[email protected] +994997971227

Satışda data analitikasının rolu

Əsas səhifə >Data bloqu >Satışda data analitikasının rolu

Satışda data analitikasının rolu

Satışda datanın rolu günü-gündən artır və bu rol həm də satışı artırır. Bəzi statistikalarda data analizinin satışı hətta 60%-dən çox artırdığı məlum olub. Amma gəlin ilk öncə datanın öz hissələrinə baxaq. Big Data (Böyük Baza) özü bir-biri ilə sıx əlaqəli 5 hissədən ibarətdir və bu 5V adlanır.

5V uyğun olaraq variety (müxtəliflik), velocity (sürət), volume (həcm), verification (doğrulama) və value (dəyər) şəklindədir.

İndi isə satışda, xüsusilə də onlayn satışda data analitikasında istifadə edilməklə bir neçə satış üsuluna baxaq.

Ən əsası bəlkə də ən birincisi Çarpaz satışdır. Onlayn satış zamanı Google, Yandex, Bing, Safari fərq etmir, istənilən brauzerlərdə və saytın daxilində müştərilərin click, search history-ləri olur və bunlara əsasən rahatlıqla sayta hansı smartfonla daxil olduqlarını, nə axtardıqlarını görə bilirik. Məsələn, saytda Redmi 4x-lə axtarış edilirsə həmin müştərinin qarşısına Miband çıxara bilərik. Belə ki, əldə olan datanı analiz edib hər ayrı marka smartfon istifadəçisinə özünə uyğun məhsulu reklam edə bilərik. Bu üsulla məhsul satışı Çarpaz satış (Cross sell) adlanır.

Digər bir üsul isə müştəri davranışlarıdır. İngiliscə buna "recommendation engines" deyilir. Bu üsula əsasən müştərinin davranışına əsasən təkliflər edilir. Məsələn, qab şampunu alan müştəriyə qab süngərini təklif etmək olar.

Üçüncü üsul mikro seqmentasiya (micro segmentation) adlanır. Bunun vasitəsilə əlimizdə olan dataya əsasən müştərilərin özlərini aparmalarına görə xırda qruplar halında qruplaşdırıb hər birinə uyğun təkliflər verilməsidir. Misal üçün, Amazon, Netflix heç kəsdə eyni açılmır. Amazon əvvəlcə experimental standart bir səhifədə açılır, daha sonra müştərinin özünü səhifədə necə aparmasından asılı olaraq hər dəfə onun açdığı səhifə hərəkətlərinə uyğunlaşdırırlır. Bu barədə Netflix daha da irəli gedib. Belə ki, Netflix hər filmi başqa adamlara başqa posterlərlə göstərir. O bunun indiyə qədər baxdığı filmlərə əsasən anında hesablayır və edir. Əgər müştəri daha çox dram janrı xoşlayırsa onun qarşısına nəyinki əsasən dram janrında olan filmlər çıxacaq, həmçinin yeni çıxan filmlərdən dram janrına uyğun səhnələr posterləşdirilib müştəriyə təklif olunacaq.

Son olaraq isə Dinamik qiymətləndirməni (Dynamic pricing) göstərmək olar. Bu yöntəmlə tez-tez dəyişən məlumatlara əsasən müştərinin özünü necə aparması araşdırılır və qiymətləri sürətlə buna uyğun olaraq dəyişdirilir. Burda sinoptik məlumatlardan bazarın vəziyyətinə, günün saatından tutmuş hər hansı bir siyasətçinin atdığı tvitə qədər nəzərə alına bilər.

 

 

İstinad edilən müəlliflər:

Aleksey Şixoneç- CleverData Head of Marketing

Tolga Arıcan- Rem People as CDO / Head of Product.

 

Daha çox oxu:

Data əsaslı marketinq

Daha böyük data, daha böyük marketing

Big data analitikasının yaratdığı imkanlar

Abdul Tağı

None