[email protected] +994997971227
Yüksək keyfiyyətə zəmanət

Sales Analytics and Predictive Marketing

Əsas səhifə >Təlimlər >Sales Analytics and Predictive Marketing
Təlimçi-Mentor:
Kamal Mirzəyev
Təlimin qiyməti:
350 azn (aylıq)
Təlimin müddəti:
2 ay (48 saat)
Tələbələr üçün:
300 azn (aylıq)
Ənənəvi marketinqin öz data əsaslı marketinqə verdiyi vaxtda sıfırdan peşəkar data əsaslı marketinq və satış bacarıqlarına yiyələnin!

Təlim haqqında

"Sales Analytics and Predictive Marketing" təlimi!

Artıq ənənəvi marketinq effektivliyini itirir və data driven marketinq günün biznes dünyasının tələbinə çevrilir. Həmçinin, satışın daha düzgün şəkildə analiz edilməsinin, data üzərindən optimallaşdırılmasının faydalarını görən şirkətlər artıq bütün satış proseslərini də data əsaslı formalaşdırmaqdadırlar.  Data Analytics in Sales and Targeted Marketing dərslərinə qoşulmaqla, data əsaslı müştəri seqmentasiyası, kampaniyaların hazırlanması, marketinq büdcəsinin formalaşdırılması, müştərilərin loyallığının təmin olunması, kontent hazırlanması, məhsul təkmilləşdirilməsi və bu kimi marketinq və satışın əhatə etdiyi bütün komponentlərdə data üzərindən qərar verməyi praktiki şəkildə öyrənəcəksiniz!

Təlimçi haqqında

Kamal Mirzəyev, Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr dərəcəsini kafedra birincisi və fərqlənmə diplomu ilə bitirmişdir. Avropa Birliyinin Erasmus KA1+ proqramı çərçivəsində İtaliyanın L`Aquila unversitetində təhsil almış və universiteti ən yüksək qiymətlərlə tamamlamış eyni zamanda Azərbaycan Dövlət İqtisad Unversitetində Strateji İdarəetmə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə tamamlamışdır. Kamal Mirzəyev bir çox şirkətlərdə Data Analitikası üzrə baş mütəxəsis, şöbə rəhbəri və departament rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda Kapital Bank ASC–də Data Modelling üzrə Menecer vəzifəsində çalışır və universitetlərdə tədris prosesini həyata keçirir.

Təlimin metodu

Təliminin metodu əsasən Sales və Targeted Marketing üçün Data Analitikasını və Modelləşdirmənin beynəlxalq praktikasını özündə birləşdirir. Təlim birbaşa onun auditoriyası üçün nəzərdə tutulmuşdur və Data Analitikası sahəsində ən müasir proqram təminatlarını və satış və marketinq modellərinin işləmə mexanizimini özündə birləşdirir. Təlim müddətində iştirakçılar yalnız nəzəri bilikləri deyil, həmçinin praktiki tapşırıqlarla mövzuları daha effektiv mənimsəyəcəklər. Təlim boyunca iştirakçılara tam mentorluq dəstəyi göstəriləcək və sonda təsdiqlənmiş(verified) sertifikatlar veriləcəkdir.

 

Təlim müddətində istifadə olunacaq materiallardan nümunələr:

  1. Predictive marketing : easy ways every marketer can use customer analytics and big data 
    • Authors: Wiley Artun, Omer, Levin, Dominique
  2. Database Marketing: Analyzing and Managing Customers
    • Authors: Robert C. Blattberg, Byung-Do Kim, Scott A. Neslin
  3. Customer Analytics For Dummies
    • Authors: Jeff Sauro
  4. R for Data Science: Import, Tidy, Transform, Visualize, and Model Data
    • Authors: Hadley Wickham, Garrett Grolemund
  5. Power Pivot and Power BI. The Excel User’s Guide to DAX, Power Query, Power BI & Power Pivot in Excel 2010-2016
    • Authors: Rob Collie, Avichal Singh

Təlimin auditoriyası

Data Science, Data Analitikası, Biznes Analitikası, Müştəri Əlaqələrinin İdarə Olunması (CRM), Marketinq və Marketinq Research, Satış, sahələrdə çalışanlar və çalışmaq istəyənlər.

