Karyeralarına uğurlu başlanğıcla başlamaq istəyən şəxslər çox vaxt sahəsinə uyğun sertifikatlar qazanmağa çalışır ki, rəqabətdə digərlərindən üstün olsunlar. Sertifikatlar həqiqətən də sizin biliklərinizi və bacarıqlarınızı sübut emək üçün ən effektiv yollardan biridir. Bu Data Science, Data Analitikası sahələrində də keçərlidir. Data sahələri tətbiqi sahələr olsalar da, bəzən sertifikatlara sahib olmaq yerli və xüsusilə beynəlxalq iş mühitində sizə müxtəlif üstünlüklər qatacaq. Google, Microsoft, IBM, Oracle kimi ən məşhur şirkətlər tərəfindən tərtib olunan bir sıra beynəlxalq sertifikasiyaları sizinlə bölüşürük :
1. Certified Analytics Professional - Mürəkkəb datadan yararlı məlumatların çıxarıla bilməsi bacarıqlarınızı ölçən bu sertifikasiya dünyada analitika üzrə ən mötəbər sertifikat sayılır. Ümumiyyətlə bu bacarıq şirkətlərin bir data scientist-də axtardıqları ən önəmli özəlliklərdən biridir. Ona görə bu sertifikata sahib olmaq sizə kariyeranızda yüksəliş etməyinizə imkan yaradacağına əmin ola bilərsiniz. Sertifikata müraciət etmək üçün ən azından bakalavr və ya magistr dərəcəniz olmalıdır. İmtahan 100 qapalı və açıq suallardan ibarət olur. İmtahanda uğurlu nəticə göstərmək üçün sualların 70 faizini cavablamaq tələb olunur. Bunu da qeyd edək ki, imtahan qiyməti 695 $ təşkil edir və sertifikatın etibarlılıq müddəti 3 ildir.
2. Databaza istiqamətində isə Oracle üzrə 1Z0-071 və 1Z0-052 və Microsoft Server SQL üzrə 70-765 və 70-764 sertifikatları mövcuddur.
Bu sertifikatlardan hər hansı birini əldə etmək sizin səlis və təkmil şəkildə SQL dilini istifadə edərək dataları daxil etmək, yeniləmək, data modeling, databaza idarə edilməsi bacarıqlarınızı nümayiş etdirəcək. MS SQL 70-765 imtahanında sizə 120 dəqiqə vaxt verilir və imtahan 40-60 sualdan ibarət olur. İmtahanın qiyməti 165$ təşkil edir. Bu sertifikat həmçinin SQL bacarıqlarınızı Azure-da tətbiq edə bilmə qabiliyyətinizi də ölçəcək. Dünyada və ölkəmizdə ən çox istifadə olunan databazalardan biri olan Oracle SQL üçün Oracle tərəfindən təqdim olunan 1Z0-071 sertifikatı da öz rəğbətliliyi ilə seçilir. MS SQL-də də olduğu kimi bu imtahanda da sizə 120 dəqiqə vaxt verilir. Lakin bu imtahanın qiyməti 245$ təşkil edir və imtahanda uğurlu olmaq üçün 63 faizin üzərində nəticə göstərmək gərəkdir. Bütün bu proseslər onlayn qaydada həyata keçirilir. Qeyd edək ki, Data SoCool-da Oracle Database SQL dərslərində bu sertifikasiyaya da hazırlaşdırılır.
3. Statistika/Python və R - təəssüf ki, bu sahələrdə vendorlar tərəfindən verilən sertifikasiyalar yoxdur. Microsoft Professional Program in Data Science və IBM Data Science Professional Certificate bu sahə üçün ən yaxşılardan hesab olunurlar. Çünki bu sertifikatlara sahib olmaq sizin ümumi olaraq SQL, Python ilə yaxşı səviyyədə işləmək və Machine Learning modelləri qurmaq bacarıqlarınızın göstəricisidir. Microsoft-un tərtib etdiyi Professional Program in Data Science ümumilikdə hər biri 8-12 saatlıq olan 10 kursdan ibarət bir proqramdır. Proqram boyunca tələbələr ilk olaraq T-SQL, Excel, Power BI üzrə, ardınca isə R və Python dilləri, Azure Machine Learning, Spark üzrə bacarıqlara yiyələnirlər. Dərslər edX platforması üzərindən əlçatandır. IBM-in tərtib etdiyi Data Science Professional Certificate isə ilk olaraq Data Science-ın nə olduğu, hansı alətlərdən istifadə olunduğu haqqında giriş məlumatları verir. Daha sonra isə Pyhton üzərindən analitika, vizuallaşdırılma və machine learning bacarıqları öyrədilir. Dərsləri həm Coursera, həm edX platforması üzərindən əldə etmək olar. Bu sertifikatlardan hər hansısa birini əldə edərək real keyzləri həll etmə bacarığına sahib olduğunuzu sübut etmiş olacaqsınız.
