[email protected] +994997971227

Məzunumuz Elnur Müslümovun fikirləri

Əsas səhifə >Məzunlarımız >Məzunumuz Elnur Müslümovun fikirləri

Kursla bağlı bildirmək istəyirəm ki, həqiqətən effektli bir kursdu. Əvvəllər azca SQL ilə məşğul olmuşam. Kursa başlamadan öncə özüm öyrənməyə cəhd göstərdim, lakin effektiv olmadı. Çünki query yazılışında müxtəlif çətin məsələlər meydana çıxır və bu suallara cavab verə biləcək peşəkar təlimçiyə ehtiyac olur. Çətin məsələlərin həllində Şahin müəllim bizə yaxından köməklik göstərir. Hər bir tələbənin sualına müxtəlif müvafiq misallarla cavab verir və bu da təlimin interaktiv keçməsinə səbəb olur. Şahin müəllimin təcrübəli olması və praktikada istifadə olunan nümunələrlə təlimi aparması bizdə də peşəkar düşünmə qabiliyyəti formalaşdırır. Ev tapşırıqları çox düşündürücü olur və bütün keçirilmiş dərsləri əhatə edən məlumatlar sayəsində bu tapşırıqları yerinə yetirmək mümkün olur. Bu da bizim öncəki dərsləri daha dərindən öyrənməli olduğumuzu praktiki olaraq sübut etmiş olur. Təlimdə həm praktiki, həm də nəzəri biliklər əldə etmişəm. Gələcəkdə 1z0-071 Beynəlxalq Oracle SQL sertifikatı almaq üçün imtahan vermək niyyətindəyəm.

Data SoCool-a və Şahin müəllimə təşəkkür edirəm və digər tələbələrə uğurlar arzulayıram!