[email protected] +994997971227

Big data sığorta sahəsinə necə yardım edir?

Əsas səhifə >Data bloqu >Big data sığorta sahəsinə necə yardım edir?

Big data sığorta sahəsinə necə yardım edir?

Big data sığorta sahəsinə mühüm təsir göstərmişdir. Big datanın yardımı ilə, sığorta şirkətləri riskləri daha dəqiq hesablaya bilmiş, müştərilərə daha uyğun sığorta məbləği (premium) təklif edə bilmiş, fırıldağçılıq təşəbbüslərin təxmin edə bilmiş, xüsusiləşdirilmiş məhsul və xidmətlər (personalized products) təkilf edə bilmişdir. Əvvəlki cümlədəkiləri icra edə bilmək üçün sığorta şirkətləri geyiləbilinən (wearable technology) tibbi avadanlıqlar kimi məlumat “xammalı” mənbələrindən istifadə etmişdir. Sığorta sektoru artıq risk və sığorta məbləği (premium) hesablama üsulları, fırıldaqçılığın aşkarlanması və təkliflər üzərində inkişafı əldə etmişdi. Amma daha çox məlumatın yaranması (big datanın yardımı ilə) sığorta şirkətlərinə əvvəlkindən daha dəqiq proqnoz verməyə imkan verdi.

Big datasız sığorta sektoru

Big data olduqca yeni fenomendir və şübhəsiz ki, sığorta sahəsi onsuz tamamilə fərqli idi. Bəs sığorta sahəsi big datasız necə işləyirdi? Sizə buna dair bir neçə ssenari təqdim edirik:

  • Risklərin hesablanması – Sığorta şirkətləri riskləri dəyərləndirməmiş və ya hesablamamışdan əvvəl bir neçə amili nəzərə alırdı. Misal üçün, tibbi sığorta zamanı yaş, sağlamlıq profili, siqaret və ya spirtli içki qəbul eləmə kimi amillər nəzərə alınırdı. Sığorta məbləği (premium) riskin dəyərləndirməsindən asılı idi. Amma bu metod bir çox digər amilləri nəzərə almırdı: bu hesablama risklərə 360 dərəcəlik baxışa icazə vermirdi (360-degree view of risks).

  • Fırıldaqçılığın aşkarlanması – Dələduzluğa təşəbbüs sığort sahəsi üçün bəla sayılırdı və buna qarşı bir neçə aşkarlama metodları tətbiq olunurdu. Məsələn, kimsə dələduzluğa təşəbbüs göstərsə, sığortaçı bu şəxsə aid olan detalları qeyd edir və gələcəkdə həmin şəxsdən olan hər təklif rədd olunur. Amma bu metod dələduzların sayını azaltmır. Buna görə də, sığortaçıların bundan daha fərqli bir şey etmələrinə ehtiyacları vardır.

  • Xüsusiləşdirilmiş məhsullar – Sığorta şirkətləri həmişə müəyyən miqdarda xüsusi qruplar (və ya şəxslər) üçün məhsullar təklif ediblər. Amma bu məhsullar individual deyil çox vaxt qrup və kateqoriyalar əsasında təqdim olunurdu.  Məsələn, 30-45 yaş arası icraçılar (executives) üçün xüsusi dizayn edilmiş məhsullar və xidmətlər vardır. Ancaq individual ehtiyaclar üçün belə məhsul və xidmətlər təklif eləmək şirkətlər üçün həmişə çətin olmuşdur.

Big datanın sığorta sahəsinə təsiri

Big datanın sığorta sahəsində köklü dəyişikliklərə yol açmadığını anlamaq çox vacibdir. Big data sadəcə sığortaçılara riski dəyərləndirməkdə və müştərilərin ehtiyaclarını anlamaqda çox yüksək dəqiqlik qazandırmışdır. Aşağıda big datanın sığorta sahəsində təsirləri açıqlanmışdır:

