[email protected] +994997971227

Data SoCool və Oracle Azərbaycan əməkdaşlıq görüşü

Əsas səhifə >Xəbərlər >Data SoCool və Oracle Azərbaycan əməkdaşlıq görüşü

Data sahələrində Azərbaycanda ilklərə imza atmağa davam Data SoCool müxtəlif dərslərin tədrisində birbaşa vendorlarla sıx əməkdaşlıqların qurulması və gücləndirilməsini davam etdirməkdədir.

Rəsmi Microsoft Partner və IBM Resgistered Partner olan Data SoCool şirkəti tədris etdiyi Oracle Database SQL və PL/SQL mövzularında data öyrənənlərə daha effektiv təhsil imkanlarının təmin olunması üçün Oracle Azərbaycan ilə əlaqələrin qurulmasına başlayıb. 3 Mart tarixində Oracle Azərbaycan nümayəndəsi və Data SoCool rəhbərliyinin olduğu görüşdə mümkün əməkdaşlıqların qurulması və Oracle məhsullarından istifadəni öyrənən həmçinin, tətbiq edən şirkətlərə daha təklif olunan xidmətlərin genişlənməsi və müxtəlif tədbirlərdə tərəfdaşlıqlar müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, Data SoCool Data Təhsili Platforması olaraq Oracle məhsullarından Oracle Database SQL və PL/SQL mövzularında dərslər tədris etməkdəyik və bu günə kimi bu və digər dərslərdən məzun olmuş onlarla tələbəmiz aparıcı şirkətlər, dövlət qurumlarında çalışmaqdadır.

Mərkəzdə keçirilən təlimlər barədə daha ətraflı məlumat almaq üçün www.datasocool.com saytına, 051 5971227 əlaqə nömrəsinə və ya Mərkəzin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.