[email protected] +994997971227

Data analitikası və dünyadakı trendlər

Əsas səhifə >Data bloqu >Data analitikası və dünyadakı trendlər

Data analitikası və dünyadakı trendlər

Artıq son illərin trendinə çevrilmiş terminlərdən biri də Data analitikasıdır. Hərçənd ki bu sözə artıq termin demək olmaz çünki gündəlik həyatımızın bir çox sahələrində bu ifadəyə tez-tez rast gəlirik. Gəlin görək bu data analitikası nə deməkdir, niyə son üç-dörd il ərzində bu qədər populyarlıq qazanmışdır?

İstənilən sahədə (biznes, iqtisadiyyat, dövlət idarəçiliyi, hərbi idarəetmə, idman və s) hər hansı bir məsələ ilə bağlı qərar vermək üçün məlumat və birdə bu məlumatı analiz edəcək zəkaya -insan beyninə ehtiyac vardır. Qısaca təsvir etsək qərar vermək üçün lazım olan informasiyaya data, bu informasiyanı təhlil edib anlamlı bir nəticə çıxarmaq üçün istifadə olunan bütün metod və vasitələr toplusuna isə analitika deyə bilərik. 

 

Data anlitikası iqtisadi bir trend kimi..

Bəzi iqtisadçı ekspertlərə görə data analitikasının bu qədər əhəmiyyət qazanmasının səbəbi sənaye 4.0  mərhələsinə keçidlə bağlıdır. Aydındır ki, istehsal prosesində avtomatlaşdırmanın təkmilləşməsi,süni intellektlə çalışan robotların istifadəsi, eyni zamanda informasiya texnologiyalarının yüksək sürətlə yayılması və inkşafı – bütün bunlar indiyədək görünməmiş yeni iqtisadi təsirlər meydana gətirmişdir. Rəqəmsal texnologiyaya keçid iqtisadiyyatın bütün sahələrində fundamental əsaslı dəyişikliklərə yol açır. Belə informasiya texnologiyaları sayəsində gündəlik davranışlarımızla bağlı çox böyük həcmdə informasiya istehsal olunur. Bu məlumat bazasından düzgün şəkildə istifadə etmək üçün məhz data analitikası köməyə çatır.

 

Simens Şirkətininin CEO-su Coy Kayser çıxışlarını birində datanı 21-ci əsrin nefti adlandırıb. O hesab edir ki, yaxın gələcəkdə data və onun istifadəsi iqtisadiyyatın ən əsas istehsal amillərindən birinə çevirəcək və inkişaf etmiş cəmiyyətlərin iqtisadi, sosial və demokratik inkişafının əsası da bu amildən əhəmiyyətli dərəcədə asılı olacaqdır.

İqtisadiyyatın ən aktiv qollarından biri də davranış iqtisadiyyatı (ing. behavioral economics) hesab olunur. İnsanların iqtisadi qərarvermə və davranışlarının öyrənən bu sahə data analitikasının ən effektiv şəkildə tətbiq olunduğu sahələrdən biridir. Belə ki internetə çıxışı olan alətlərin (internet of things) geniş istifadəsi istehlakçı davranışları barədə zəngin məlumat toplamağa imkan verir. Rəqabət şəraitində müştəriləri barədə daha çox məlumatlı olan şirkət isə avtomatik olaraq rəqibləri qarşısında üstünlük qazanmış olur.

Marketinqdə data analitikasının tətbiqi

Marketinqin çoxsaylı tərifləri mövcud olsa da ona qısaca belə izah verə bilərik.M arketinq şirkətlərin müştərilərlə davamlı və dayanıqlı əlaqələr quraraq, bu əlaqələri bazar imkanları çərçivəsində dəyərə çevirmək üçün istifadə olunan üsul və vasitələr toplusudur. Bugün data analitikasının imkanlarından xüsusilə də big datadan ən çox istifadə edən şirkətlər arasında Facebook, Google, Apple, Microsoft kimi dünya nəhəngləri yer alır. Qeyd edək ki, şirkətlərin marketinq strategiyalarının qurulması zamanı data analitikası əvəzsiz rol oynayır. Aşağıdakı misallarla daha aydın izah edək.

  1. Reklam strategiyası – reklamlar şirkətlərin öz potensial və real müştərilərilə bir növ ünsiyyət vasitəsi rolunda çıxış edir. Bu mövzuda ən yaxşı nümunəni Facebook şirkətinin timsalında göstərmək olar. Belə ki, Facebookda qarşınıza çıxan bütün məhsul və ya xidmət reklamlar sizin bəyənmələrinizin (like) və axtarışlarınızın, etiketləmə və s. kimi fəaliyyətlərinizlə birbaşa əlaqəlidir.  Bu məlumatlar sayəsində şirkət idarəçiləri sizin zövqlərinizi müəyyən edə, psixoloji kimliyiniz haqqında və hətta 10 il sonra xərçəng xəstəliyinə tutulma ehtimalınız barəsində belə müəyyən proqnozverici modellər qura bilərlər.

  1. CRM (customer relationship management) – müştəri əlaqələri menecmenti – sirr deyil ki, şirkətlər hər zaman öz müştəriləri ilə uzunmüddətli, dayanıqlı əlaqələr qurmaq niyyətindədirlər. Bunun üçün ilk və ən önəmli addımlardan biri də müştlərilərin davranışlarını izləmək və onlar haqqında mümkün olduğu qədər daha çox məlumat toplamaqdır. Çox bəsit örnək verəsi olsaq, supermarketlərdə səsləndirilən musiqi və ya qoxu kimi amillərin müştərilərin istehlakçı davranışlarına təsiri ilə bağlı müsbət və ya mənfi əlaqəni aşkar etmək data analitikası (reqressiya metodu) vasitəsilə mümkündür.

 

Xülasə

Və nəhayət görünən odur ki, data analitikası dünyada və ölkəmizdə öz əhəmiyyətini və populyarlığını getdikcə artırmaqdadır. Və bu proses sadəcə bir trend kimi qalmayıb, bütün növ istehsal və ya xidmət sahələrində fundamental ağırlıqlı bir dəyişimə yol açmaq potensialına sahibdir.

Çox yeni bir sahə olmasına baxmayaraq, heç əksər universitetlərdə tədris olunmasa belə, artıq bu sahə ən gəlirli peşələr siyahısında yer almaqdadır.

 

Necə deyərlər artıq 21-ci əsrdə yaxşı yaşamaq üçün peşəsindən asılı olmadan hər kəs sözün əsl mənasında datadan pul çıxarmağı bacarmalıdır.

 

Daha çox oxu:

Data Analitikası və onun sahələri 

Data Analitikasına gedən yol

Ən yüksək ödənişli işlər siyahısı

Nurlan Rəhimli

None