Dünyada Süni İntellekt və Machine Learning sahəsində öz sözünü demiş 6 mütəxəssis
Andrew Ng
Ng Çinin onlayn nəhəngi sayılan “Baidu” şirkətində data üzrə baş mütəxəssis vəzifəsindən çalışırdı və öz işindən təzəlikcə istefa etdi. Data mütəxəssisi olmaqla yanaşı o həmçinin onlayn təhsil platformu olan “Coursera”nın qurucusudur və Stanford Universitetinin Komputer Elmləri departamentinin professorudur.
“Baidu”ya qoşulmazdan əvvəl isə o, Google-un Brain Aİ araşdırma bölümünü qurmuş və deep learning üzrə araşdırmalara başlamışdı. Stanford Universitetində isə Stanford Süni İntellekt Robotunun (STAİR) ərsəyə gətirilməsi ilə yanaşı o, həmçinin 2D foto şəkillərdən 3D rəqəmsal modellərin yaradılmasında istifadə olunan alqoritmlər üzərində də çalışırdı.
Yoshua Bengio
Monreal Universitetinin Komputer Elmləri departamentində professor olan Bengio süni neyron şəbəkələr və deep learning-lə bağlı etdiyi araşdırmalarla diqqət çəkmişdir. AI və ML-nin digər prinsipləri arasında, nəşr olunan işlərin əksəriyyəti strukturlaşdırılmamış məlumatları kodlaşdırmaq və ya formatlaşdırmaq üçün istifadə olunan avtomatik kodlayıcılara aiddir.
Yann LeCunn
2013-cü ildən bəri Facebook-da Aİ araşdırma direktoru olaraq çalışan LeCunn “Computer Vision” sahəsindəki qabaqcıl işlərinə görə (maşınların insanlar kimi obyektləri tanıması və onları sinifləndirməsi) tanınır. O, həmçinin kommutativ neyron şəbəkə modelinin (bioloji orqanizm olan göz və ya beyin kimi informasiyanı dərk edən və anlayan alqoritmlər yaradılması) qurucularından biri hesab olunur. Hal-hazırda Data Science üzrə Nyu-York mərkəzinin qurucu direktorudur.
Demis Hassabis
Hassabis “Deep Mind”ın (2014-cü ildə Google tərəfindən təsis edilən İngilis Aİ staratup-ı) qurucusudur. Araşdırmaları əsasən süni neyron şəbəkələr sahəsində Machine Learning-in Neuroscience ilə birləşdirilməsi yönündədir. Deep Mind-ın indiyə qədər ən çox gözə çarpan nailiyyəti isə keçən il hazırlanan AlphaGo adlı süni intellektin professional Go oyunçusuna qalib gələn ilk süni intellekt olmasıdır. Bu girişimdən əvvəl ən yaxşı Aİ-lar yalnızca həvəskar oyunçu səviyyəsində oynaya bilirdilər və bir çox praktikalı oyunçuya məğlub olurdular.
Geoffrey Hinton
Hinton həm Google-da mühəndis kimi, həm də Toronto Universitetinin Komputer Elmləri departamentində professor olaraq çalışır. 1992-ci ilədək o, maşınlarda insan əməyinin simulyasiya etmək üçün süni sinir şəbəkələrinin istifadəsinə dair məqalələri dərc etdirmişdir. Hinton Aİ üzrə doktorluq dərəcəsi almamışdan və insanın idrak proseslərinin komputerlərə tətbiq etmədən öncə psixologiya sahəsində təlim keçmişdir.
Fei-Fei Li
Hal-hazırda Google Cloud-da AI və ML-in rəhbəri kimi işləməsinə baxmayaraq Li həmçinin Stanford Süni İntellekt Laboratoriyasının və Stanford Vision Laboratoriyasının direktoru vəzifəsini icra edir.
Hesablama nevrologiyasından vizual tanınma, Big Data və onun ImageNet layihəsi üzərində dərin öyrənmə təsvirini tanıma alqoritmlərini hazırlamaq üçün hazırlanmış şəkillərin bazası kimi mövzularda 100-dən çox elmi məqalənin müəllifidir.