Data Science haqda sorğu
2017-ci ildə 2233 nəfər tələbə arasında Data Science da istifadə olunan əsas alətlər, proqramlaşdırma dilləri və digər mövzuları ahəti edən sorğunu sizə tədim edirik.
Data Science Sorğu- Sual1: Aşağıdakı texnologiyalara maraq səviyyəniz necədir?
Respondentlərə səkkiz məlumat texnologiyası təqdim edildi və onlardan hər birinə maraq səviyyəsini ifadə etmələri xahiş olundu. Aşağıdakı diaqram nəticələri göstərir.
Gözlənildiyi kimi, yüksək faiz dərəcəsini (yaşıl zolaqlar) “Data Science”, “Big Data” və “AI” göstərdi. Praktiki olaraq, hər kəs bu üç kateqoriyaya müəyyən maraq göstərdi. İştirakçılar Blockchain, Virtual Reallıq (Virtual Reality)və Söhbət Botları (Chatbots) kimi isti texnologiyalara nisbətən aşağı maraq göstərdilər.
Data Science Sorğu- Sual2: Aşağıdakı Data Science sahələrinə maraq səviyyəniz necədir?
Diaqramdan da göründüyü kimi, Data Jurnalistika (Data Journalism)-istisna olmaqla Data Science-in bütün sahələrinə olan maraq səviyyəsi yüksəkdir.
Data Science Sorğu- Sual3: Data Science üçün hansı proqramlaşdırma dili sizi ən çox maraqlandırır?
Respondentlərin təxminən yarısı Data Science üçün Python-dan istifadə edir və ya maraq göstərir. R və SQL müvafiq olaraq 20,96% və 12,4% ilə 2-ci və 3-cü yerdə qərarlaşıb. Bu sorğuda maraqlı olan odur ki, açıq variant seçimində variant olaraq insanlar Data Science üçün həmçinin C#, Clojure, Perl, C və bir neçə digər proqramlaşdırma dillərini qeyd etdilər.
Data Science Sorğu- Sual4: Hansı Data Science vasitəsi sizi ən çox maraqlandırır?
Respondentlər yalnız ən çox istifadə etdikləri vasitəni seçə bilərdilər. Buna görə Hadoop və Spark-ı ilk sıralarda görmək çox da təəccüblü deyil. İlkin(Primary) R aləti respondentlər arasında hər hansı digər Python alətindən daha məşhurdur.
Mənbə: https://cognitiveclass.ai/blog/data-science-survey-results/