Data Analitikası və onun sahələri
Data Analitikasına keçmədən öncə 'Analitika' sözünün geniş mənada tərifini verməyə çalışaq.
Analitika - dataları ( məlumatı), bilgiyə ( knowledge) dönüşdürmə prosesidir. Kiçik bir örnəklə, Bugün hava 7° demək məlumatdır. Bugün hava 7°-dir və dünənki havadan 2° daha soyuqdur demək İnformasiyadır. Bugün Hava 7° və bunun səbəbi Qərbdən gələn hava kütləsi demək isə bilgidir. Beləliklə, analitika əlimizdəki dataları istifadə edərək lazımlı bilgilərə dönüşdürməkdir.
Bu tərifi baza alaraq Data sahəsində əsas iş profillərini 3 qrupa ayırmaq olar:
Data Manipulyasiyası
Dataların toplanması, ilkin olaraq filtirlənməsi və missing dataların interpolasiya yolu ilə doldurulmasıdır. Bu prosesləri həyata keçirmək üçün kiçik həcmli datalarda Excel, böyük həcmli datalarda (big data) SQL kimi sorğulama dilləri istifadə olunur.
Datanın Modellənməsi
Toplanmış datalardan, hədəfə və problemin həllinə uyğun model və alqoritmaların seçilməsi və modelin qurularaq test edilməsi. Ən uyğun modelə qərar verildikdən sonra modelin iqtisadi və bizness prosesləri baxımından şərh edilməsi. Bu mərhələlərdə R/ PYTHON, Stata, Spss, SAS, Minitab, Matlab, Eviews, Microfit, Gauss, Rats, Hadoop/Spark ( Big Data) və.s proqramlar və proqramlaşdırma dilləri istifadə olunur.
Datanın Vizuallaşdırılması
Datalara bağlı təsviredici statistikalara dair qrafiklərin hazırlanması və model nəticələrin vizuallaşdırılmasını əhatə edir. Bu mərhələdə Excel, PowerBI, Tableau və.s kimi proqramlar istifadə olunur.
Datayla bağlı bu 3 sahə bir-birini tamamlayan sahələrdir və bir sahə olmadan digərinin işləməsi qeyri mümkündür. Bu üç sahənin vəhdətinə qısaca olaraq Data Analtikası, Data Science kimi adlar verilməkdədir. Bu gün beynalxalq şirkətlər optimal qərarlar almaq və gözlə görülə bilməyən prosesləri və hadisələri ortaya çıxarmaq üçün Data Analitiklərə ehtiyac duyurlar. Bunun ən böyük səbəbi, anidan baş verdiyini düşündüyümüz hadisələrin əslində tədricən baş verməsi və müəyyən zaman aralığında inkişaf edərək partlayış göstərməsidir. Bu kimi ani hadisələrin öncədən müəyyən etmək və mövcud durumu ortaya çıxarmaq, inputlarda müxtəlif artış və azalışlar nəticəsində ortaya çıxacaq ssenarilər görmək adına Data Analitiklər şirkətlərin stratejik qərar alma prosesində əvəzsiz yer tuturlar.
Daha çox oxu:
Bank sektorunda data analitikasının rolu