[email protected] +994997971227
Yüksək keyfiyyətə zəmanət

Oracle Database SQL

Əsas səhifə >Təlimlər >Oracle Database SQL
Təlimçi-Mentor:
Şahin Kərimov
Təlimin qiyməti:
300 azn (aylıq)
Təlimin müddəti:
3 ay (60 saat)
Tələbələr üçün:
240 azn (aylıq)
Təlim müddətində yerli və xarici əmək bazarının SQL Developer/Reporter vakansiyalarının tələblərinə uyğun peşəkar bacarıqlara yiyələnəcəksiniz.

Təlim haqqında

Oracle Database SQL təlimində iştirakçılar databazanı düzgün strukturlaşdırmağı, SQL funksiyalarının tətbiqini, mürəkkəb data modellərin qurulmasını öyrənəcək, proyektlərlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapacaq və onları tətbiq edəcəklər. 

Təlimin sonunda iştirakçılar Beynəlxalq Oracle SQL sertifikat imtahanına girmək üçün iləri (advanced) bacarıqlar qazanmış olacaqlar.

Təlimçi haqqında

Şahin Kərimov - Oracle Database SQL Expert Certified. SQL üzrə təcrübəsi 2007-ci ildən başlamışdır. Hazırda Bank Respublikada Automated Banking Systems and Database Development Departmentnin Direktor vəzifəsində çalışır. Daha öncə həmin bankda IT direktor müavini olaraq çalışmış. Həmçinin Expressbankda IT Departamentinin rəhbəri kimi çalışmışdır. Həmçinin Xəzər Universitetində akademik fəaliyyət göstərir. 2012-ci ildən etibarən həm fərdi, həm korperativ təlimlərdə təlimçi olaraq çıxış edir. 

 

 

Təlimin metodu

Dərslər nümunə məlumatlar bazası üzərində qurulur. Təlim alan tərəf öz arzusu ilə test məlumat bazasında imkan yaradarsa, dərslər həmin baza üzrərində qurula bilər. Oracle SQL əmrləri hər hansı tooldan asılı olmayaraq (SQL Developer, PLSQL Developer, Toad və s.) sərbəst istifadə edilə biləcək qaydada öyrədilir. Təlimin sonunda iştirakçılar müxtəlif proyeklər üzərində öyrəndiklərini tətbiq edəcək və bununla öz portfoliolarını genişləndirə biləcəklər. Əlavə olaraq, təlim müddətində iştirakçılar üçün yaradılmış qruplarda tam mentorluq dəstəyi göstəriləcək, müzakirələrə qatılmaq və beynəlxalq sertifikat imtahanlarına hazırlaşmaq imkanı əldə edəcəklər.

Təlimin proqramı

Oracle və SQL-ə giriş: Sadə sorğuların yazılması

  • Əlaqəli verilənlər bazası idarəətmə sistemləri (RDBMS) və Strukturlu Sorğu Dili (SQL) haqqında ümumi məlumat
  • Oracle və qoşulma üçün müvafiq proqramların (SQL Developer, Toad və s.) quraşdırılması
  • Sadə SQL sorğularının yazılması
  • Sorğularda şərt və sıralama, bool məntiqinin izahı (Where, Order by, Bool operations)

SQL Funksiyaları

  • Tək sətrli funksiyalar (Single-Row Functions)
  • Qrup funksiyaları (Group Functions)
  • Analitik funksiyalar (Analytics Functions)

İki və daha çox cədvəldən məlumatların çıxarılması və Alt sorğular

  • Bir neçə cədvəldən məlumatların çıxarılması (Joins: Cross, Inner, Outer)
  • Alt Sorğuların istifadəsi (Sub queries: SingleRow, MultipleRow, Correlated)

Cədvəllərin strukturları və məlumatlarla iş sorğuları(DDL, DML)

  • Məlumatların yazılması, dəyişdirilməsi, silinməsi (DML: İnsert, Update, Delete, Merge)
  • Bir neçə cədvələ məlumatların yazılması (Multitable insert: Conditional, Unconditional)
  • Cədvəllərin yaradılması, strukturunun dəyişdirilməsi, ləğv edilməsi, ad dəyişmə, şərhlər (DDL: Create, Alter, Drop, Truncate. Rename and Comment)

Constraint və View obyektləri

  • Cədvəllər üzərinə məhdudiyyətlər (Constraints: Primary key, Unique, Foreign key, Not NULL, Check)
  • View obyeki (View)

