[email protected] +994997971227

Məzunumuz Cəmalə Hümmətovanın fikirləri

Əsas səhifə >Məzunlarımız >Məzunumuz Cəmalə Hümmətovanın fikirləri

Təlim haqqında ilk öncə onu demək istəyərdim ki, bu zamana qədər olduğum ən gözəl təlimdir. Demək olar ki, dərs zamanı heç yorulmadım hətta həm öyrənib, həm zövq aldım. Şahin müəllimin maraqlı, aydın dərs izah etmə metodu, həm yumor hissi, həm də səbri bizim, şəxsən mənim proqramı daha rahat mənimsəməyimə bilavasitə köməklik göstərdi.

Ümid edirəm ki, bundan sonraki mərhələdə, Beynəlxalq Oracle Sql sertifikatını almaqda eyni zamanda iş karyeramda yüksəlməkdə kursun mənə köməkliyi çox dəyəcək.

Təlimdə əldə etdiklərimə gəldikdə isə, ümumiyyətlə baza nədir, data nədir, Sql və Oracle nədir bu barədə ilkin məlumatları anladıqdan sonra, baza ilə işləməyi, bazada cədvəllər yaratmağı onları redaktə etməyi, sorğular yazıb raport çıxarmaq kimi bir çox geniş biliklər əldə etmiş olduq.

Bütün burada qeyd etdiklərimə görə Data SoCool-a və Şahin müəllimə çox təşəkkürümü edirəm.