[email protected] +994997971227

Telekommunikasiya şirkətlərində data analizi

Əsas səhifə >Data bloqu >Telekommunikasiya şirkətlərində data analizi

Telekommunikasiya şirkətlərində data analizi

Telekommunikasiya şirkətlərinin öz müştəriləri haqqında çox böyük həcmli məlumatlara sahib olduğu hər kəsə məlumdur. Bunlara hər bir müştərinin balans məlumatları, zəng və mesaj tarixçəsi kimi məlumatlar daxildir. Bu qədər böyük həcmli məlumatlarla işləmək nə qədər çətin olsa da, bu məlumat toplusu düzgün analiz edildiyi zaman şirkətə böyük faydası toxuna bilər və şirkət gəlirlərini, müştəri xidməti keyfiyyətini artırmaq üçün yol göstərə bilər. Müştəriləri təhlil edərkən nömrədə istifadə olunan xidmətlər, istifadə olunan paket, tez-tez ziyarət olunan səhifələr kimi faktorlar da nəzərə alınır, faktorlara əsasən oxşar istifadəçilər bir seqmentdə qruplaşdırılır və hər bir müştəri seqmentinə uyğun profil tərtib olunur. Bunu etməkdə məqsəd hər bir seqmentin ehtiyaclarını aydınlaşdırmaq və bu ehtiyacları ödəyən xidmətlərlə çıxış etməkdir. Bundan əlavə, bu təhlil olunmuş məlumatlar yeni istifadəçilər cəlb etməkdə də istifadə olunur.

Telekommunikasiya şirkətləri üçün müştərilərin digər şirkətə yönəlməyi və həmin şirkətin müştərisi olmağı tez-tez rastlanan haldır. Bu isə şirkətlər üçün ən arzuolunmaz hallardandır, belə ki, yeni müştəri qazanmaq cari müştərini əldə saxlamaqdan daha çox xərc tələb edir. Müştərilərin digər şirkətləri seçməyinə maneə olmaq üçün müştəri əməliyyatları, sosial mediada yazılanlar, şikayət məktubları və s. təhlil olunur və narazı müştərilər aydınlaşdırılır. Bununla da diqqət həmin müştərilərə ayrılır və beləliklə, onların digər şirkətlərə yönəlməyinin qarşısı alınır.

 

Bu qədər böyük həcmli məlumat həm də şirkət gəlirlərində özünü əks etdirir. Məlumatları təhlil etməklə rəqabətdə üstünlük yarada biləcək amillər aydınlaşdırılır və qərar qəbuletmə zamanı bu amillərə əsaslanılır. Bundan əlavə, müştərilərin istifadə məlumatları anonim şəkildə müəyyən agentliklərə, şirkətlərə və dövlətə satıla bilər və bundan gəlir əldə edilə bilər. Bu məlumatlar həm də xərcləri azaltmaqda istifadə olunur: marketinq fəaliyyəti müştərilərin müəyyən reklamlara necə cavab verdiyini müşahidə etməklə təhlil oluna və gələcəkdə bu kimi işlərdə nəzərə alına bilər.

Şəbəkə keyfiyyətini artırmaq üçün də məlumatlar istifadə olunur. Məsələn, servis keyfiyyətinə görə telefonla danışmaq və ya internetdən istifadə etmək çətin olan yerlərdə yeni infrastrukturlar quraşdırılır və xidmət keyfiyyəti təmin olunur. Təhlükəsizlik də telekommunikasiya şirkətlərinin üzləşdiyi çətinliklərdəndir. Təhlükəsizliyi təmin etmək üçün keçmiş məlumatlar təhlil olunur və şübhəli zənglər, mesajlar aydınlaşdırılır və uyğun tədbirlər həyata keçirilir.

Sonda bir daha qeyd etmək lazımdır ki, məlumatlar düzgün təhlil edildikdə müştəri xidməti keyfiyyəti və şirkət gəlirləri artır. Bu səbəbdən telekommunikasiya şirkətləri bu günlərdə məlumat təhlilinə xüsusi diqqət yetirir.

 

Referans:

https://medium.com/@exastax/how-big-data-and-analytics-can-drive-profitability-for-telecom-operators-b47827bfad7c?fbclid=IwAR3smBU5rlqm-Q1fm7oN9AvChOULAHUXVEGCJZqo3vAlXNl6hwB4NRLNrGo

  

Daha çox oxu:

Data analitikası və dünyadakı trendlər 

Netflix nəyə baxacağımızı bizdən əvvəl bilir

Daha böyük data, daha böyük marketinq

Kəmalə Əfəndiyeva

None