Datanın biznesin müxtəlif sahələrində yaratdığı imkanlar tətbiqlərinin dünyada sürətlə yayılmasının əsas səbəbidir. Əgər siz də öz sahənizdə datanı tətbiq etmək və imkanlarından faydalanmaq istəyirsinizsə, 3 dekabr saat 19:00-da “Rəhbərlər üçün Data Analitikası” mövzusunda baş tutacaq seminarda iştirak üçün qeydiyyatdan keçin!
Əgər sizin şəxsi biznesiniz varsa, HR, Marketing, Satış, Risk şöbə və ya departament rəhbərisinizsə və datadan faydalanmaq istəyirsinizsə, bu təlim sizin üçündür!
Data SoCool Data Platforması tərəfindən təşkil olunan seminarda Data Modelling Expert Kamal Mirzəyevin mentorluğu ilə aşağıdakı mövzular müzakirə olunacaq:
- Data driven-business modeli (data əsaslı biznes) nədir?
- Dünyadan bütün bizneslərin bu modelə keçməsinin səbəbi nədir və niyə biz də keçməliyik?
- Marketinqdə datanın tətbiqləri
- Satışda datanın tətbiqləri
- İnsan resurlarında datanın tətbiqləri
- Maliyyə və Risk sahələrində datanın tətbiqləri
- Data monetization
- GDPR nədir və necə qurulmalıdır?
- Niyə şirkətinizdə data departamentinin yaradılması haqda düşünməlisiniz və bunu necə etməli
Uzun müddət bir çox qurumlarda Data Analitikası üzrə baş mütəxəsis, şöbə rəhbəri və departament rəhbəri vəzifələrində çalışmış Kamal Mirzəyev hazırda Kapital Bankın Predictive Anlaytics şöbəsinin rəhbəridir. Kamal bəy, həmçinin, aparıcı şirkətlər üçün marketinq analitikası, satışların proqnozu, optimallaşdırılması, hesabatlılıq, avtomatlaşdırma kimi onlarla uğurlu layihələrdə konsutlant olaraq çıxış etmişdir.
Qeydiyyatdan keçÜnvanı xəritədə göstər