Data SoCool tərəfindən Data Əsaslı Marketing mövzusunda seminar keçirilmişdir.
29 Fevral tarixində baş tutan seminarda Data SoCool təlimçisi, Kapital Bankın Data Modeling şöbəsinin rəhbəri Data əsaslı Marketing Experti Kamal Mirzəyev dataya əsaslanaraq kampaniyaların hazırlanması, marketinq büdcəsinin formalaşdırılması, kontent hazırlanması, məhsul təkmilləşdirilməsi müştəri seqmentasiyası, satınalma büdcəsinin optimallaşdırılması mövzularında real nümunələr əsasında izahlar vermiş və tətbiqlərini iştirakçılarla bölüşmüşdür. Həmçinin, qurumların son illərdə xüsusi diqqətlə yanaşdıqları müştəri loyallığı və loyallıq kampaniyalarının hazırlanmasının əsasında dayanan və daha effektiv edən Customer Churn Model in qurulması və Loyallıq proqramlarının hazırlanması prinsiplərindən danışıldı.
70-dən çox marketinq, satınalma və satış mütəxəssislərinin və bu sahələrdə karyera qurmaq istəyən şəxslərin, datanı bizneslərini tətbiq etmək istəyən sahibkarların yer aldığı seminarın sonunda iştirakçıların sualları cavablandırılmışdır.
Qeyd etməliyik ki, data əsaslı marketinqin ölkəmizdə təbliği istiqamətində bu tədbir ilk dəfə Data SoCool tərəfindən keçirilmişdir.
Data SoCool olaraq ölkədə datanın biznes, dövlət qurumları və təşkilatlarda tətbiqlərinin təbliği üçün ödənişsiz seminar, təlim və konfranslara davam etməkdəyik.
Azərbaycanda lider data təhsili şirkəti olan Data SoCool, datanın bütün tətbiq sahələrində 15-ə qədər təlimlə komandalarını inkişaf etdirmək istəyən korperativlərin və data sahələrində karyera qurmaq istəyən şəxslərin xidmətindədir.
Mərkəzdə keçirilən təlimlər barədə daha ətraflı məlumat almaq üçün www.datasocool.com saytına, 051 5971227 əlaqə nömrəsinə və ya Mərkəzin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.