[email protected] +994997971227
Yüksək keyfiyyətə zəmanət

Data Analytics with R and STATA

Əsas səhifə >Təlimlər >Data Analytics with R and STATA
Təlimçi-Mentor:
Həsrəddin Quliyev
Təlimin qiyməti:
xxxxx
Təlimin müddəti:
3 ay (70 saat)
Tələbələr üçün:
xxxxxx
R ile data analitikasi Data Science telimi kursu

Təlim haqqında

R və STATA  ilə Data Analitikası Təlimi

Proqramın Əhatəsi:  Data Analitikası, Data Mining, Machine Learning, Statistika, Ekonometrika, Marketinq Araşdırmaları, Araşdırma Metodları kimi sahə bilgiləri və STATA/R tətbiqi proqramları 

Təlimçi haqqında

Həsrəddin Quliyev, Azərbaycan Dövlət İqtisad Universiteti, Türk Dünyası İşlətmə Fakültəsində Biznesin İdarə Olunması ixtisası üzrə bakalavr və Akdeniz Universitetində Ekonometrika ixtisası üzrə magistr dərəcəsi alıb. Hal-hazırda eyni ixtisas üzrə İstanbul Universitetində doktorontura təhsilinə davam edir.  Həsrəddin Quliyev bir müddət İstanbulda Araşdırma şirkətində çalışıb və hal-hazırda özəl bankların birində Data Analyst Specialist olaraq çalışır. İndiyə kimi bir çox Data Science, Statistika və Ekonometrika üzrə beynəlxalq konfranslarda, sammit və meet up-larda həm dinləyici, həm də speaker kimi iştirak edib. 2018-ci ildə Tam Faktoring tərəfindən keçirilən Hackhathonda "Cluster Analysis with k-means and Ordinal Lojistic Regression: Customer Segmentation" lahiyəsi ilə ilk 5-liyə daxil olub və hal-hazırda yazılan "Advanced Topics in Econometrics" kitabında bölüm yazarı olaraq yer alır.

Təlimin auditoriyası

Data Scientist, Data Analyst, Biznes Analitikası, Müştəri Əlaqələrinin İdarə Olunması (CRM), Marketing Research&Analyst, Maliyyə Analitikası və Risklərin İdarə Olunması  kimi sahələrdə çalışmaq istəyənlər və çalışanlar. 

Təlimin proqramı

Data Analitikasına giriş

  • Data Analitikası və Data Analitikasında Statistika və Machine Learning Yanaşması
  • Descriptive Statistiklərin Hesablanması
  • Scatter Plot, Box-Plot və Histogram Qrafikləri
  • Hipotez testlərinə giriş
  • Statistik Paylanmaların İncələnməsi və Normal Dağılmanın Test edilməsi (Shapiro-Wilk və Jarqua-Bera Testləri)

Qarşılaşdırma Testləri

  • One Sample T-test , Independent Sample T-test və MannWhitney U testləri
  • Paired Sample T-test və Wilcoxon testləri
  • One-Way ANOVA və Kruskal-Wallis Testləri
  • One-way Repeated Measures ANOVA və Friedman Testləri
  • One Sample və Two Sample Test of Proportion
  • Correlation Analysis və Chi-square Testi

Model Qurmaya giriş və Reqressiya Analizi

  • Dataların Təmizlənməsi və Model qurmağa hazırlıq, Uyğun model tipinin seçilməsi
  • Reqressiya Modellərinə Giriş və Modelin qurulmasına dair tətbiqlər
  • Reqressiya Modellərinin Diaqnostik testləri və Dirənçli Standart Xətaların İstifadəsi, Stepwise Reqressiya Tətbiqi
  • Kukla Dəyişkənli Reqressiya Modelləri və Kateqorik Dəyişkənlərin Modellənməsi

Data Analitikasında Advanced(İləri) Mövzular

  • Lojistik reqressiya Modeli və tətbiqləri Churn Analizi və Risk Modelləri
  • Ordinal/Multinominal Lojistik Reqressiya Modelləri
  • Decision Trees, Random Forest Alqoritması
  • Clustering Analysis (k-means)
  • Unit-Root Test, Otokorelasyonun Test edilməsi
  • ARIMA Model tipləri və Proqnozlaşdırma (Forecasting)

Növbəti qruplar üçün qeydiyyat yaxın günlərdə başlayacaq. Təlimə qeydiyyat başladıqda birbaşa sizi məlumatlandırmağımız üçün Müraciət et hissəsindən qeydiyyatdan keçin.

R ile data analitikasi Data Science telimi kursu

Bu sahədə yeniyəm, hansı təlimdən başlamalıyam?

Qeyd edək ki, sıfırdan bu sahədə karyera qurmaq istəyirsinizsə, dərslərə başlamaqdan öncə Karyera Məsləhətçisi tərəfindən sizə Peşəkar İnkişaf Planı hazırlanacaq və bu plan üzrə peşəkar bacarıqlar əldə edəcəksiniz.
Data Science sahəsində karyera qurmağınız üçün ilk öncə hər bir Data Scientistin bilməli olduğu databaza ilə işləmə bacarıqlarını əldə etmək üçün Oracle Database SQL təliminə qoşulmağınız tövsiyə olunur. Daha sonra Data Science üçün əsas önəmli olan güclü statistik baza formalaşdıra, statistik analizlər və modellər qurmağı öyrənə və bu bacarıqları tətbiq etməyi mənimsəyəcəyiniz "R ilə Data Science" və ya "Python ilə Data Analitikası" təlimimizə qoşula bilərsiniz. Daha sonra isə Üçüncü önəmli mərhələ isə Business Intelligence öyrənməkdir. Professional Visualization and Reporting with Power BI təlimini qoşularaq datanın vizuallaşdırılması bacarıqlarına da tam hakim ola bilərsiniz. Qeyd edək ki, tədris proqramlarımız həm yerli, həm xarici bazar perspektivləri üçün hazırlandığından hər üç təlimi bitirdikdən sonra bu bacarıqlarla ölkəmizlə yanaşı həmçinin, Avropa ölkələri və Amerikada da bu sahədə çalışmağınız üçün kifayət bilik və bacarıqlara sahib olacaqsınız. 

Dərslər praktikidir mi?

Dərslər Layihə əsaslı təhsil metodunda tədris edildiyi üçün bütün dərslər praktikidir və buna görə də, dərslərə komputer gətirməyiniz tələb olunur. Təlim proqramının sonunda öyrəndiyiniz bilik və bacarıqlara əsasən təqdim edilmiş biznes probleminin həllinə uyğun Capstone layihə tapşırığı üzərində işləyəcəksiniz.

Təlimə qoşulmaq üçün ilkin bilik tələb olunur mu?

Xeyr, təlim sıfırdan başlayanlar üçün dizayn olunduğundan başlamaq üçün ilkin bilik tələb olunmur.