4. Data Vizuallaşdırması və Reportinq - Var olan datanı daha dəyərli hala çevirmək üçün istifadə olunan proqramlar olan Tableau və Microsoft Power BI tərəfindən təqdim olunan sertifikasiyalar bu istiqamətdə ən yaxşılardır. Xüsusən, ölkəmizdə ən çox istifadə olunan Power BI üçün Microsoft DA-100 və 70-778 sertifikatları sizi ölkədə xüsusi kadrlardan birinə çevirəcək. Bu sertifikatı əldə edərək siz data modellər qurmaq, dizayn etmək, datanı təmizləməyərək daha dolğun hala salmaq və qabaqcıl vizuallaşdırılma alətlərindən istifadə etmək bacarıqlarınızı sübut edə biləcəksiniz. Ona görə bu sertifikat Data Analitiklərin bu yöndən olan bacarıqlarını təsdiqlətdirməsi üçün mühim önəm daşıyır. İmtahan onlayn olaraq keçirilir və sizə 40-60 sual üzrə 120 dəqiqə vaxt verilir. İmtahana qeydiyyat ölkəmizin vətəndaşları üçün 80$ təşkil edir. Maksimum balı 1000 olan imtahandan 700-ü keçən tələbələr sertifikatı əldə etmiş olur. Data SoCool-da tədris olunan Professional Reporting with Power BI dərslərinə qoşularaq Microsoft DA-100 sertifikasiyasına hazırlaşa bilərsiniz.
5. Microsoft Office Specialist: Excel Associate sertifikatı isə sizin Excel üzrə fundamental biliklərə malik olduğunuzu nümayiş etdirir. Bura worksheet'lər yaratmaq və idarəetmək, cədvəllər qurmaq, üzərində işləmək və analizlər aparmaq qabiliyyəti aiddir. İmtahan 50 dəqiqə təşkil edir və 25 qapalı sualdan ibarət olur. Suallardan 19-unu doğru cavablamış şəxslər imtahanı uğurla başa vurmuş sayılır və sertifikatı qazanıt. Sertifikasiya imtahanının qiyməti 100 $ təşkil edir.
6. Google Data Analytics Professional Certificate - data analitiklər üçün gərəkli olan ən yeni beynəlxalq sertifikatlardan biridir. 180 saatlıq ümumi bir proqram müddətində siz Google əməkdaşlarından dərslər alaraq ilk olaraq real keyzlər üzərindən datanın nə olduğu, niyə dövlətlər və qurumlar üçün bu qədər gərəkli olduğu haqqında giriş əldə edəcəksiniz. Daha sonra isə data ilə işləməyi, qərar vermə prosesini, R dilini, Tableu ilə vizuallaşdırılmanı, SQL ilə databazasının idarəediliməsini, dataların təmizlənilməsini və spreadsheetlər üzərində işləməyi öyrənəcəksiniz. Dərslər Coursera platforması üzərindən əlçatandır və aylıq qiyməti 39 $ təşkil edir. Proqramı həftəlik 10 saat ayıraraq 6 aydan az bir müddətdə tamamlaya bilərsiniz. Proqramı bitirdikdən sonra imtahan üçün qeydiyyat qiyməti 149 dollardır.
Yuxarıda sadaladığımız sertifikatların ən az birinə sahib olmaq belə karyeranızda çox şeyi dəyişəcək. Çünki hər biri beynəxalq dərəcədə tanınan bu sertifikatlar nəinki ölkəmizdə, ölkə sərhədləri xaricində belə keçərli olub sizə böyük üstünlük təqdim edəcək. Xaricdə data sahələrində təhsil almaq və ya karyeranızı davam etdirmək istəyirsinizsə, beynəlxalq sertifikatlar əldə etmək etməli olduğunuz ən vacib addımlardandır. Həmçinin müəyyən standarta çatdığınızı göstərən sübuta sahib olmaq bunu özünüzün söyləməyindən daha yaxşıdır, hətta sizin bacarıqlarınız həmin sertifikatın əhatə etdiyi mövzulardan daha artıq olsa belə.