Süni intellekt (Sİ) insanların əksəriyyətinin təsəvvür etdiyindən daha yaşlıdır. Süni insan kimi varlıqlar haqqında fantaziyalar antik dövrə qədər gedir, komputerləşdirilmiş maşınlar isə II Dünya Müharibəsindən qısa müddət sonra ortaya çıxmışdı. Sİ'nin yeni olması çox yanlış bir fikirdir.
Budur əsl hekayə..
Sİ-nin ilk şəfəqləri
İnsanlar uzun müddət süni canlılar haqqında fantaziya qurdular. "İlliada"da Homer tanrıların yeməyini hazırlayıb gətirən mexaniki təlimçilər haqqında yazırdı, ən məşhur olanı Meri Şellinin "Frankenşteyn"-idir (öz yaradıcısını məhv edən avtomat canlı). Bir çox illər sonra Jül Vern və Ayzek Azimov robotlar haqqında kitablar yazdılar.
Filosoflar da süni şəkildə yaradılmış həyat formaları haqqında nəzəriyyələr irəli sürmüşlər. Abbate de Kondilyak elm adamlarını sensasiyaya salan yaddaşsız və ya şüursuz bir humanoid haqqında ilkin təsəvvürlər yaradarkən Leibnitz və Pascal ilk hesablama maşınlarını yaratdılar. 1920-ci ildə Çex dramaturqu Karel Çapek "R. U. R.” pyesində robot terminini istifadə etdi.
Bizim fikrimizcə onların yaratdıqları (və ya istədikləri) şeylər bu günün süni intellekti ilə rəqabət apara bilməsə də, onların hamısı insanlara kömək məqsədi ilə avtomat canlıların yaradılması haqqında bəşəriyyətin xəyal qurma, fantaziyadan istifadə etmə tarixçəsini nümayiş etdirir.
Köhnə dəb Sİ
İkinci Dünya müharibəsinin bitməsindən altı ay sonra Pensilvaniya Universiteti ENİAC (elektron rəqəmli inteqrator və kalkulyator üçün) adlı dünyanın ilk proqramlaşdırılan kompüterini buraxdı. ”Nəhəng beyin” (“Giant brain”) çox böyük idi. O, 50 fut uzunluğunda bir zirzəmini dolduracaq qədər böyük və 60-dan çox qrizli ayısından ağır idi. Maşın o dövrün müasir hesablama qurğularından 1000 dəfə daha sürətli aritmetik hesablama aparmış və mətbuatı həyəcanlandırmışdır, çünki saniyədə 20 000 vurma əməliyyatı yerinə yetirmişdir.
Erkən komputer və hesablayıcıların başgicəlləndirən günlərində süni intellektin tədqiqatçıları "intellektual maşınlar" mövzusunda onlarla məqalə çap etdirdilər Bütün alimlərdən Con Fon Neyman, Alan Tyurinq və Klod Şennon öz fəlsəfi və texniki töhfələri ilə seçilirdilər. Onların hər biri Sİ-nin inkişafında əsas rol oynamağa başladı. Şennon "informasiya nəzəriyyəsinin atası" kimi tanınırdı.
Tədricən süni intellekt o dərəcədə yüksəldi ki, onu müxtəlif sahələrə ayırdılar. 1956-cı ildə keçirilən Sİ-nin ilk rəsmi tədbirində (Dartmut Konfransı) tədqiqatçı Con MakKarti bu yeni sahəni "süni intellekt" adlandırdı.
DARPA-nın iştirakı
ABŞ Müdafiə Departmentinin Texnoloji Araşdırma Proyektləri Agentliyi (DARPA) texnologiyanın inkişafında böyük rol oynamışdır. SYSTRAN şirkətinin ilk tərcümə maşını da həmin bu eraya təsadüf edir.
