Data SoCool Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Biznes Analitikası ixtisasının tədris proqramını yenidən dizayn edib.
Ölkəmizdə ilk dəfə data sahəsində universitet ixtisası olaraq təsis edilmiş MBA Biznes Analitikası ixtisasının tədris proqramı beynəlxalq və yerli iş dünyasının tələbləri, inkişaf tendensiyalarına daha uyğun şəkildə yenidən formalaşdırılmışdır. Tədris proqramına magistrantların birbaşa iş dünyasının tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələri üçün nəzəri və praktiki mövzuların paralel tədris edildiyi dərslər əlavə edilmişdir. Həmçinin, tədrisdə mövzuların öyrənmə ardıcıllığı və intervalı da önəmli faktor olaraq nəzərə alınmışdır. Tədris proqramının dizayn olunmasında Data SoCoolun Tədris Departamenti rəhbəri Aytac Alıyeva, Data SoCool Karyera Mərkəzinin rəhbəri İsa Zeynal və Data SoCoolun Biznes Analitikası üzrə eksperti Kamal Mirzəyev rol almışdır.
Məlumat üçün bildirək ki, ixtisas 2019-cu ildə yaradılmışdır. Bu il Biznes Analitikası ixtisası 100% qəbul ilə tədris ilinə başlamışdır və tədris uğurlu şəkildə davam etməkdədir.
Azərbaycanda data sahələrinin tətbiqi və tədrisinin inkişafını əsas missiyasına çevirmiş şirkət olaraq Data SoCool bundan sonra da müxtəlif əməkdaşlıqlara açıqdır.