Təhlükəsizlikdə süni intellektin rolu
AI (süni intellekt) təhlükəsizlik əməliyyatları analitiklərinə kiber hücumların həcmi və mürəkkəbliyi böyüdükcə hücumlardan əvvəl təhlükəsizlik tədbirlərinin görülməsində kömək edir. Machine learning üsulları ilə AI kibertəhlükəsizlik hücumları və kiber riskləri "tapmaq" üçün bilikləri genişləndirir. AI məlumat toplayır və zərərli fayllar, şübhəli IP ünvanlar kimi mənbələr arasında əlaqələri müəyyənləşdirmək üçün ondan istifadə edir. Bu analizlə təhlükəsizlik analitiklərinin hücumlara reaksiya verməsi normaldan 60 dəfə daha sürətli - saniyə və ya dəqiqə çəkir. AI vaxt aparan tədqiqat vəzifələrini aradan qaldırır və təhlükəsizlik analitiklərinin əhəmiyyətli qərarlar qəbul etməsi üçün sərf etdiyi vaxtın qısaldılması ilə risklərin təhlilini təmin edir. Dərin təlim alqoritmlərindən istifadənin nəticələrinə baxmayaraq, hələ də həll edilməli olan problemlər vardır. Süni təhlükəsizlik kəşfiyyat vəzifələri müəyyən bir sinif məsələlərini həll etmək üçün əhəmiyyətli potensiala malikdir, lakin bu, bütün hallar üçün uyğun deyil, çünki onun həyata keçirilməsi çətin, bahalı və vaxt aparandır. Bununla belə, AI-dən təhlükəsizlik sektorunda istifadə etməyə çalışan ölkələrin sayı da az deyildir. Məsələn, ABŞ, Yaponiya, Rusiya və s. kimi inkişaf etmiş ölkələrdə indi Aİ təhlükəsizlik sektorunda istifadə olunur. Bu isə çox uzaq keçmişə söykənmir, tamamilə yeni nəsildir. Amerika kəşfiyyat mərkəzlərində tapılan bəzi təhlükəsizlik kodlarını çətin ki normal kompüterlər 20 il ərzində həll edilə bilsin, lakin süni intellekt sayəsində bu vaxt 30 saniyədən az müddətdə mümkündür.
AI insan zəkası ilə paralel işləyir. Vatson kimi yüksək səviyyəli AI çox sayda işlənməmiş trafik məlumatlarını izləyə və daha sonra insan analitiklərinə daha ətraflı araşdırma və qiymətləndirmə üçün köçürə biləcək nümunələri axtara bilər. Öz növbəsində, insan həmkarları ilə qarşılıqlı işləyən AI onların axtarış alqoritmlərinin yaxşılaşdırılmasına imkan verir. Təhlükəsizlik sahəsində süni intellektə dair digər yenilikçi yanaşmalar veb-forumlarda və əlaqəli qara bazar bloqlarında mesajların və digər şablonların axtarılmasını ehtiva edir. Şəbəkə trafikinin analizində olduğu kimi, qaranlıq şəbəkənin izlənilməsində də AI-nin rolu strukturlaşdırılmamış məlumatların çox böyük həcmlərini, Big dataları, daha sonra insan təcrübəsi ilə öyrənilə biləcək şablonları öyrənməkdir. Böyük məlumatların artma sürətini nəzərə alsaq, süni intellektdə təhlükələrin artması, şübhəsiz ki, buna olan tələbatın da artmasına səbəb olacaqdır.
K5 Kightscope təhlükəsizlik ayaqqabıları zorakılığın qarşısını almaq üçün insan təhlükəsizlik qüvvələrinə texniki dəstək göstərmək məqsədi daşıyır. Knightscope tərəfindən hazırlanmış K5 təhlükəsizlik ayaqqabıları avtomatik patrul, 360 dərəcə video, istilik və ikitərəfli Audio funksiyalarına malikdir. K1, K3, K7 kimi təhlükəsizlik robotları də mövcuddur.