[email protected] +994997971227

Google indi avtomatik olaraq sizin məkan datalarınızı silə bilər

Əsas səhifə >Data bloqu >Google indi avtomatik olaraq sizin məkan datalarınızı silə bilər

Google istifadəçilərin fəaliyyət və məkan tarixçəsinin avtomatik silinməsini asanlaşdıracaq yeni xüsusiyyətini rəsmi olaraq paylaşdı.

“Google bizim məkan məlumatlarımızı necə istifadə edir” təlaşından sonra ilk dəfə may ayının əvvəlləri bu xüsusiyyət ortaya çıxdı. Amma indi Google-un həm iOS, həm də Android tətbiqlərində biz bu yenilikdən istifadə edə bilərik. Şirkət aprelin sonlarında Associated Press-in hesabatından sonra “datanın izlənilməsi təcrübələri” məsələsinə görə məhkəməyə verilmişdi. Bu hesabatda qeyd olunmuşdu ki, Google xidmətləri həm iOS, həm də Android istifadəçilərinin məkan datalarını (hətta onlar bu datanın gizli etmə opsiyasını seçsələr belə) belə ehtiyat olaraq saxlayır.

Lakin artıq Google istifadəçiləri 3 və ya 18 aydan bir bu dataları avtomatik olaraq və ya özləri (manual olaraq) silə bilərlər.

Sizə maraqlıdır bu data necə avtomatik olaraq silinir?

iOS istifadəçiləri üçün:

  1. Google tətbiqini aç
  2. Ekranın sol tərəfindəki dişli çarx işarəsinə basın
  3. Google hesabı idarə et-i ("Manage your Google account”) seçin
  4. Şəxsi məlumat və fəaliyyət-ə ("Personal info & activity") daxil olun
  5. Fəaliyyətə nəzarət-ə ("Activity controls") toxunun
  6. Fəaliyyəti idarə et-i ("Manage activity") veb və ya tətbiq fəaliyyəti ("Web & App Activity") və yaxud məkan tarixçəsi ("Location History") üzrə dəyişdirin.

Android istifadəçilər üçün:

  1. Tətbiqdən "Settings" bölməsini seçin
  2. Aşağı düşün və Google yazısını tapın
  3. Öz hesabınızın Google account settings-inə daxil olun
  4. Data and personalization-ı seçin
  5. "Web & App Activity" və ya "Location History"-a daxil olun və onları dəyişdirin.

Əli Kazımov

None