Datanın Vizuallaşdırılması (Data Visualization) nədir?
Bugünki mədəniyyət incəsənətdən, televiziyadakı reklamlara və filmlərədək vizual mədəniyyət sayılır.Datanın vizuallaşdırılması informasiya və datanın qrafiki vasitələrlə təsviridir. Data vizualizasiya əməliyyatları qrafiklər, diaqramlar, xəritələr kimi vizual elementlərdən istifadə edərək datadakı trendləri, kənar komponentləri (outliers) görməyə və anlamağa yardım edir. Big Data dünyasında data vizualizasiya əməliyyatları və texnologiyaları böyük miqdarda olan informasiyanı analiz etməkdə və bu analizə əsasən qərar verməkdə əvəzolunmazdır.
Data Vizuallaşdırmanın üstünlükləri
Bizim gözlərimiz rəngləri ayırd etmədə və ümumi tendensiyanı yəni qrafiklərdəki əsas cərəyan oxunu müəyyən etmədə inanılmazdır. Misal üçün, biz qırmızını göydən, kvadratı dairədən rahatlıqla ayıra bilirik. Data vizuallaşdırma vizual incəsənətin bir növüdür ki, bizim marağımızı cəlb eliyir və bütün diqqətimizi informasiya üzərinə topluyur. Biz bir qrafik görən kimi tez o saat qrafikdəki oxun cərəyan etdiyi istiqaməti, yəni- trendi və bu trenddən kənar qalan nöqtələri yenə -outlayrləri (outliers) axtarıb tapırıq. Big datanın son sürət inkişaf elədiyi bir vaxtda vizuallaşdırma trilyonlarla datanı daha rahat analiz etməyimiz üçün çox əlverişli bir sahədir. Data vizuallaşdırma datanı daha anlaşıqlı hala salır, trendləri və outlayerləri gözəçarpan edir. Yaxşı bir vizuallaşdırma lazımsız elementləri datadan xaric edir və lazımi olanları isə ön plana çəkir. Datanın yazıldığı cədvələ baxıb trendi və digər lazımi elementləri seçə bilməyəndə effektiv vizualizasiyanın nə qədər önəmli olduğunu anlayırsan.
Amma bu qrafiki bəzəyib, onu qəşəng görünməsinə çalışmaqla bitəcək qədər asan bir proses deyildir. Effektiv data vizuallaşdırması həm qrafikin formasını, həm də onun oxucuya çatdıracağı məlumatı balanslaşdırır. Yəni çox bəzənmiş qrafik insanın gözünü yorar, az effektlər olan isə insana darıxdırıcı gələr. Data və vizual effektlər gərək bir yerdə işləsinlər. Bunları birləşdirmək, analiz etmək özü bir incəsənətdi və bacarıq tələb edir.
Nə üçün Data Vizuallaşdırma istənilən karyerada arzuolunandır?
Data vizuallaşdırmasından istifadə etməyən peşəkar sahə düşünmək çətindir. Riyaziyyatın, texnologiyanın, mühəndisliyin, elmin olduğu hər bir sahədə vizuallaşdırmadan hökmən istifadə olacaqdır. Buna dövlət işləri, maliyyə, tarix, xidmət sahəsi, təhsil, idman və s. daxildir.
“Citizen data scientist” konsepti getdikcə böyüyən bir mövzudur. Tələb olunan bacarıqlar yeni nəsil işlər üçün durmadan yenilənir və dəyişir. Artıq bir peşəkar üçün datadan istifadə edərək qərar vermək, vizuallardan istifadə edərək bu data haqqında müəyyən informasiya verə bilmək bugünki bazarda çox dəyərli sayılır.
