[email protected] +994997971227

Game of Thrones`un Dekodlaşdırılması: Data Science Westerosda

Əsas səhifə >Data bloqu >Game of Thrones`un Dekodlaşdırılması: Data Science Westerosda

Game of Thrones`un Dekodlaşdırılması: Data Science Westerosda

Böyük bir izləyici kütləsinə sahib olan “Game of Thrones” eyni zamanda bir çoxunun fərqinə varmadığı böyük bir həcmdə datanı özündə ehtiva edir.

Dünyanın ən böyük studiyaları, şəbəkələri və konsaltinq şirkətləri və televiziyaları ilə çalışan Parrot Analytics şirkətinin hesablamalarına əsasən Game of Thones TV-şoulara nisbətdə 152 dəfə daha çox tələbatı olan bir layihədir.

George R.R. Martinin ən çox satılan kitablarının uyğunlaşdırılması olan HBO seriyası izləyicilərə danılmaz bir mədəni təsir bağışladı.

Spoiler

“Game of Thrones” Westerosun (və Esosun) fantaziya dünyasında güc uğrunda mübarizədən bəhs edir. Bu mübarizənin mərkəzində Dəmir Taxt və onunla birlikdə yeddi krallığı idarə etmək hüququ durur.

Bu hekayədə uzun müddət müxtəlif obrazlar yer aldı və hər bir izləyici üçün ən sevimli obraz, mütləqdir ki, olmuşdur. Hamı üçün sevimli obrazların nə vaxta qədər oyunda yer alacağı və ya öləcəyi maraqlı haldır. Belə ki, Data Science layihələri məhz izləyicilərə hər bir bölüm zamanı baş verə biləcəkləri və ya sevimli obrazlarının başına nələrin gələcəyini təxmin etməkdə yardımçı olur.

 

Bəzi istehsalçı şirkətlər kitablarda və şouda istifadə olunan dilə daha çox diqqət yetirir. Digərləri süjetin inkişafını və yarana biləcək reytinq azalmasını proqnozlaşdırmağa çalışır. Hətta bəziləri seriyanın izləyici sayının azalması qorxusu daşıdığı üçün Süni İntellekt (Aİ) skriptlərindən istifadə edir ki, seriya reytinq dərəcəsini daha da artırsın.

Yuxarıda sadaladıqlarımızın hər birinin ortaq cəhəti ondan ibarətdir ki, hər biri Data-nın verdiyi imkanlardan istifadə edir.

Data Science tətbiqi ilə yaradılan layihələrdən bəzilərinə baxaq:

Obrazların ölümünü proqnozlaşdıran layihələr

Ən çox “Game of Thrones” Data Science layihələri kimin öləcəyini anlamağı hədəfləyir. Cerseinin ilk sezonun yeddinci bölümündə dediyi kimi: “Taxt oyunları oynadığın zaman ya ölürsən, ya da sağ qalırsan. Orta bir seçim yoxdur.”

A Song of İce və Data(2016-2019), Münhen Texniki Univeristeti

“A Song of İce və Data” bir tələbə layihəsi olaraq başlamışdır. O vaxtdan sonra mediada böyük maraqla qarşılanan layihə daha sonra ölümləri proqnozlaşdırmaqda tətbiq olunmağa başladı.

İlk olaraq layihə əsasında “Game of Thrones Wiki” dataları və “İce and Fire Wiki” dataları tam olaraq toplandı və anlaşıqlı hala gətirildi. Sonra statistik analiz və Machine Learning alqoritmləri istifadə olunmaqla ölmüş personajlar üçün ortaq olan xüsusiyyətləri taparaq digər personajların ölməsi ehtimalını hesablamaq üçün istifadə olundu. Bu xüsusiyyətlərə analiz olunan personajın evi, cinsi, sağ və ya ölmüş yaxınları daxildir.

Sonda alınmış nəticə ölüm ehtimalının faiz nisbəti(The Percentage Likehood of Death-PLOD) adlanır.

2016-cı ildə layihə mükəmməl bir iş ortaya qoymuşdu. Belə ki, Tommen Baratheon(97%), Stannis Baratheon(96%) və Petyr Baelish(91%) üçün yüksək bir ölüm ehtimalı(PLOD) hesablanmışdı.

Analitiklər 2017-ci il 7-ci sezon üçün Daenerys Targaryenin 95% ölüm ehtimalı proqnozunun yanlış olduğunu düşünsələrdə, lakin sonuncu sezon üçün Machine Learning dəqiqliklə hesablamaları aparmış və proqnoz tamamilə doğru təyin edilmişdi. Lakin bəzi hesablamalar dəqiqliklə alınmaya bilir. Məsələn: Davos Seaworth üçün hesablanmış 91% PLOD doğru alınmamışdı. Lakin Machine Learning səhvləri belə analiz edərək daha doğru proqnozun alınması üçün optimallaşdırılmışdır və final sezonu üçün verilmiş nəticələrə görə ən çox ölmə ehtimalı olanlar belə qeyd edilmişdir.

Bronn(94%)

Gregor Clegane(80%)

Sansa Stark(73.3%)

Bran Stark(57.8%)

Sandor Clegane(47.5%)

The Lord of Light - DataRobot: Alqoritmlərdən İstifadə etməklə Game of Thrones üçün proqnozlar hazırlamaq.

2018-ci ilin mayında ərsəyə gətirilmiş layihə Münhen Texniki Universitetinin digər layihələrinə bənzərdir. Belə ki, burada TV serialından toplanan data ilə deyil, kitab əsasında analiz olunan data ilə kitabın növbəti nəşrlərində obrazların ölüm proqnozları aparılırdı.

Kitabdan alınan data əsasında aparılan hesablamalara görə ölüm təxminləri aşağıdakı kimi olmuşdur:

Daenerys-73%

Jamie-73%

Tyrion-71%

Bran-66%

Cersei-60%

Jon-59%

Data Science Westeros-da

Data Science-in təklif etdiyi imkanlara əsasən verilənlər bazaları və proqram təminatları ilə Game of Thrones üçün müvafiq trend vizuallaşdırma tətbiq olunmuşdur. Tətbiqlərin birində seriyanın daha çox baxış qazandığı ekran vaxtı ilə obrazlardan hansısa biri arasında korrelyasiya olub-olmadığı analiz olunmuşdur. Belə ki, nəticə təəccüblü olmuşdur. Grey Worm, Tormund və Euro ekranlaşdırmaq üçün ən yaxşı obrazlar kimi qeydə alınmışdır.

Yuxarıda sadaladığım layihələrdən aydın görünür ki, Data Science yalnızca biznes qərarlarının və ya təşkilatların məhsuldarlığını artırmaq üçün deyil, eyni zamanda əyləncə vaxtı da daha maraqlı və statistik nəticələr əldə etmək üçün tətbiq oluna bilir.

Azər Rzayev

Data Researcher