliyini artıra bilər. Süni intellektlə gücləndirilmiş tətbiqlər identifikasiyasız girişi qadağan etmək üçün barmaq izlərini, retinanı və ovuc izlərini incələyir.

Hal-hazırda şirkətlər məlumat (data) pozuntusunun qarşısını almaq üçün 2 faktorlu identifikasiya üsulundan istifadə edirlər. Parollar hücumlara qarşı həssas olduğundan, o istifadəçinin şəxsi məlumatını, kredit kartı məlumatını və sosial təhlükəsizlik nömrələrini uzlaşdıra bilər. Biometrik identifikasiyalar belə hücumların qarşısını ala bilər və təhlükəsiz girişi təmin edə bilər.

2) Zərərli proqramlar (malware) və təhlükələri aşkar etmək

Ənənəvi kiber təhlükəsizlik üsulları zərərli proqramları aşkar etmək və idarə etmək xüsusiyyətinə malik deyillər. 2018-ci ildə hesablamalar 845 milyon zərərli proqram olmasını təqdim edir. Bu ildən etibarən, hər ay 10 milyon zərərli proqram hücumlarının olması haqda hesablamalar aparılıb.

Yeni nəsil zərərli proqram (malware) yeni nəsil həll üsulu tələb edir. Buna görə, kiber təhlükəsizlik firmaları yeni nəsil təhlükələri aşkar etmək üçün süni intellekt sistemləri yetişdirirlər. Forbes jurnalında dərc olunan hesabatda məlumat (data) təhlükəsizlik sistemlərinin müxtəlif süni intellekt alqoritmləri və başqa kodlar daxil edilən `dataset`lərlə öyrədildiyini təklif etmişdi.

Belə məlumatdan (data) istifadə edərək, süni intellekt hər hansı bir proqramda olan qeyri düzgün çalışmanı aşkara çıxara bilər. O, sistemlərə ola bilən potensial hücumun qarşısını almaq üçün  erkən tədbirlər görə bilər.

Əlavə olaraq, süni intellekt və `machine learning` onlayn təhlükəsizlikdə mühüm rol oynayır.

`Machine learning` vebsaytı analiz edir və əgər zərərli domenlə əlaqəsi varsa onu aşkara çıxarır. Süni intellekt əsaslı sistemlər həm də zərərli veb fayllarını aşkara çıxara bilər.

3) Şərti çıxışlara hücumların qarşısının alınması

Təşkilatlar həsas məlumatı (data) “çağırılmamış qonaq”lardan qorumaq üçün ənənəvi identifikasiya üsullarından istifadə edirlər. Lakin yüksək identifikasiya imtiyazları olan bir işçi məlumatları uzaqdan əldə edərkən şəbəkəni istifadə etmək təhlükəyə məruz qala bilər. Bunun qarşısını almaq üçün, kiber təhlükəsizlik sistemləri qlobal identifikasiya sistemləri qurmaq üçün süni intellektdən istifadə edirlər. Qeyd etməliyik ki, sistemlərdə istifadə olunan süni intellekt real vaxt rejimində  işləyir (real time) və dinamikdir.

Süni intellekt sistemləri bunun üçün çoxməqsədli (multipurpose) identifikasiyadan istifadə edə bilərlər. Sistemlər həmçinin insanların, şəbəkələrin, qurğuların, yerlərin xüsusiyətini analiz edə bilər. Analizdən sonra, süni intellekt uzaq şəbəkədə olan məlumatı (data) qorumaq üçün istifadəçinin giriş imtiyazlarını avtomatik olaraq dəyişir.

Nəticə

Qoruma müalicədən daha yaxşı olduğundan bəri, möhkəm müdafiə sisteminin olması biznesləri potensial təhlükələrdən qoruyur. Süni intellektli sistemlər quruluşların kiber hücumlara qarşı mübarizə aparmasına bir inanc gətirir. Hücumların növlərinin getdikcə çoxalması nəticəsində, süni intellekt və `machine learning` zərərli girişin qarşısını almaq üçün təhlükəsizlik sistemi yaradır. Süni intellektin kiber təhlükəsizlik həllərində olan bir çox tətbiqləri yeni bir şəkilə gəlib. Süni intellekti artıq öz sistemlərinə tətbiq edən böyük şirkətlər yeni nəsil kiber hücumlara qarşı mübarizə aparırlar.

Rüfət Hüseynov

None