[email protected] +994997971227

Data sahələrində xaricdə təhsil və təqaüd imkanları

Əsas səhifə >Tədbirlər >Data sahələrində xaricdə təhsil və təqaüd imkanları
Tarix:
30 Noyabr 2019
Müddət:
2 saat
Ödəniş:
Yoxdur
Məkan:
Data SoCool

Tədbir haqqında

Xaricdə data sahələrində təhsil almaq istəyirsinizsə, hər birinizi 30 noyabr tarixində baş tutacaq “Data sahələrində xaricdə təhsil və təqaüd imkanları” mövzusunda seminara dəvət edirik!

Günümüzdə bütün dünyada və ölkəmizdə sürətlə inkişaf edən və yüzlərlə vakansiyanın formalaşdığı Data Science və datanın digər tətbiq sahələrində onlarla təqaüdlər və xaricdə təhsil üçün müxtəlif imkanlar mövcuddur. Seminarda bu imkanlardan yararlanmaq üçün sizlərə detallı məlumat verəcək və bütün suallarınızı cavablandıracağıq.


Seminarın mövzuları:

  • Niyə Data sahələrində xaricdə təhsil haqda fikirləşməlisiniz?
  • Data Sahələrində hansı ölkə və universitetlərdə təhsil imkanları mövcuddur?
  • Avropa və Amerika universitetlərində təqaüd imkanları
  • Qəbul üçün əsas şərtlər: bacarıqlar, sertifikatlar və təcrübə...
  • Data sahəsində yerli və qlobal karyera imkanları


Spikerlər:
Miryusif Cavadzadə: EDDE Global Direktor, Xaricdə təhsil eksperti
İsa Zeynal: Data SoCool, Həmtəsisçi

 

Seminar Data SoCool Data Platforması və EDDE Global Xaricdə Təhsil Mərkəzi tərəfindən keçirilir.
 


Qeydiyyatdan keçÜnvanı xəritədə göstər