[email protected] +994997971227

Dünyada nə qədər data var ?

Əsas səhifə >Data bloqu >Dünyada nə qədər data var ?

Əgər siz də təxminən mənimlə eyni yaşdasınızsa, 2000-ci illərdə alınan 512 MB yaddaşlı telefonları yaxşı xatırlayarsınız. “Hər şeyimizi saxlamaq üçün kifayət qədər yaddaş var”- deyə düşünürdük.

Hazırda, hətta ən sadə smartfonlar məlumatları saxlanması üçün təxminən 30 GB, yuxarı sinif telefonlar isə 500 GB-dan çox yaddaşa malikdir.

Dünyadakı məlumatların sayı inanılmaz dərəcədə sürətlə artdığından, məlumatları rəqəm şəklində təsvir etmək üçün yeni, tanımadığımız sözlər ilə danışmaq məcburiyyətindəyik. Hələlik, giqabayt! Bu dəfə biz terabayt, petabayt, eksabayt, zettabaytdan danışacağıq.

1 terabayt 1000 giqabaytdan bir qədər çoxdur və bu bizim əksəriyyətimizin ev kompüterlərimizdən tanış olduğumuz bir etiketdir.

Ordan miqyaslayaraq deyə bilərik ki, petabayt 1000 terabaytın üzərindədir. Bu normal şəxslər tərəfindən lazımi məlumatların saxlanılmasından kənarda ola bilər, lakin sənaye olduqca uzun müddət ərzində bu miqdarda data ilə məşğul olur. Əslində, hələ 2008-ci ildə Google gündəlik 20 petabayt məlumatların (Google bu günə kimi nə qədər məlumat dərc etdiyini demir) emal edilməsini bildirib. Əgər siz ABŞ akademik tədqiqat kitabxanalarındakı bütün məlumatları götürsəniz və bir araya gətirsəniz, cəmi 2 petabayt edəcək.

Başqa bir qarşılaşdırmada 1 eksabayt (təxminən 1000 petabayt) və zettabayt (1000 eksabaytdan bir qədər çox) var. Bu mərhələdə bütün bunların real şəraitdə nə demək olduğunu anlamaq çətinləşir. Bunu cəhd edin: Cisco-nun qiymətləndirməsinə görə, dünyada internetin kollektiv istifadəsi 2016-cı ildə bir zettabayta çatdı. Burada çoxlu sayda izlənilən pişik videoları da var! :)

Belə ki, artıq dünyadakı datalar artıb. Biz indi zettabayt baxımından data haqqında danışacayıq.

 

İndiyə qədər nə qədər zettabayt yaradılmışdır?

“Market Intelligence Company IDC”-nin məlumatına görə, 2018-ci ildə “Global Datasphere” 18 zettabayta çatmışdır. Bunlar yaradılmış, təkrarlanan və saxlanılan məlumatlardır (bütün bu məlumatlar saxlanılır və qorunur).

Dünya məlumatlarının böyük əksəriyyəti son bir neçə ildə yaradılmışdır və bu məlumatların artmasında yavaşlama əlamətləri görsənmir. Əslində, IDC dünya məlumatlarının 2025-ci ildə 175 zettabayta qədər artacağını proqnozlaşdırır.

175 zettabayt?! Bir neçə saniyə fasilə edək. Ümumiyyətlə, bu, nə deməkdir? IDC-nin  "Data Age 2025" sənədinə görə :

Əgər DVD-də 175 zettabayt saxlasanız, DVD lenti ilə Yeri 222 dəfə fırlanmaq üçün kifayət edərdi;

175 zettabaytı mövcud internet bağlantısının orta sürəti ilə yükləməyə çalışsanız, 1,8 milyard il yükləməlisiniz. Yükləməyə kömək etmək üçün dünyanın bütün insanlarını cəlb etsəydiniz belə bu yükləmə üçün 81 gün vaxt sərf edilərdi.

 

Bütün bu məlumatlar haradan gəlir?

Gündə orta hesabla nə qədər məlumat yaratdığınızı düşünün. Komputer və ya telefon ilə hər an qarşılıqlıqlı əlaqədə məlumat yaradırıq. Sosial şəbəkələrdə hər qarşılıqlı əlaqədə məlumat yaradır. Siz cibinizdə telefon ilə küçədə aşağı-yuxarı hərəkət etməklə hər dəfə, bu GPS sensorlarından  istifadə edərək yer izlərinə görə daha çox data yaradırsınız. Hər dəfə kontaktsız debet kartı ilə bir şey satın alırsınız? Məlumat! Hər dəfə bir məqaləni onlayn oxuyursunuz? Məlumat! Hər dəfə bir mahnı, bir film və ya podcast yayım edirsiniz? Məlumat, məlumat, məlumat!

Misal olaraq, 2018-ci ildə sosial şəbəkələrin istifadəsini nəzərdən keçirək. Yalnız bir dəqiqədə:

Twitter istifadəçiləri 473 400 tvit göndərdi;

Snapchat istifadəçiləri 2 milyon fotoşəkil paylaşdı;

Instagram istifadəçiləri 49 380 fotoşəkil əlavə etdi;

Linkedin 120 yeni istifadəçini profilini işə saldı.

Bir sözlə, bütün dünya məlumatları getdikcə rəqəmləşdirilmiş həyat tərzimizin nəticəsidir. Müasir ağıllı cihazların qoşulması- yalnız smartfon deyil, həm də smart televizorların, smart termostatların və s. bundə böyük rol oynayır. Bu cihazlar daim məlumatları toplayır və ötürürlər.

 

Digər statistikalara əsasən:

Google saniyədə 40,000-dən çox sorğu və ya gündə 3,5 milyard sorğu həyata keçirir.  

1,5 milyard insan hər gün fəal Facebook istifadəçisidir. Bu, dünya əhalisinin beşdə bir hissəsidir. Dünya əhalisinin üçdə iki hissəsi hazırda mobil telefona sahibdir.

Bu kimi statistika baxdığımızda, son illərdə dünyada məlumların çoxaldığını və inanılmaz sürətlə artmaqda davam edəcəyini görmək çətin deyil.

Amil Behbudov

None