Oracle Database SQL öyrənmək istəyənlər!
17 yanvar tarixində Peşəkar Data Analitikası təlimləri sahəsində ixtisaslaşmış Data SoCool tərəfindən "Oracle Database SQL ilə tanışlıq və sadə SQL əmrlərinin izahı" mövzusunda açıq dərs baş tutacaq.
Açıq dərsdə:
- Verilənlər bazasının idarəetmə sistemləri (DBMS) nədir;
- Oracle RDBMS ilə tanışlıq;
- SQL sorğu dili nədir və tətbiq sahələri;
- SQL əmrlərinin təsnifatı;
- Ən sadə SQL sorğusu, SELECT əmrinin izahı;
- SQL sorğularında şərt operatorlarının tətbiqi;
- Bool məntiqinin izahı;
- Mürəkkəb şərtlərin kombinasiyası;
- Sorğu nəticələrinin sıralanması izah olunacaq;
Və açıq dərsin sonunda sərbəst sual-cavab sessiyasında suallarınız cavablandırdılacaq.
Təlimçi haqda:
Şahin Kərimov - Oracle Database SQL Expert Certified. SQL üzrə təcrübəsi 2007-2019-cu illəri əhatə edir. Aparıcı özəl banklardan birinin IT Departamentinin rəhbəridir. Həmçinin, Xəzər universitetində elmi fəaliyyətlə məşğuldur. 2012-ci ildən etibarən həm fərdi, həm korperativ təlimlərdə təlimçi olaraq çıxış edir.
Qeydiyyatdan keçÜnvanı xəritədə göstər