Daha uyğun sığorta məbləği təyin etmək

Mütəxəssislərin də təsdiqlədiyi kimi sığorta məhsulu üçün sığorta məbləği təyin etmək mürəkkəb işdir. Sığortaçı əmin olmalıdır ki, təklif edilən sığorta məbləği həm müştərinin cibinə uyğundur, həm də şirkət bu təklifdən qazanclı çıxacaq. Sığorta dünyası çox rəqabətcil bazardır, çünki müştərilər alacaqları paketin qiymətinə görə onları dəyərləndirirlər. Doğru sığorta məbləğini təyin etmək üçün riskli hadisənin (sığorta şirkətinin sizə ödəməsi üçün lazım olan bədbəxt hadisə) baş vermə ehtimalını dəqiq dəyərləndirmək çox vacibdir. Məsələn, ürək xəstəsi olan bir insanın kardioloji müalicə üçün sığortanı tələb etmə ehtimalı yüksəkdir.

Sığorta şirkətlərinin potensiyal müştərilər haqda daha çox məlumat əldə etmək üçün dataya ehtiyacları var. Onların indi müştərilər haqda çoxölçülü məlumatlarla (davranışlar, maddi vəziyyət, kredit reytinqi, aludəçilik tarixçəsi və digər amillər) zəngin dataya girişləri var. Data sığortaçılara tələblərin mümkünlük və risk ehtimalını dəqiq dəyərləndirməyə yardımçı olur. Avtomobillərin sığortası sahəsi buna yaxşı nümunə ola bilər. Bəzi avtomobillərin sığortası şirkəti sığortaçıları müştərilər haqda həqiqi zamanlı (real-time), detallı məlumatla təmin edə biləcək telemetri texnologiyasına əsaslanan paketlər təklif edir. İnformasiya maşına quraşdırılmış cihazdan və ya sürücünün ağıllı telefonundakı tətbiqdən sığortaçının serverinə ötürülür. Misal üçün, bu cihaz və ya tətbiq avtomobilin orta sürülmə sürəti, qəzaların sayı, yol qaydalarının pozulma sayı və digər dəyişənlər haqda məlumatı ötürmə gücünə sahibdir. Belə data müştəri haqda profil yığmaq üçün ölçüyəgəlməz köməklik deməkdir.

Risklərin daha yaxşı dəyərləndirilməsi

Fitbit və Apple ağıllı saatları kimi insanın fəaliyyət profilini qeydə alan geyiləbilən cihazlar tibbi sığorta şirkətlərinə riskləri dəyərləndirmək üçün mükəmməl vasitələr sayılır. Belə cihazlar sığortaçıları risklərin dəyərləndirilməsində dəqiqliyi artıracaq böyük miqdarda data ilə təmin edir. Accenture-ə istinadən,hal-hazırda sığorta şirkətlərinin 1/3-i bu cihazlardakı analizlərə əsasən öz məhsullarını təklif edirlər. Misal üçün, Hancock – məşhur sığorta təminatçısı – sığorta məbləğində endirimlər və pulsuz Fitbit cihazı təklif edir. Müştərilər öz səhhətlərini yaxşılaşdıraraq əlavə endirimlər əldə edə bilərlər. Sağlamlıqları yaxşılaşsa, risk azalacaq, beləcə sığorta məbləği də azalmış olacaq.

Dələduzluğun qarşısının alınması

Sığorta sahəsində ən böyük çətinliklərdən biri də dələduzluğa qarşı mübarizədir. Big data sığorta şirkətlərinə profil yaratma və proqnozlaşdırma modelləri ilə bu mübarizədə dəstək olur. Məsələn, hər hansı bir müştərinin dəyişənləri keçmişdə olan dələduzun dəyişənləri ilə müqayisə olunması. Bu dəyişənlərə müştərinin şəbəkəsi, sosial medya hesabındakı data və s. nümunə ola bilər. Əgər müəyyən uyğunluqlar tapılsa, sonra yenidən daha dərin tədqiqat edilməsi üçün işarələnir. Data belə uyğunluqların tapılması və araşdırılmasını daha asan və səmərəli edir. Əvvəllər hər şey əllə idarə (manual) olunurdu və bu iş çox mürəkkəb sayılırdı.

Sonda bildirmək istərdik ki, big datanın istifadəsinin öz çətinliyi vardır. Belə ki, sığortaçılar big datadan istifadədə müştəri məxfiliyini qorumaq və datadan istifadə etmək balansını qorumalıdırlar.

Əli Kazımov

None