[email protected] +994997971227

Hər kəsin bilməsi lazım olan 3 böyük Big data problemi

Əsas səhifə >Data bloqu >Hər kəsin bilməsi lazım olan 3 böyük Big data problemi

Bugünlərdə Big Data səhiyyədən maliyyəyə bütün sektorlara tayı bərabəri olmayan üstünlüklər, ideyalar gətirib. Amma big data həmçinin bunlarla yanaşı cavab tələb edən bir neçə məsələni də qaldırmışdır. Texnologiyadakı və big datadakı amansız dəyişikliklər hər kəsi iynə üstündə tutur və həqiqətən də şirkətlər, dövlət qurumları, istehlakçı hüquqlarını qoruyan qruplar və istehlakçılar bununla ayaqlaşmaqda çətinlik çəkirlər. Bizə görə, Big datanın gecələr yuxunuzun ərşə çəkilməsinə səbəb olacaq 3 böyük təhlükəsi var: məlumat gizliliyi (Data Privacy), məlumatın təhlükəsizliyi (Data Security) və məlumat ayrıseçkiliyi (Data Discrimination).

Məlumat gizliliyi

Şübhəsiz ki, biz big datanın bizə yaratdığı şəraitdən yaxşı mənada bəhrələnirik, amma nəyin, hansı riskin və ya risklərin bahasına? Biz şəxsi məlumatlarımızın nə qədərindən istifadə olunmasına nəzarət edə bilirik? Biz hal-hazırda elə bir nöqtədəyik ki, bütün texnoloji əşyaları boykot etsək belə uzun müddət təhlükəsizliyimizi təmin edə bilməyəcəyik. Əlbəttə ki, siz gedəcəyiniz hər yerə ayaqla getməyi, hər gün yeni maska taxmağı (üz tanıma sistemlərini yanıltmaq üçün) və yalnız nəğd pul istifadə (maliyyə instansiyalarında depozit saxlaya bilməzsiniz) etməyi seçənədək bu belə davam edəcək. Müasir dünyada texnologiyasız hərəkət etmək biraz çətindir, həm də bu sizin 100%-lik gizliliyinizi təmin edə bilməz.

Bu informasiyaların sizə zərər gəlməyəcək şəkildə istifadə olunduğu doğrudur, amma bu sizə aid olan həssas məlumatların pis məqsədlərlə istifadə olunmayacağı zəmanətini vermir. Və dövlət hələ də internet gizlilik qanunlarının necə ən yaxşı şəkildə idarə olunacağını müəyyən etməyə çalışır.

Bu yaxınlarda Amerikan qanunvericiləri ilə Avropa birliyinin birgə səyləri bu baxımdan təhlükəsiz mühit yaratma işlərinə başlayıblar. 2018-ci ildə Avropa birliyinin ümumi data mühafizə qanunları (General Data Protection Regulation (GDPR)) insanların öz şəxsi məlumatları üzərində tam nəzarətini təmin etmək məqsədi ilə həyata keçirildi.  Bu qanunlar Avropa Birliyinin istənilən vətəndaşının məlumatlarını qoruyur. AB vətəndaşlarının məlumatları olan şirkətlər yerləşdiyi məkandan asılı olmayaraq (yəni Google və Facebook kimi böyük şirkətlər də daxil) adı çəkilən qanuna riayət etmə məsuliyyəti daşıyır. Əgər şirkətlər bu qanuna riayət etməsələr öz dövriyyələrinin 4% miqdarı qədər cərimələnəcəklər.

Biznes dünyasında şirkətlər baxımında etik davranmaq, qaydalar riayət etmək yalnız doğru olduğu üçün deyil, həm də müştərilərin etibarını qazanmaq üçün vacibdir. Onlar bacardıqları dərəcədə işlərini şəffaflaşdırmalı, müştərilərin onların məlumatları ilə nə edəcəklərini, hansı məqsədlə istifadə edəcəklərini anlamalarına yardımçı olmalıdırlar. Big data ekosistemi getdikcə böyüyür və mürəkkəbləşir. Buna görə də indi qurulan sağlam təməllər gələcək üçün həyati önəm daşıyır.

