[email protected] +994997971227

Big Datanın Həll Edəcəyi 5 Real Dünya Problemləri

Əsas səhifə >Data bloqu >Big Datanın Həll Edəcəyi 5 Real Dünya Problemləri

Big Datanın Həll Edəcəyi 5 Real Dünya Problemləri

Artıq bir müddətdir ki, Big Data termini texnologiya dünyasında həyəcan, müəyyən qədər qorxu və eyni zamanda gözləntilər yaratmağa başlamışdır.

Kütləvi şəkildə məlumatların toplanması, inkişaf etdirilməsi Big Data-nın şirkətlər, təşkilatlar və hökumətlər arasında dəyərli məlumat mənbəyi kimi tanınmasına gətirmişdir.

Texnologiya aləmində, iş dünyasında da getdikcə artan problemlərin həlli üçün müəyyən məlumatların tədqiqatı yenə də həyata keçirilir.

Big Datanın nail olacağı 5 ən diqqətəlayiq məsələlərə aşağıdakılar daxildir.

Doğuşla bağlı problemlərini aradan qaldırmağa kömək edir.

Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (Centers for Disease Control-CDC) verdiyi məlumata əsasən, amerikalı qadınların təxminən 10 faizi hamiləlik dövrü və ümumi olaraq hamiləliklə bağlı ciddi problemlərlə üzləşirlər. Bəzi sonsuzluq halları tibbi müdaxilə tələb etsə də, həkimlər bir çox qadının orqanizm sisteminin necə işlədiyi barədə müəyyən məlumata sahib olmaq ilə bu problemin qarşısını öncədən müəyyən dərəcədə ala biləcəyini qeyd edir. Hamiləlik üçün uyğunluğunun yoxlanılması prosesi ən effektli üsul hesab olunur. 2013-cü ildə App Store-a istifadəyə çıxarılan "Glow" tətbiqi qadınlara hamiləlik üçün ümumi prosesin uyğun olub-olmadığının müəyyən edilməsində yardımçı olurdu. Tətbiqin ərsəyə gətirilməsində və qadın biologiyası haqqında məlumatların toplanmasında Big Data istifadə olunmuşdur. Belə ki, tətbiq qadınların təzyiq, çəki, temperaturu, stresi və s. kimi xüsusiyyətlərini qeydə alaraq, hamiləliklə bağlı qarşıya çıxa biləcək əngəlləri müəyyənləşdirir və ümumi proses üçün ən çox hazır olan vaxtı müəyyən edir. Nəticə olaraq, artıq ciddi bir problem yaşanmadığı təqdirdə hər bir qadın həkimə müraciət etmədən hamiləliklə bağlı gedişatı müəyyən edə bilir.

Ehtiyacı olanlara kiçik kreditlərin verilməsi

Pew İnstitutunun araşdırmalarına görə amerikalıların 5,5 faizi son 5 ildə müntəzəm xərcləri ödəmək üçün maaş qarşılığında kredit götürmüşdür. Bu növ kreditlər onsuz da yüksək faiz dərəcələri və gizli artımlar ilə insanların daha da müflis olmalarına gətirib çıxardır.

Artıq tətbiqlərin yaradılmasını həyata keçirən qruplardan biri bu problemin həlli üçün Big Data imkanlarından istifadə etmiş və beləliklə, LendUp adlı mobil tətbiq və veb-sayt layihəsini ərsəyə gətirmişdir. Tətbiq insanların xərclərini ödəmək üçün kiçik kreditlərə müraciət etmələrinə kömək edir. Bu, çox sayda mikromaliyyə kredit təşkilatlarının birlikdə işləməsi ilə baş verir və kiçik sahibkarlar və investorlar ehtiyacı olanlar üçün müəyyən vəsait təmin edir. Sonra pulu götürən şəxslər borcları kiçik məbləğlərə bölərək ödəyirlər.

