Təlim haqqında
Biznesin intellektual təhlili şirkətin inkişafına kömək etmək və böyük nəticələrə nail olmaq üçün daha yaxşı qərarların verilməsində məlumatların düzgün və səmərəli istifadəsini tələb edir. Microsoft şirkətinin təqdim etdiyi Power BI proqramı məlumatların təhlili və proqnozlaşdırılmasını təmin etməklə ən çox istifadə olunan vasitələrdən biridir. Kurs müddətində Power BI-ın hesabatları n avtomatlaşdırılmasındakı mühüm rolu vurğulanacaq və iş dünyasında datanın necə dəyərə çevrildiyi nümunə hesabatlar üzərində göstəriləcək. 6 həftəlik proqram daxilində siz databazaların təhlükəsiz və səmərəli qurulması, dataların təmizlənməsi, vizuallaşdırılması, dashboard və reportların hazırlanması və son istifadəçilərlə paylaşılması haqqında ən vacib və tam praktiki, müasir iş dünyasının tələblərini qarşılayan bilik və bacarıqlara yiyələnəcəksiniz.
Kurs müddətində təlimçi sizə Microsoft-un beynəlxalq DA-100 imtahanına hazırlıq üçün mentorluq edəcəkdir.
Təlimçi haqqında
Nəcməddin Kazımlı – Microsoft Certified Data Analyst Associate.
Hazırda Paşa Bankda Senior Risk Analyst olaraq çalışır. Həmçinin, UNEC-də Risk Menecment üzrə pedaqoji fəaliyyət göstərir. Daha öncə Xalq Bankda Leading Risk Analyst, Veysəloğlu Şirkətlər Qrupunda Financial Controller olaraq çalışmışdır. Bakalavr təhsilini Qafqaz Universitetində, Magistr təhsilini Dövlət İdarəçilik Akademiyasında almışdır.
Təlimin metodu
Hər mövzu sonunda siz sərbəst iş və tapşırıqlarla qarşılaşacaq, Marketing, Risk, KPİ və Maliyyə hesabatlarının necə qurulduğunu öyrənəcəksiniz. Təlimin sonunda isə proyekt üzərində işləyərək öz hesabatlarını fərdi şəkildə tamamlayacaqsınız. Təlim proqramı ərzində mentorluq dəstəyi göstəriləcək. Verilən tapşırıqların həllinə və dərsdəki davamiyyətə uyğun olaraq sertifikat təqdim olunacaq.
Təlimin proqramı
Chapter 1: Power BI Overview
- Visual analysis and visual analytics
- Power BI Infrastructure
Chapter 2: Power BI Overview
- Loading Data
- Introduction to Power BI Desktop
- Lab 1 Loading and Visualizing data
Chapter 3: Transforming Data
- Using Power Query to clean, transform and load data
- Profiling your data
- Resolve data quality issues
Chapter 4: Transforming Data
- Apply user-friendly names to Queries, tables, and columns
- Import data from an Excel formatted report
- Lab 2 Transforming Data with Power Query
- Quiz 1 Appending, Merging, and Combining Queries
Chapter 5: Creating a Data Model
- Understand the role of the Data Model in Power BI
- Create table relationships
- Understand Cardinality and Cross Filtering
Chapter 6: Creating a Data Model
- Discuss Star and Snowflake schema
- Create a Date Dimension
- Build a Data Model from multiple Data sources
- Lab 3 Creating a Data Model
Chapter 7: Visualizing your Data
- Discuss Report settings
- Choosing the right visualizations
- Creating, formatting, and styling your reports
Chapter 8: Visualizing your Data
- Using Hierarchies and Drilldown
- Utilizing Slicers and Filters
- Adding Custom Visualizations
- Lab 4 Creating Reports Part 1
- Quiz 2 Creating Reports Part 2
Chapter 8: Introduction to DAX, Calculated Columns and Measures
- Gain an Introduction to DAX
- Differentiate between Calculated Columns and Measures
- Create Calculated Columns
Chapter 9: Introduction to DAX, Calculated Columns and Measures
- Create Measures
- Understand Filter and Row context
- Understand the power of the Calculate function
- Lab 5 Dax Calculated Columns and measures
Chapter 10: Collaboration and Sharing (Publishing Reports and Creating Dashboards)
- Discuss the Power BI Service and Power BI Server
- Understand the main components of the Power BI Service
- Publish a Power BI Project to the Power BI Service
Chapter 11: Collaboration and Sharing (Publishing Reports and Creating Dashboards)
- Share Reports
- Build and Share Dashboards
- Lab 6 Collaboration and Sharing in the Power BI Service
Chapter 12: Capstone Project and Course Exam
- Business case
- Course exam