Məlumatın təhlükəsizliyi

Siz hər hansı bir proqram yükləyəndə sizin datalardan istifadə etməyə icazə sənədinin razılıq (agree) düyməsini klikləyirsiniz. Bu zaman siz məlumatlarınızın gizliliyi və təhlükəsizliyinin dəyərinin (itirilməsi qorxusu) məhsulun verdiyi xeyirdən çox olduğunu düşündüyünüz üçün müəyyən dərəcədə məyus olursunuz. Siz nə dərəcədə əmin ola bilərsiniz ki, şirkət sizin məlumatlarınızı təhlükəsiz, güvənli (safe) saxlayacaq? Sualı cavablamaq hər keçən gün çətinləşir.

Big data böyüdükcə və internet bağlantılı cihazların big datanı dünyaya “püskürdükcə” bizim məlumatlarımızın təhlükədə olma potensialı artır. Çox şirkət Big datadan əvvəl də məlumat təhlükəsizliyi ilə mübarizə aparırdı, big data da əlavə olunandan sonra bu şirkətlərdən bir çoxu mübarizənin təzyiqinə tab gətirməkdə çətinlik çəkir.

Şirkətlər, birinci növbədə, hələ də peşəkar Big data mütəxəssislərini tapmaqda çətinlik çəkirlər. Çünki, bazarda müştərilərin datalarının təhlükəsizliyini təmin edəcək mütəxəssis qıtlığı var.

Ən yaxşı təhlükəsizliyin həll yolu hələ də Big data analitiklərində yatır. Təhdidlər analitiklər tərəfindən təsbit edilə və hətta qarşısı alına bilər!

Məlumat ayrıseçkiliyi

İnsanların həyatına dair məlumatlara əsaslanaraq insanlara qarşı ayrı-seçkilik etmək məqbul haldır? Biz artıq insanların keçmişdə kredit ödəmə tarixçəsinə əsaslanaraq kimə borc vermək olar kimə olmaz seçimini edirik ki, bunun özü bankda olan databazaya əsaslanır. Big data biznesləri daha yaxşı bazar üzvü və ya daha yaxşı xidmət təminatçısı etdiyi kimi, onlara məlumatlara əsasən ayrıseçkilik etməyə də icazə verir.

Hal-hazırda analiz olunmaları və qiymətləndirilmələri istehlakçılar, müştərilər tərəfindən böyük çoxluqla qəbul olunan bir şeydir. Amma əgər əksinə olsa idi, insanlar buna icazə verməsələr bəs necə olacaqdı? Federal Ticarət Komissiyasının (Federal Trade Commission) hesabatında da elə məhz bu sual soruşulmuşdu: “Big Data: İç-içə işləmək üçün vasitə yoxsa təcrid olunmaq üçün vasitə?” (“Big Data: A Tool for Inclusion or Exclusion?”)

Fair Credit Reporting Act və Federal Trade Commission Act kimi müştəri qoruma qanunları vardır ki, big data analitikləri tərəfindən qəbul olunan sənədlər siyahısına daxildirlər. Şirkətlər qanuna riayət etmək istiyirlərsə, bu aktları da nəzərdə saxlamalıdırlar.

Əlavə olaraq, şirkətlər öz datalarını bunlardan əmin olmaq üçün yoxlamalıdırlar:

  • Bu istehlakçıların təmsili bir nümunəsidir
  • Alqoritmlər ədalətlilik prinsipi əsasında işləyir
  • Datadakı qeyri-obyektivlikdən (ayrıseçkilik və ya önyarqıdan) xəbərdardırlar
  • Onlar öz big datalarının nəticələrini ənənəvi statistik praktikalara nisbətdə yoxlayırlar

Big data təkamülü davam etdiyi bir zamanda, bu üç böyük Big data məsələsi – Məlumat gizliliyi, məlumatın təhlükəsizliyi və məlumat ayrıseçkiliyi – federal və dövlət qanunlarına uyğun hərəkət etmək üçün prioritetə çevrilib.

Bu məsələlərinin heç birinin asan həll yolu yoxdur. Toplanan böyük informasiya axını və texnologiyanın belə tez dəyişməsi bu problemlərin həll olunmasını daha da çətinləşdirir. Çox güman ki, bu məsələlər hələ uzun müddət problem olaraq qalacaqdır.

Əli Kazımov

None