[email protected] +994505971227

Hərkəsin anlaması gərəkən 6 ən böyük Data-Science axını (trendi)

Əsas səhifə >Data bloqu >Hərkəsin anlaması gərəkən 6 ən böyük Data-Science axını (trendi)

Data bizim işləmə yöndəmimizi dəyişməyə, insanlarla qarşılıqlı əlaqə saxlamağa və bizim həyatımızın hər anına təsir etməyə davam edəcək. Hal-hazırda Data fanlarının beynindəki əsas sual data science-in, big datanın və süni intellektin gələcəyi ilə bağlıdır. Biz sizə burada insanların haqqında məlumatlı olması lazım olan 6 ən böyük data science axınını təqdim edirik.

Axın 1 : Həyatımızın artan datafikasiyası (datalaşdırılması) və bizim arxada buraxdığımız rəqəmsal izlər

2017-ci ildə hər dəqiqəyə insanlar 15 milyondan çox mesaj göndəriblər. Bu sadəcə olaraq bizim gündəlik fəaliyyətlərimizin dijital izlərindən biridir. Pew Research Center-ə əsasən, amerikanların 77%-i ağıllı telefona sahibdirlər və hər dəfə siz sosial media hesabınızı yoxlayanda, mesaj göndərəndə, orda nəsə axtarışa verəndə yeni data yaratmış olursunuz. Siz onlayn bazarlıq edəndə, onlayn restoran rezerv edəndə, evdə netflix-dən filmə baxanda, tabletdə nəsə oxuyanda siz öz həyatınızı datalaşdırmağa davam edirsiniz. Hər gələn il bir əvvəlkindən daha çox dataya sahib olur.

Axın 2: Əşyaların interneti (The Internet of things) hər gün cihazlar daha ağıllı olur deməkdir.

Əşyalar insanların əksinə yaratdığları dataları əşyaların internetinə (bir-birləri ilə qarşılıqlı əlaqəyə girən ağıllı cihazlar və avadanlıqlar) borcludurlar. Bugünlərdə soyuducudan ağıllı saat (fitbit), evdəki termostata hər şeyin ağıllı versiyonu var. Onları ağıllı edən şey bir-birləri ilə əlaqə saxlamaları və insan müdaxiləsi olmadan müəyyən işləri etməyə özlərinin (özbaşlarına) qərar vermələridir. İntel-in təxmnlərinə görə 2020-ci ildə 200 milyarddan artıq cihaz internetə qoşulmuş olacaq. Şübhəsiz ki, əşyaların interneti tipli cihazların sayı artacaq və bu artış şirkətlərin yeni məhsul və xidmətlərin yaratmasına, eləcə də qərarların və əməliyyatların optimallaşdırmasına şərait yaradacaq.

Axın 3: Hesablama gücünün ekspansional (həndəsi silsilə) artışı texnoloji inkişafı inanılmaz tətikləyir.

Keçən il müşahidə etdiyimiz hesablama gücündəki yüksək artım toplanan, depolanan və analiz olunan datanın həcminin artmasına baxmayaraq onların tam emal olunmasına şərait yaratdı. Biz indi işlənməmiş datanı emal etməyi, cloud-lardan emal olunmuş datanın ehtiyat şəklində yığmaq üçün istifadə etməyi və hesablama əməliyyatlarını proqram və tətbiqlər vasitəsilə həyata keçirməyi bacarırıq. Biz halhazırda indiki kompyuterlərdən qat-qat güclü olan kvant kompyuterlərini (quantum computers) bazara buraxmağa həmişəkindən daha yaxınıq.

Axın 4 : Süni intellekt (Sİ) və machine learning indi insan beynini təqlid eləməyə imkan verir

Komputerlərin bu nöqtəyədək problemləri həll etməyi bacarmalarına baxmayaraq onlar ağıllı sayılmırdılar , çünki insandan əmr almasalar iş görə bilmirdilər. İndi isə, data partlayışının yardımı ilə süni intellektin (Sİ) artıq belə bir limiti yoxdur, onlar insan kimi bir-birlərini öyrədə və ya insan beyninin funksiyalarını təqlid edərək müşahidə yolu ilə işləri qavraya bilərlər. Sİ kompyuterlərə insanın edə biləcəyi tapşırıqları üstlənməyə kömək edir. Onlar görə, danışa, oxuya, dinləyə və hətta insan emosiyalarını anlaya bilirlər. Cari ildə, işlədiyiniz sektordon asılı olmayaraq, süni intellekt sizin gördüyünüz işə təsir göstərir. Əgər təsir göstərmirsə, narahat olumuyun yaxın gələcəkdə bu da mümkün olacaq.

Axın 5: Avtomatlaşdırma durmadan hərəkət edən yük qatarıdır, sağ qalmaq istəyiriksə, biz qatardan hoppanmalıyıq.

Kompyuterlər ağıllı olduqca bizim üçün daha çox iş görməyə başlayırlar. Bu daha çox işin, qərarların avtomatlaşdırılaraq robotlara həvalə olunması deməkdir. Avtomatlaşdırma artıq fabriklərdə, emaledici sənayelərdə, özü-özünü idarə edən avtomobillərdə və daha bir çox yerdə başlayıb. Bu axın şübhəsiz ki, cari işlərin funksiyalarını dəyişəcək, amma bəzi yaradıcılıq (kreativlik) tələb edən, stratejik və qarışıq tapşırıqlar maşınlara uyğun olmadığı üçün insanlar orda azad işləyə biləcəklər. Hər keçən il data proseslərin avtomatlaşdırılmasına kömək edir. Hər şirkət gərək hansı əməliyyatların avtomatlaşdıra biləcəyini və insanlarla robotların necə birlikdə yaxşı işləyə biləcəklərini nəzərə alsın.

Axın 6: Blockchain texnologiyası dataların saxlanmasını, paylaşılmasını və qorunmasını öz üzərinə götürəcək.

Blockchain çox praktiki, depolama (ehtiyat şəklində saxlama) probleminə qarşı inanılmaz dərəcədə faydalı, informasiyanı mühafizə bacarığı olan yüksək dərəcədə təhlükəsiz databazadır. Blockchain yalnız istifadəçilərinin sahib olduğu redaktə hüququna görə çox yüksək təhlükəsizliyə sahibdr. Blockchain texnologiyası virtual pul vahidi olan Bitcoin-a söykənərək quruluşdur. Buna görə də halhazırda çox yüksək diqqət toplayır. İndi bizneslərin yalnız çox kiçik bir hissəsi blockchain texnologiyasından istifadə edir, amma gələcək illərdə biz sənayeləri, eləcə də data science sahəsini dəyişəcək tətbiqlərin “partlayışına” şahid olacağıq.

Əli Kazımov

None