İndekslər, Ardıcıl qiymətlər verən obyekt, Sinonimlər və Çoxluq əməliyyatları (Indexes, Squences, Synonyms, SET operators)

  • Index tipləri və istifadə qaydaları
  • Sequence yaradılması və istifadəsi
  • Synonym yaradılması və istifadəsi
  • Çoxluq əməliyyatları(Set operators: Union, Union all, İntersect, Minus)

Requlyar ifadələr, pivot və ağacvari strukturlu sql sorğuları

  • Requlyar ifadələrdən istifadə (Regular expressions, REGEXP_)
  • Pivot sql yazılması və istifadə yerləri (PİVOT)
  • Hierarchical sql sorgularinin yazılması

Oracle istifadəçi idarəetməsi və yekun praktika

  • Userin yaradılması və hüquqlarımın idarəedilməsi (DCL)
  • Arzu olunan sənaye sahəsinə uyğun verilənlər bazasının yaradılması və hesabatların yazılması
  • Yaradılmış model üzərində yekun praktika

1z0-071 Beynəlxalq Oracle SQL sertifikat imtahanı ilə tanışlıq və hazırlıq.

  • İmtahana hazırlıq haqqında təlimat
  • İmtahan testlərinin nümunə üzrə izah edilməsi

PL/SQL-ə giriş

  • Block structure, variables, identifiers, Record types

  • Control and Loop statements, Collections

  • Functions, Procedures and Packages

Biznes dünyasına giriş

  • Data Scientist üçün CV hazırlama
  • Müsahibə hazırlığı
Onlarla Data SoCool tələbəsi hazırda aparıcı şirkətlərdə və dövlət qurumlarında çalışır. Növbəti siz ola bilərsiniz. #PeşəkarDataTəhsili

Dərslər hansı saatlarda keçirilir?

Həftədə iki dəfə keçirlən dərslər həm işləyən, həm tələbələrə uyğun olması üçün həftə içi iş saatlarından sonra və həftə sonu keçirilir.  

Bu sahədə yeniyəm, hansı təlimdən başlamalıyam?

Qeyd edək ki, sıfırdan bu sahədə karyera qurmaq istəyirsinizsə, dərslərə başlamaqdan öncə Karyera Məsləhətçisi tərəfindən sizə Peşəkar İnkişaf Planı hazırlanacaq və bu plan üzrə peşəkar bacarıqlar əldə edəcəksiniz.
Data Science sahəsində karyera qurmağınız üçün ilk öncə hər bir Data Scientistin bilməli olduğu databaza ilə işləmə bacarıqlarını əldə etmək üçün Oracle Database SQL təliminə qoşulmağınız tövsiyə olunur. Daha sonra Data Science üçün əsas önəmli olan güclü statistik baza formalaşdıra, statistik analizlər və modellər qurmağı öyrənə və bu bacarıqları tətbiq etməyi mənimsəyəcəyiniz "R ilə Data Science" və ya "Python ilə Data Analitikası" təlimimizə qoşula bilərsiniz. Daha sonra isə Üçüncü önəmli mərhələ isə Business Intelligence öyrənməkdir. Professional Visualization and Reporting with Power BI təlimini qoşularaq datanın vizuallaşdırılması bacarıqlarına da tam hakim ola bilərsiniz. Qeyd edək ki, tədris proqramlarımız həm yerli, həm xarici bazar perspektivləri üçün hazırlandığından hər üç təlimi bitirdikdən sonra bu bacarıqlarla ölkəmizlə yanaşı həmçinin, Avropa ölkələri və Amerikada da bu sahədə çalışmağınız üçün kifayət bilik və bacarıqlara sahib olacaqsınız. 

Dərslər praktikidir mi?

Dərslər Layihə əsaslı təhsil metodunda tədris edildiyi üçün bütün dərslər praktikidir və buna görə də, dərslərə komputer gətirməyiniz tələb olunur. Təlim proqramının sonunda öyrəndiyiniz bilik və bacarıqlara əsasən təqdim edilmiş biznes probleminin həllinə uyğun Capstone layihə tapşırığı üzərində işləyəcəksiniz.

Təlimə qoşulmaq üçün ilkin bilik tələb olunur mu?

Xeyr, təlim sıfırdan başlayanlar üçün dizayn olunduğundan başlamaq üçün ilkin bilik tələb olunmur.