[email protected] +994997971227

100 Partners for Data Driven Azerbaijan layihəsi

Əsas səhifə >Xəbərlər >100 Partners for Data Driven Azerbaijan layihəsi

Fəaliyyətimizin əsasında "Data əsaslı Azərbaycan" formalaşdırmaq ideyası dayanır. Təsadüfi deyildir ki, şirkətin öz fəaliyyətinə bir qrup gəncə ödənişsiz şəkildə data dərsləri keçirilməsi olan sosial layihədən başlayıb. Daha çox şəxsin öz işində və ya şəxsi biznesində datanın imkanlarından faydalanması, daha çox şəxsin bu sahədə karyera qurması, yeni bacarıqlar əldə etməsi üçün bütün fəaliyyətimiz boyu tərəfdaşı olduğumuz və reallaşmasına təşəbbüs göstərdiyimiz onlarla müxtəlif tədbirlər birbaşa bu ideyanın məntiqi tamamlayıcılarıdır. 

Birlikdə yarada biləcəyimiz faydalılıq və onun nəticəsində ölkəmizdə datanın tətbiqləri ilə innovasiyanın fövqəladə sürətlənə bilməsi xəyalı "100 Partners for Data Driven Azerbaijan" proqramını başlatmağımıza səbəb oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə data sahələrində karyera qurmaq istəyənlərə daha çox imkanlar yaradılması, onların motivasiya olunması, bu sahədə innovativ addımların dəstəklənməsi, inkişaf etdirilməsi ilə Data əsaslı Azərbaycan xəyalına bir addım daha yaxınlaşmaq məqsədilə ölkənin 100 aparıcı qurumunu proqram ətrafında cəmləycəyik.

Hörmətlə,
Data SoCool rəhbərliyi