Vizuallaşdırmanın müxtəlif tipləri
Biz data vizuallaşdırma haqqında düşünəndə, ilk olaraq ağlımıza dərhal sadə bar qrafiklər (bar graphics) və ya pie qrafikləri (pie charts) gəlir. Sadə qrafiklər aysberqin görünən tərəfidir. Burada datanı effektiv və maraqlı yolla təqdim etmək üçün bir çox vizualizasiya forması göstərilmişdir:
Daha ümumi data vizuallaşdırma tipləri:
1) Charts (qrafik)
2)Tables (cədvəl)
3)Graphs (qrafik)
4)Maps (xəritə)
5)Infographics (infoqrafiklər)
6)Dashboards (panel)
Daha xüsusi data vizualizasiya metodları:
1)Area Chart 2)Bar Chart 3)Box-and-whisker Plots 4)Bubble Cloud 5)Bullet Graph
6)Cartogram 7)Circle View 8)Dot Distribution Map 9)Gantt Chart 10)Heat Map
11)Highlight Table 12)Histogram 13)Matrix 14)Network 15)Polar Area 16)Radial Tree
17)Scatter Plot (2D or 3D) 18)Streamgraph 19)Text Tables 20)Timeline 21)Treemap
22)Wedge Stack Graph 23)Word Cloud 24)And any mix-and-match combination in a dashboard
Halhazırda olan 6 ən yaxşı data vizuallaşdırma proqramı (softwares):
1)Sisense – Bu proqramı yükləmək, qurmaq və istifadə etmək çox rahatdır. Belə ki, siz onu bir gün ərzində yükləyə və rahatlıqla öyrənib istifadə edə bilərsiniz. Əlinizdə olan datanı bir digərinə çox rahatlıqla istənilən formatda (pdf-dən excel-ə kimi) göndərə bilərsiniz. İnteraktiv panelə sahib bir proqramdır ki, siz bir neçə iş yoldaşınızla bir data üzərində birlikdə rahatlıqla işləyə bilərsiniz.
2)Looker – İstifadəsi çox rahatdır. Belə ki, artıq burda sizə üst səviyyə kodlaşdırma, datanın üstündə oynamaq lazım deyil. Proqram bunu sizin yernizə edir. İstifadəçilər istər qrup olaraq, istərsə də fərdi data üzərndə istənilən vaxt, istənilən yerdə işləyə bilərlər. Əldə olunan nəticəni və ya datanı email vasitəsilə excel və ya Google Docs kimi məşhur formatlarda paylaşa bilərsiz. Üstündə işlədiyiniz fayllar hamısı bir paneldə cəmlənir ki, bu da istər peşəkar üçün olsun, istər də təzə başlayan üçün rahatlıq təmin edir.
3)Zoho analytics – Datadan report hazırlamaq üçün çoxlu müxtəlif komponentlərdən istifadə mümkündür. Yüksək təhlükəsizlik sistemi vardır.
4)Tableau – Data analiz metodları sizdən asılıdır, özünüz şirkətiniz üçün xüsusi analiz sistemi yarada bilərsiniz. Tətbiq mobil telefon da daxil olmaqla istənilən cihaza data göndərilməsini təmin edir. Siz burada bəzi istifadəçilərə və ya əməkdaşlarınıza məhdudiyyət qoya bilərsiniz. Beləliklə onlar yalnız onlara icazə verilən yerlərə baxa bilər, bütün diqqətlərini həmin yerə yönəldə bilərlər.
5)Domo – Proqramı pulsuz yoxlama imkanınız var. Bu proqram istənilən yeniliklə bağlı sizə davamlı olaraq bildirim, mesaj göndərir ki, bu da sizi işinizlə bağlı bilgili edir. Özünüzə uyğun panel yarada bilərsiniz.
6)Microsoft Power BI – Bir çox digər proqramlarla əlaqəyə keçə bilir ki, bu zaman siz daha böyük işlər görə bilirsiniz. 2 növü vardır: Pulsuz və Pro. Pro-nun qiyməti $9.99. Bu proqramdakı platforma sayəsində məlumatı ötürə və ya nəşr etdirə bilərsiniz.