1963-cü ilin iyun ayında DARPA "maşın köməyi ilə dərketmə" (machine-aided cognition) üçün 2,2 milyon dollar məbləğində qrant ayırdı. 1968-ci ildə SYSTRAN şirkəti ABŞ Hava Qüvvələri üçün özünün ilk Rus-İngilis tərcümə maşınını buraxdı. Həmin dövrün Sİ-nin digər yeniliklərinə robotlaşdırılmış əlin köməyi ilə müxtəlif formada olan rəngli blokları sahmanlayan proqram da daxildir. STUDENT, SAİNT və ANALOGY kimi kompüterlər aritmetik və məntiq işinə girişmişdi. Bütün dünyada sülhə yardım etmək üçün nəzərdə tutulmuş İngilis-Rus tərcümə maşını 1964-cü ildə Nyu-Yorkda keçirilən Ümumdünya Sərgisinin ziyarətçilərini heyran etdi.
Məlum olduğu kimi burada əsas cümlələri anlayan SIR də var idi.
SIR-in necə işlədiyinə dair nümunə:
[İstifadəçi] Hər oğlan bir insandır.
[Maşın] Mən başa düşürəm.
[İstifadəçi] Barmaq əlin bir hissəsidir.
[Maşın] Mən başa düşürəm.
[İstifadəçi] Conun neçə barmağı var?
[Maşın] Yuxardakı cümlə birmənalı deyil. Amma mən güman edirəm ki, “var” sözünün mənası "hər hansı bir hissəsi kimi" var deməkdir. Mən Conun bir hissəsi kimi barmağının olub-olmadığını bilmirəm.
Başqa sözlə, kompüter insan beyninin düşünməsinə, fikir yürütməsinə (səbəb-nəticə əlaqəsi ilə) əsaslanaraq proqramlaşdırılmışdır. Alimlər inanırdılar ki, insanlar daxili simvolik təsəvvürlər vasitəsilə qavrayır və fikir yürüdürlər. Biz hissi aspektlər vasitəsilə hal-hazırda yanımızda mövcud olmayan bir əşyanın şəklini onun haqqında düşünərək beynimizdə canlandıra bilərik. Əgər beyin bir kompüterə bənzəyirdisə, elm adamları kompüterlərə beyin kimi düşünməyi öyrədə biləcəyinə inanırdılar
Bu köhnə dəb Sİ-nin dövrü idi.
Sİ-nin ilk qışı
1965 - ci ildə Herbert Saymon elan etdi ki, cəmi iyirmi il sonra maşınlar insanın edə biləcəyi istənilən işi görməyə qadir olacaq. Marvin Minski əlavə edib ki, bu dövr, bu nəsil ərzində süni intellektin yaradılması problemi əhəmiyyətli dərəcədə həll olunacaq. Lakin beş il sonra pul tükəndi, çünki Nikson (prezident) elm və texnologiya idarəçiliyini ləğv etdi və tətbiqi tədqiqatlar üçün büdcələri azaltdı.
Xoşbəxtlikdən, böyük bizneslər Sİ-ni insanlar ilə yan-yana işləyən və sənayeçilərin işlərini yaxşılaşdırmağa kömək edən kompüter proqramları ilə həyata qaytardı. Bu cür proqram nümunələrinə həkimlər, mühəndislər və əczaçılara öz sahələrindəki yalnış məlumatları ləğv etmək və qalan hissədə fərziyyələr yaratmaq üçün ehtimal qaydalarından istifadə edən Dendral, MYCIN və XCON aiddir.
Digər bir Sİ proqramlı bir inferens mühərrik olan Dipmetre Advisor, mədən sahiblərinə neft kəşfləri zamanı məlumatları təhlil etməyə kömək etdi, Grain Marketing Advisor mühərriki isə əkinçilərə məhsulla bağlı təlimatlarda köməklik etdi. Müəssisə kapitalistləri, işə götürənlər və media bu səs-küyə axın etdi.