Kreditlər 30 gün üçün maksimum 250$ olaraq nəzərdə tutulmuşdur. Kreditləri vaxtından əvvəl ödəyən və ya vaxtında ödəmiş şəxslər üçün tətbiq avtomatik mükafatlar da nəzərdə tutur. Məsələn, krediti erkən ödəmiş şəxslər üçün gələcəkdə endirimlər və ya rüsumların azaldılması həyata keçirilir. Bu, ehtiyacı olan insanlara xərclərini qarşılamaq üçün lazım olan nağd pula tez və daha əlverişli çıxışı əldə etməyə kömək edə bilər.

Tələbələrin sıxıcı vəziyyətdən azad olunması

Nə tələbələr, nə də professorlar dolu auditoriyalarda uzun mühazirələri sevmirlər. Bəli, Big Data hətta darıxdırıcı və minimal effektiv siniflər dövrünə son qoya bilər. Siniflərdə Big Data texnologiyasından istifadə edərək, tələbələr və müəllimlər bir-biriləri ilə yeni və daha səmərəli üsullarla qarşılıqlı əlaqə saxlaya bilərlər.

Arizona Dövlət Universitetində aparılan son təcrübədə tələbə və professorlar ənənəvi mühazirə metodlarını bir kənara qoymaq və bunun əvəzinə Big Data texnologiyasını bir tədris vasitəsi olaraq seçməyə dəvət edilmişdir.

Əvvəlcə fikir tələbələri və ya professorları heyrətləndirmədi. Ancaq tələbələr texnologiya ilə məşğul olmağa başladıqdan sonra dinləmək əvəzinə daha çox praktik fəaliyyət həyata keçirdikləri üçün təklifi maraqla qarşıladılar. Professor dərs zamanı hələ də iştirak edirdi, ancaq sualları cavablandırmaq və rəy bildirmək üçün daha əlverişli şərait yaranmamışdı. Tələbə performansını daha yaxşı izləyə, eyni zamanda, kimin müəyyən bir mövzuda daha yaxşı olub-olmadığını müəyyən etmək üçün Big Data-dan istifadə edə bilirdi.

Bu texnologiya getdikcə daha çox siniflərdə tətbiq olunmağa başladı və bu tələbələrin daha yaxşı bir tempdə öyrənməsinə şərait yaratmış oldu. Beləliklə, bir çoxları tərəfindən bu texnologiyanın daha yüksək səviyyəli və effektli təhsil sistemi yaradacağı gözlənilir.

Düşüncələrimizin Oxunması

Tezliklə Big Data bütün düşüncələrimizi proqnozlaşdıracaqdır! Bəli, ilk öncə bu fikir mif kimi səslənə bilər, amma düşüncələrinizi oxumaq üçün istifadə olunan Big Data arxasında duran texnologiya bir o qədər də mürəkkəb deyil. Hər gün müraciət etdiyiniz veb-saytlar, sosial media yazılarınız, qeydiyyatlarınız və bu kimi milyonlarla məlumatların analiz və təhlil olunması nəticəsində gələcək fəaliyyətləriniz haqqında doğru proqnozlar alınır.

Terrorçuların Tutulması

Dünyada heç zaman istifadəsi trenddən düşməyən ifadələrdən biri "milli təhlükəsizlik" ifadəsidir ki, bütün dövlət orqanları və təşkilatlar üçün son dərəcə ciddi əhəmiyyətə malikdir. Dövlət qurumları insanların davranış və fəaliyyətlərinin izlənilməsi üçün Big Data istifadə edirlər və bu da fərdlər və ətrafı haqqında proqnozlar alınmasında əsas vasitələrdəndir. Bu da terrorçu qrupların və ya şəxslərin izlənilməsi və ya qarşısının alınmasında güclü bir potensial ortaya qoyur.

Hökumət orqanları illərdir bilinən terrorçuların məlumatlarını ələ keçirə bilər. Bu məlumatlar maraq və davranış nümunələrini müəyyən etməyə kömək edə bilər. Hökumət bu maraqlara və nümunələrə əsaslanaraq, kölgələrdə qalmış gizli potensiallı terrorçuları tapmaq üçün xalqın hazırkı davranışlarını izləyə bilər.

Azər Rzayev

Data Researcher