Təlimin proqramı

Module 1: Introduction to Data Analytics in Sales and Targeted Marketing

  • Data Types
  • Basic Statistical Concepts
  • Intorduction to Data Mining Prosess
  • Descriptive Analytics
  • Normal Distributions
  • Introduction to Inferential Statistics
  • Confidence Intervals for Decision Making Process
  • Inferential Statistics through Hypothesis Tests
  • Professional Reporting Skill

Module 2: Journey from Data to Value with SQL

  • Introduction to SQL and Basics of SQL Types
  • Aggregate Functions
  • Joins and Set Operations
  • Understanding Select Statement
  • Sorting Data Using Order By Clause
  • Count, Sum, Min, Max, Avg, and Group
  • Cross Joins, Inner Join, Outer Join, Self-Join

Module 3: Data Analytics and Reporting with Power BI

  • General workflow in Microsoft Power BI
  • Importing Data Sets (Excel, CSV, SQL, R)
  • Merging and Appending Datasets
  • Basic Visualization Tools (Stacked Bar Chart, Pie Chart and etc.)
  • Importing other Visualization Tools
  • Types of Reporting and Building Consistent Dashboards (Sales, KPI, Marketing, Targeted Channels)
  • Managing Relationship
  • SQL Joins Proceedings
  • Basic DAX Formulas
  • Sharing Reports on Web and Power BI Service

Module 4: Converting Data to Money with Sales Analytics

  • Identifying the Right Sales Channels
  • Future Sales and Revenue Prediction
  • Sales Churn Prevention Modeling
  • Cross-Sell Recommendations
  • Lead Targeting for Sales Channels
  • Advanced Lead Scoring for Sales Channels
  • Customer Personas & Profiling for Sales Channels
  • Product Development for Sales Channels
  • Procurement Budget Optimization through Sales Analytics  
  • Establishing Professional Sales Dynamic Dashboards

Module 5:  Journey from Data to Value with Targeted Marketing

  • Marketing Budget Optimization for Sales Channels
  • Marketing to the Right Audience
  • Lead Targeting on Marketing Strategies
  • Real-Time Interaction Marketing
  • Customer Loyalty Prevention Modeling
  • Matching Marketing Strategies with Customers
  • Content Strategy Creation Based on CB
  • Camping Management process Based on CB
  • Maximization of Customer Lifetime Value (CLV)
  • Establishing Professional Targeted Marketing Dynamic Dashboards
Sıfırdan Peşəkar data əsaslı marketinq və satış bacarıqlarına yiyələn!

Dərslər hansı saatlarda keçirilir?

Həftədə iki dəfə keçirlən dərslər həm işləyən, həm tələbələrə uyğun olması üçün həftə içi iş saatlarından sonra və həftə sonu keçirilir.  

Bu sahədə yeniyəm, hansı təlimdən başlamalıyam?

Qeyd edək ki, sıfırdan bu sahədə karyera qurmaq istəyirsinizsə, dərslərə başlamaqdan öncə Karyera Məsləhətçisi tərəfindən sizə Peşəkar İnkişaf Planı hazırlanacaq və bu plan üzrə peşəkar bacarıqlar əldə edəcəksiniz.
Data Science sahəsində karyera qurmağınız üçün ilk öncə hər bir Data Scientistin bilməli olduğu databaza ilə işləmə bacarıqlarını əldə etmək üçün Oracle Database SQL təliminə qoşulmağınız tövsiyə olunur. Daha sonra Data Science üçün əsas önəmli olan güclü statistik baza formalaşdıra, statistik analizlər və modellər qurmağı öyrənə və bu bacarıqları tətbiq etməyi mənimsəyəcəyiniz "R ilə Data Science" və ya "Python ilə Data Analitikası" təlimimizə qoşula bilərsiniz. Daha sonra isə Üçüncü önəmli mərhələ isə Business Intelligence öyrənməkdir. Professional Visualization and Reporting with Power BI təlimini qoşularaq datanın vizuallaşdırılması bacarıqlarına da tam hakim ola bilərsiniz. Qeyd edək ki, tədris proqramlarımız həm yerli, həm xarici bazar perspektivləri üçün hazırlandığından hər üç təlimi bitirdikdən sonra bu bacarıqlarla ölkəmizlə yanaşı həmçinin, Avropa ölkələri və Amerikada da bu sahədə çalışmağınız üçün kifayət bilik və bacarıqlara sahib olacaqsınız. 

Dərslər praktikidir mi?

Dərslər Layihə əsaslı təhsil metodunda tədris edildiyi üçün bütün dərslər praktikidir və buna görə də, dərslərə komputer gətirməyiniz tələb olunur. Təlim proqramının sonunda öyrəndiyiniz bilik və bacarıqlara əsasən təqdim edilmiş biznes probleminin həllinə uyğun Capstone layihə tapşırığı üzərində işləyəcəksiniz.

Təlimə qoşulmaq üçün ilkin bilik tələb olunur mu?

Xeyr, təlim sıfırdan başlayanlar üçün dizayn olunduğundan başlamaq üçün ilkin bilik tələb olunmur.