Bu yeni Süni İntelekt sahəsi təcrübəçilərini PC (personal computer)-nin sahibkarları Bill Gates və Steve Jobs qədər varlı etdi. Və sonra ikinci dəfə pul tükəndi.
Müasir Sİ-nin yüksəlişi
Sİ-nin ikinci qışı əvvəlkindən daha pis oldu. Süni intellekt ekspert sistemlərinin iki aparıcı şirkəti (Teknowledge və Intellicorp) 1987-ci ildə milyonlarla dollar itirdi. Digər Sİ şirkətləri iflasın astanasında olduqlarını elan etdilər. Amerika İncəsənət və Elmlər Akademiyasının rəsmi jurnalı olan Daedalus, Sİ ilə bağlı ilk sayını ləğv etdi. 1996-cı ildə özünün ən bərbad dövründə Süni Zəkanın İnkişafı Dərnəyinin (AAAI) dünyada cəmi 4000 üzvü var idi!
Daha sonra 1997-ci ilin yayında Stenford Universitetinin iki məzunu Kaliforniya ştatının Menlo-Park şəhərindəki qarajlarında veb-səhifə axtarış sistemini yaratdılar. Qaraj o qədər kiçik idi ki, onlar ventilyasiya üçün qapını açıq buraxırdılar. Sergey Brin və Larri Peyc 1996-cı ilin avqustunda Stanford saytında layihənin ilk proqram versiyasını yaydılar. Onlar bunu BackRub adlandırdılar. Amma biz onu sonralar Google deyə tanıyacaqdıq.
Növbəti on il ərzində Google Sİ-nin bir çox məhsulunu bazara çıxartdı və onun üzərində geniş eksperimentlər apardı. Həmçinin, hər kəsin Sİ sahəsində son Google yeniliklərinə kömək edə bilməsi və ya ondan faydalana bilməsi üçün layihələrini pulsuz şəkildə təqdim etdi.
2019-cu ildə süni intellekt elə bir nöqtəyə çatdı ki, Nyu-York Tayms bunu "dəlilik" adlandırırdı. Özünü machine learning-in mürəkkəb alqoritmlərinə qoşaraq, Sİ daha sağlam həyat üçün geyiləbilinən cihazlar, özünü darə edən nəqliyyat vasitələri, ağıllı kompüterlər, ev robotları və müştərilərə dəstək üçün faydalı texnologiyalar da daxil olmaqla inanılmaz ixtiralar istehsal edib.
Əslində, Sİ, tədqiqatçıların onu informatika, biliklərə əsaslanan (knowledge-based) sistemlər, idrak sistemləri və hesablama zəkasının daxil olduğu ixtisaslara böləcəyi nöqtəyə qədər böyüdü. Bu sahələrdə həll olunan problemlər arasında məlumatların intellektual analizi, logistika, sənaye robotu, bank proqram təminatı, tibbi diaqnostika və nitqin tanınması mövcuddur.
Son zamanlarda Sİ tədqiqatçıları onu "zəif Sİ" və "güclü Sİ" deyə iki qrupa ayırdı. Birincisi, biz bildiyimiz Sİ-dir (müəyyən bir problem üzərində işləyən Siri kimi bir proqram). İkincisi hələ mövcud olmayan bir kateqoriyadır, bu bəzi insanları qorxmağa sövq edir. Məhz orada maşın ümumi intellektual hərəkətləri yerinə yetirə bilər və, son halda, şüuru ilə təcrübə yaşaya bilər. Keçmiş dövrün fantaziyalarındakı kimi. (Güclü Aİ-nin idarəni ələ keçirməsindən narahat olmaq lazım deyil - ən azı hələlik yox!)
Sİ əslində pizzanın yaranmasından da əvvələ aiddir. Bu sitat çoxları üçün nağıla oxşaya bilər., lakin süni intellekt demək olar ki, həmişə ətrafımızda olub, lakin inkişaf etdikcə dəyişilib. Gələcəyin Sİ-ni düşünmək isə fantaziyamıza rəng qata bilər.