2019-cu ildə məzun olacaq tələbələr üçün ən yüksək ödənişli işlər
Texnologiya və İnnovasiya sahələrindəki günü-gündən olan dəyişikliklərin təsirlərini əmək bazarında da görə bilərik.
Dünyada ən böyük rekruitinq və iş şirkətlərindən biri olan Glassdoor-un apardığı tətqiqatlara əsasən, Data Scientist keçən il ən yüksək ödənişli giriş səviyyəli(entry level) iş idi. Amerika Birləşmiş Ştatlarında 25 yaş civarında olan şəxslər haqqında aparılmış araşdırmaya əsasən, ötən il bu sahədə işləməyə başlayan gənclər illik orta hesabla 95,000 ABŞ dolları dəyərində əmək haqqı qazanmışlar. Bu, Wall Street də gənc investisiya bankı analitiklərinin əmək haqqından daha yüksəkdir. Bütün bu statistikalara əsasən, Data Scientist bu il məzun olacaq tələbələr üçün ən yüksək ödənişli iş olduğu göstərilir.
Ən yüksək ödənişli işlər siyahısı
Aşağıdakı siyahıya nəzər salaq:
Giriş səviyyəsində iş ( entry level job) |
Əsas əmək haqqı ( ABŞ dolları) |
Data Scientist |
95,000 |
Software Engineer |
90,000 |
Product Manager |
89,000 |
Investment Banking Analyst |
85,000 |
Product Designer |
85,000 |
UX Designer |
73,000 |
Implementation Consultant |
72,000 |
Java Developer |
72,000 |
Systems Engineer |
70,000 |
Software Developer |
68,000 |
Mənbə: Glassdoor
Glassdoor - da böyük araşdırma analisti (Senior Research Analyst) Amanda Stansell bu nəticələrə əsasən, data-science bacarıqları olan insanlar üçün sənayelər arasında belə bir yüksək tələbat olduğunu qeyd edir.
Həmçinin Stansell əlavə olaraq, daha çox şirkətlərin data toplanması və bununla nə edə biləcəyini müəyyənləşdirməsi məqsədilə bu iş üçün işə alımları davam etdirəcəyini qeyd edir.
Belə ki, Glassdoor-un ən yüksək ödənişli 25 giriş səviyyəli işlər siyahısında texnoloji işlərə üstünlük verildi. Bu siyahıya əsasən Proqram mühəndisi orta hesabla 90.000 dollarlıq orta əmək haqqı ilə ikinci yeri tutur. Siyahıda yalnız qeyri-texniki və qeyri-biznes peşəsi 64.000 ABŞ dollardan az orta əmək haqqı olan fiziki terapevtdir.
S & P 500 LinkUp Jobs indeksinə əsasən, informasiya texnologiyaları sektoru üçün iş yerləri keçən il 4% -dən çox artmışdır . Eyni dövrdə, maliyyə sənayesi üçün bu göstərici 10% azalıb.
Daha çox oxu:
Data analitikası və onun sahələri