BIG DATALARIN QARANLIQ TƏRƏFLƏRİ
Məlumat, şübhəsiz ki, biznes qərarları qəbul etmək üçün şirkətlərə böyük imkanlar yaradan təşkilati İnnovasiyalar üçün açar rolunu oynayır. Lakin, təşkilatlar onları qəbul edərkən, Big Dataların qaranlıq tərəflərini də nəzərə almalıdırlar.
Big datalar biznesin çevrilməsi və biznesin idarəedilməsi üçün böyük gücə malikdir. Bu gün təşkilatlar getdikcə artan rəqabətdə digər rəqiblərini “kölgədə qoymaq”-ın yollarını axtarırlar; böyük məlumatlar məqsədinə nail olmaq üçün onlara yol açır. Böyük məlumatlar düzgün şəkildə təhlil edildikdə müəssisələrin əməliyyat səmərəliliyinin artırılmasına kömək edən gizli nümunələri və informativ fikirləri ortaya qoyur. Mənbələrə əsaslansaq, Amerikada şirkətlərin 53% -i böyük dataların gücündən istifadə etmək üçün Big Data analitiklərini işə götürürlər. Bu statistika göstərir ki, böyük məlumatlar əsas istiqamətə çatır. Amerikada şirkətlərin əksəriyyəti böyük məlumatlardan istifadə etdiyini görsələr də, böyük məlumatların bizə zərər verə biləcəyini düşünmələri də vacibdir. Bəlkə də buna inanmaq çətindir, amma reallıq budur ki, böyük məlumatların qaranlıq tərəfi də var.
Böyük məlumatların qaranlıq tərəfinin öyrənilməsi
Böyük məlumatların davamlı tətbiqi, şirkətlərin aşağıda göstərilən üç əsas məlumat probleminin həllinə diqqət yetirməsinə gətirib çıxardı.
1. Məlumat təhlükəsizliyi
İnternet istifadəçiləri artan əhalidir. İnternetin üstünlüklərindən biri onun istifadəçiləri üçün rahatlığı təmin etməkdir. Biz internetdən onlayn ödənişlər etmək, sosial şəbəkələrə baxmaq və s. üçün istifadə edirik. Hər dəfə internetə çıxdığımızda iz buraxırıq. Bizim məxfi məlumatlar xəbərimiz belə olmadan rəqəmsal məkanda “tələyə düşür”. Bundan əlavə, bu rəqəmsal dünyanın bir küncündə şəxsi məlumatlarımızı oğurlamaq üçün səbirsizliklə gözləyən "fırıldaqçılar" vardır. Əlbəttə ki, biz detalları bölüşmək istəməzdik. İnternetdə nə qədər çox vaxt sərf ediriksə, məlumatlarımızı əldə etmək üçün bizi daha çox aldadırlar. Məsələn, "pulsuz kupon indi əlçatandır, zəng edin” seçimi ilə üzləşdiyinizdə saxta veb səhifəyə daxil ola və onun qurbanı olmaqla gizli məlumatlarınzı paylaşa bilərsiniz.
2. Məlumatların məxfiliyi
Müasir texnologiyaların gəlişi ilə, düşünürsünüzmü ki, sizin məxfiliyiniz sual altındadır? IoT-a qoşulmuş cihazlar bizim şəxsi məlumatlarımızın oğurlanması ilə bağlı əhəmiyyətli bir problemə çevrildi. Daşınabilən qurğular, implantasiya edilən qurğular, ağıllı evlər, ağıllı nəqliyyat vasitələri və İoT-a qoşulmuş bir çox digər cihazlar sensorlardan istifadə edərək real vaxt rejimində faydalı məlumatlar toplayır. Toplanan məlumatlar təşkilatlara davranış nümunələrimizi qiymətləndirməyə kömək edir, daha sonra bu, rəqabət dünyasında aktuallığı saxlamaq üçün xidmətlərini təkmilləşdirmək imkanı verir. Aydındır ki, müştərilərə əsaslanan təşkilatlar bizim məlumatlarımızdan xeyirxah şəkildə istifadə edirlər, bəs biz məxfi məlumatlarımızdan istifadə edilməsindən razıyıqmı?
3. Məlumatların keyfiyyəti
Şirkətlərin bizim haqqımızda məlumat toplamaları üçün bir çox big data mənbələri mövcuddur. Məsələn, sosial media platformaları, IoT məlumatları, internetdə gəzişərkən kliklərimiz və s. Şirkətlər yalnız əhəmiyyətli və yüksək keyfiyyətli məlumatların toplanmasına xüsusi diqqət yetirməlidirlər. Niyə? Təşkilatlar daha çox məlumatların miqdarına deyil, onların keyfiyyətinə diqqət yetirirlərsə, onlar məlumatların hərtərəfli təhlilini aparmalıdırlar. Daha çox miqdar, daha çox yararsız məzmun məlumatları ehtiva edir. Bundan əlavə, keyfiyyətsiz məlumatların toplanması da bizə zərər verə bilər. Məsələn, biz hamımız bilirik ki, AI alqoritmləri öz "qərəzsiz" nəticələri ilə tanınır. Lakin, bir təşkilat idraki , yaxud cinsi ayrıseçkiliyə aid olan məlumatları topladıqda nə etməlidir? Təbii ki, təminatçılar AI-nin "qərəzli" modelini inkişaf etdirərək, lazımsız məlumatlarla AI modelini hazırlayacaqlar. Buna görə də, təşkilatlar yalnız faydalı, aydın və yüksək keyfiyyətli məlumatlar toplamaq üçün bir yol tapmalıdırlar.