[email protected] +994997971227

Biometrix: Atletlər üçün Big Data

Əsas səhifə >Data bloqu >Biometrix: Atletlər üçün Big Data

Biometrix tibb sahəsində intensiv müalicə, cərrahiyyə və müdaxilə kardiologiyası üçün yenilikçi, yüksək keyfiyyətli tibbi cihazların inkişaf etdirilməsini həyata keçirən bir qurumdur.

Ümumi olaraq Biometrix  müştəriləri  xəstəxanalarda istifadə edilən ən müasir texnologiyalardan və həllərdən faydalana bilirlər. Şirkət tibbdə istifadə olunan əsas qurğuların, əməliyyat sistemlərinin, reanimasiya və laboratoriyaların səhiyyə xidməti üçün yararlılığını təşkil edir.

Dünya üzərində bir çox məşhur atletlərin karyeralarının bitməsində aldıqları tibbi xəsarətlər əsas səbəblərdəndir. Bu cür problemlərin tibbdə həlli yolu kimi ilk olaraq Biometrix komandası asan tənzimlənə bilən idman ayaqqabıların istehsalını nəzərdə tutmuşdular. Amma, bundan daha uyğun həll də mövcud idi. Yəni, idman ayaqqabıların daxilində təcili və fırlanma bucağını qeydə alan sensorların tətbiqi ən ideal həll yolu idi.

Biometrix hansı funksiyanı icra edir?

Belə ki, istifadə olunan sensorlar vasitəsi ilə təcil və dönmə bucaqlarına aid informasiyaların qeydə alınması ilə biomexaniki hərəkətlərin təsvir olunması həyata keçirilir.

Təhlükəli və ya yalnış biomexaniki hərəkətlər emal olunduqdan sonra verilənlər bazasındakı qeydə alınan data ilə müqayisə edilərək atletlərə hərəkətlərin tənzimlənməsində və yarana biləcək risklərin aradan qaldırılmasında kömək edir.

İstifadəçilərdən əldə olunan datanın həcminin çoxluğu yaradılan modelin işlənmə dəqiqliyinin artırılmasında əsas rola malikdir və hansı ki, atletlərin qaçış zamanı daha çox təhlükəli məqamların müəyyən olunmasında  və xəsarətlərin baş vermə dərəcəsinin azaldılmasında uğurlu olur.

Biometrix üçün datanın analiz edilməsi, təhlili və daha sonra son istifadəçiyə təqdim edilə bilən mənalı bir görünüşün yaradılması mürəkkəb proseslərdən bir neçəsidir. Xüsusilə, atletlərin qət etdiyi məsafələr uzandıqca qeydə alınmalı hallarda artır.

Biometrix şirkəti yaratmış olduqları məhsulları rəqabətli idman bazarına çatdırmaq və reabilitasiya üçün tətbiq etməkdə müəyyən təşkilatçılıqları həyata keçirir. Bütün bunların birbaşa missiyası sensor texnologiyasını, reabilitasiya prosesini asanlaşdırmaq, kollegial və peşəkar idman mühitinin qurulmasında tətbiq edilməkdir.

Şəkil 1-idmançıların bel nahiyəsinin xəsarət almasının qarşısını alan sensor

 

Catapult Sports (Analitik şirkət kimi texnologiyanın idmanda tətbiqini həyata keçirir) sensor texnologiyasını tətbiq etməklə 12-60% arasında zədələnmələrin azaldığını qeydə almışdır.

Biometrix Big Data texnologiyasının təklif etdiyi imkanlar ilə müxtəlif komanda əsaslı oyunlarda yarana biləcək problemləri daha uğurlu şəkildə müəyyən edə bilir.

Azər Rzayev

Data Researcher