[email protected] +994997971227

Data analitikasının risk menecmentini yenidən formalaşdırması

Əsas səhifə >Data bloqu >Data analitikasının risk menecmentini yenidən formalaşdırması

Data analitikasının risk menecmentini yenidən formalaşdırması

Data analizin risk və sığorta proseslərini yaxşılaşdırmağa kömək etməsi üçün şirkətlərə aydın şəkildə müəyyən edilmiş məqsədlər lazımdır.- Van Ameyde.

Data hər yerdədir - dünyanın dörd bir yanındakı şirkətlər məlumat içində üzür. Risklərin idarə edilməsi və sığorta sənayesi də fərqli deyil. Bir çoxumuz bilirik ki, datannın şirkətə yararlı olması üçün datanı yaxşı emal və analiz etmək lazımdır, amma korporasiyalar və sığortaçıların əksəriyyəti üçün ən böyük sual "Bu necə edək?" sualıdır.

Müştəri xidmətləri sahəsi, istehlak məlumatlarının təcrübə, marka və məhsul təkliflərini fərdiləşdirmək üçün necə effektiv istifadə edildiyinə dair nümunələrlə doludur. Lakin, risklərin idarə edilməsi və sığorta sənayesi üçün praktiki nümunələr tapmaq çətindir.

Bunu Avropada fəaliyyət göstərən, 1945-ci ildən etibarən menecment həlləri üzrə məsləhətlər verən şirkət- Van Ameydenin biznes inkişaf direktoru Willem van der Hooft bir cümlə ilə əla ifadə edir: "Böyük data sənaye üçün əsas alət olmalıdır, amma bu, bir kabusa çevrilib".

“Bacardığınız qədər çox məlumat toplamaq və dəyərləndirmək vacibdir, amma əsl çətinlik bunu sizin biznesinizə təsir edəcək şəkildə etməkdir. Bu mövzuda əvvəldən sona qədər rəqəmsallaşdırma yararlı ola bilər. Daha çox tələbat rəqəmsallaşdırıldıqca, daha çox dataya sahib olduqca, risklərin idarə olunması və bazar seqmentinə dair daha çox məlumatlı olacaqsınız.”

Van Ameyde şirkəti İT sahəsindəki tələb və risklərlə bağlı xidmətlər inqilabında ön cəbhədədir, şirkət risk menecerləri və sığorta təminatçıları üçün analitik proqramların modelləşdirilməsinə müvəffəq olmuşdur. Şirkət data analizinin tələblərə görə bir çox məqsədlərə xidmət edilə biləcəyini qənaətinə varmışdır. Məsələn, zərər məlumatları şirkətlərə prosseslərdə təkrarlanan səbəbləri müəyyən etməyə imkan verir. Şirkət bunu tətbiq edərsə, zərərli ola biləcək qərarları öncədən bilə və xərcləri azalda bilər.

Şirkətinin 28 ölkədə 46 şöbəsi olan van der Hooft deyir ki, "Data anlizinin tətbiqi hansı prosseslərdə baş verməsindən asılı olmayaraq bütün itkilərin tam şəkildə başa düşülməsini tələb edir. Eynilə bu daha mürəkkəb risk proqnozlaşdırıcı modellərə də aiddir. Məlumatlar üzərində işləyə bilməyiniz üçün tam və konsolidasiya edilmiş məlumatlara ehtiyacınız var."

Buna görə Van Ameyde Pan-Avropalı İnsident İdarəetmə Sistemi (IMS) qurdu. Bu, bütün Van Ameyde müştərilərinin və təchizatçılarının bağlı olduğu bir platformadır. Məqsəd Avropanın hər tərəfindən olan insidentlər barədə məlumatların vahid bir şəkildə işlənməsidir. Platformada itkilərdən tutmuş yeni qanunvericiliyə qədər hər şey və müştərilərin şəxsi məlumatları vardır.

"İMS sənayeçilərin məlumatlı qərarlar qəbul etmək üçün fikirlərini gücləndirir. Bu sistem həm də bizim analitik imkanlarımız üçün təməldir", Van Ameyde də data analitiki Ruben Snepvangers deyir.

Van Ameyde çoxmillətli bir avtomobil kirayəsi şirkəti üçün bir öngörücü risk modeli yaratmışdır. Nəticələr şirkətin qiymət strategiyasında, o cümlədən müştərilərə təqdim olunan sığorta haqlarının təyin olunmasında istifadə olunur.

"Yaş, avtomobil modeli, sığorta növü, kirayə götürülmüş gün sayı və yerlə  itkilər arasında əlaqəni tapan bir model yaratdıq. Məhdud nümunə ölçüsü və məlumat nöqtələrinə baxmayaraq, bu modeldən istifadə edilərək tapılmış proqnozlar 70 faiz ehtimalla düzgündür. Kiçik və yüksək riskli müştərilərin segmentləşdirilməsi zamanı model daha yüksək uğur qazanmışdır ", - deyir cənab Snepvangers.

Van Ameyde müvəffəqiyyətli bir proqnozlaşdırma modelini hazırlamaq üçün əsas şeyin dəqiq qoyulmuş hədəflər olduğunu təsbit etdi. "Müştərimizdən soruşduq ki, tam olaraq nəyə nail olmaq istəyirsiniz? Dəqiq müəyyənləşdirilmiş son-oyun təhlillərdə hansı məlumatların istifadə ediləcəyini müəyyən edərkən bütün fərqləri yaradır ", - deyə Snepvangers açıqlayır.

Risk profilləri də sığorta sənayesində istifadə olunur. Bu, sığortaçılara izin verir ki, istehlakçıları qruplaşdırsın və müştəri istəyinə görə yeni həllər tapsın. Bir digər tərəfdən bu qanunvericiliyin detallarına, sığorta müraciətlərinə və kiminsə ola biləcək bütün tələblərinə əsaslanan zənginləşridilmiş istehlakçı profillərindən də istifadə edir. Bütün data hər bir istehlakçının detallı profilinin yaradılmasında istifadə olunur.

Sığortaçı tələbləri azaltmaq üçün qanunvericilərin həll təklif edən risk meneceri kimi yeni bir rol üstlənə bilər.

Hər birimizin həyata keçirdiyi sığorta siyasətinin növü bizim həyat tərzimiz haqqında çox şey söyləyir. Əgər tələb və siyasət məlumatlarını birləşdirsəniz, çıxarılan sığorta səviyyəsinin müəyyən etdiyi risk miqdarı ilə zərərin sayı və dərəcəsi ilə müəyyən edilən faktiki risk arasında əlaqə var olduğunu görə bilərsiniz. Profillər indi avto telematikası kimi könüllü paylaşma sxemlərindən əldə edilən əlavə məlumatlarla zənginləşdirilə bilər.

Cənab van der Hooft deyir: "Biz böyük məlumatlardan danışmaq istəmirik, çünki biz əslində bütün mövcud məlumatları istifadə etmirik. Eyni zamanda müştərilər aşağı sığorta mükafatları kimi əhəmiyyətli fayda görürlərsə, məlumatları paylaşmağa meyilli olurlar, gizlilik üzərində həssaslıq çox vacibdir."

"Bəzi Avropa ölkələrində, dolandırıcılığı aşkar etmək üçün sosial media vasitələrindən istifadə etmək tamamilə məqbuldur, digərlərində isə qanuna qarşıdır. Marketinq seqmentləşdirmə məqsədilə ictimai medianın məlumatları, hüquqi olsa belə, bəzi potensial müştəri qrupları arasında hələ də tabu kimi qarşılana bilər. Könüllü bir araşdırma da yaxşı işləyə biləcək metodlardandır. "

Qondarma sorğuların aşkarlanması da sənaye məsələsidir. Van Ameyde artıq süni intellekt alqoritmlərini istifadə edir. Bunlar şirkətin fırıldaqçılıqlara qarşı qabiliyyətini artırır, lakin onlar da ehtimal olunan xəyanətkar davranışı öngörürlər. Bütün bu məlumatlar daha sonra analitik modelə qaytarılır.

Müəyyən müştəri qrupları üçün risk profilləri yaratmaq da dəqiq bazar seqmentasiyası və daha çox kişisəlləştirilmiş xidmətlərin və qiymətləndirmə sxemlərinin dizaynını təmin edir. Misal olaraq avtomobil sığortası üçün təhlükəsiz sürücülük və istifadə əsaslı sxemləri götürək, bu sürücülər üçün daha dəqiq tariflərə yol açdı.

Van Ameyde, sənayenin risk profilləri ilə daha çox qazanc əldə edə biləcəyinə inanır. Sığortaçının tələblərini azaltmaq üçün məsləhət təklif edən sığortanın risk meneceri kimi yeni bir rol ala bilər.

"Daşqınlıq riski olan sahələrdə yaşayan insanları misal götürün, daşqın möhkəmliyini artıracaq və eyni zamanda hədlərini artırmaq, havalandırma kəmərlərini qoymaq və ya bahalı ev əşyalarını saxlama zirzəmidə yox amma birinci mərtəbə də saxlamaq kimi tədbirlərin görülməsi tövsiyyə edə bilər." -  Van der Hooft deyir.

"Risk idarəetmə sənayesində qiymətləndirmənin dəqiqliyi riskin ötürülməsi strategiyasına təsir göstərir. Bütün bunlar üçün əsas məlumatdır. Məlumatlar strukturlaşdırılmış, mərkəzləşdirilmiş və etibarlı olarsa, hərtərəfli risk qiymətləndirmələrini edə bilərsiniz. Ayrıca, şirkət daxilində baş verən itkilər barədə tam məlumatınız olacaq. Bu möhkəm bir qiymətləndirmə, risklərin azaldılması və risklərin idarə edilməsi strategiyasının əsasını təşkil edir. "

Aysel Kazımova

None