[email protected] +994997971227

Big data haqqında bilməli olduğunuz 5 mövzu

Əsas səhifə >Data bloqu >Big data haqqında bilməli olduğunuz 5 mövzu

Bulud (cloud) kimi Big data da hər kəsin haqqında danışdığı amma çox az insanın mənasını, nə üçün lazım olduğunu bildiyi bir termindir. Hər gün şirkətə göndərilən böyük miqdarda məlumatların qəbul edilməsi və onları asan anlaşılan hesabat və rəqəmlərə tərcümə edilməsinə cavabdeh olan mütəxəssislər (CTO) üçün, həqiqətən, böyük məlumatların əldə olunması çox vacib nüansdır. Ona görə də, böyük məlumatları tam potensialından istifadə etməmək əslində pul itirmək deməkdir və bu şirkət və ya CTO üçün yaxşı hal deyil.

Big data nədir?

Big datanın mənasını izah edən bir çox tərif var, lakin ümumi olaraq, hər tərifin ortaq nöqtəsi big datanın iş prosesində yaradılan çox sayda işlənməmiş və emal olunmamış məlumatla məşğul olmasıdır. Məsələn, veb-sayta big data yönündən baxsaq, veb-sayta hər bir daxil olma, elektron poçtun açılması, əməliyyatların edilməsi və s. ilə gətirilən çoxlu məlumatların təhlili deməkdir. Bu mövzuda toplanan məlumatlar biznesi inkişaf etdirmək məqsədilə düzgün biznes strategiyasını müəyyənləşdirmək və dəyişikliklər etmək üçün təhlil edilə bilər. Hər hansı bir şirkətin uzunmüddətli müvəffəqiyyəti üçün bu çox vacibdir.

Big data puzzle-a bənzəyir. Onu sizin şirkətin leyhinə işləyəcək şəkildə qurun və şirkətinizin inkişafına tamaşa edin. Burada ilk öncə bilməniz gərəkən beş şey var.

1. Big data (nisbətən) sadə ola bilər

Big datadakı trend böyük proqram şirkətlərində özünü göstərir. Əslində, sənaye liderləri, böyük paketli həllər təklif etməklə, həmişəkindən daha sürətli və daha asanlıqla big datanı tətbiq etməyə imkan yaradırlar. Bu həllər müəssisələrə big data taktikasından istifadə etməyə kömək etmək üçün lazım olan həm avadanlıq, həm də proqram təminatını əhatə edir.

Big Datanın paket həlləri bazara daxil olana qədər Hadoop big datanın inkişaf etdirilməsində ön sıralarda idi. Bu açıq qaynaqlı proqram təminatı framework-ü hələ də big data bazarında çox güclü bir oyunçu olaraq qalsa da, daha az resursu olan bir çox müəssisə, daha sürətli və daha asanlıqla başlaya bilsinlər deyə paket həllərə meyl edirlər.

 

2. Statistika hələ də başqarışdırıcıdır

Big data işin böyük hissəsini həll etsə də, sonda əldə olunan statistika səhv şərh olunması hər şeyi məhv edə bilər. Big datanın hər hansı bir framework-ünü qurarkən bu çox vacibdir. Menecerlər və marketoloqlar düzgün statistikanın müəyyənləşdirilməsində və hər gün əldə edilən məlumatlar toplusundan statistikanın əldə edilməsinin ən yaxşı yolunu təyin etməkdə böyük rol oynamalıdırlar. Bunu etmədən, CTO'lar səhv statistik nömrələrlə səhv bir mənzərəni canlandırmaq riski daşıyırlar. Bunun necə baş verə biləcəyinə dair nümunə kimi tədqiqatçı Lev Manoviçin sosial şəbəkələrin təhlili ilə bağlı apardığı araşdırmanı qeyd edə bilərik. O, sosial şəbəkə saytlarından məlumatların adətən bütöv bir qrupu deyil, bir qrupdakı insanların yalnız bir hissəsini təmsil etdiyini aşkar etdi.
 

3. Big data ucuz başa gəlmir

Big data həllərinin əhəmiyyətini və ona olan ehtiyacımızı ali rəhbərliyə inandırmağa çalışan CTO-lar üçün həmin həllərin həyata keçirilməsi ilə bağlı xərclər böyük bir maneə ola bilər. Big data hələ nisbətən yeni olduğu üçün, təəssüf ki, məsələ ilə bağlı çox statistika yoxdur. Deyilənlərə görə, CEO-ları bu vasitələrin tətbiqinə inandırmağa kömək edən bəzi araşdırmalar var. Ayrıca, rəqiblər big data ilə uğurlu olacaqlarsa, bu, CEO-ların investisiyanın potensial geridönüşü (investment return) baxımından axtaracaqları yaxşılığa yozulan bir işarədir.

 

4. Big data gəlir əldə etmək üçün yeni imkanlar aça bilər

C səviyyəli idarəçilər (CEO, CTO vəs.) xərcləməyə dəydiyinə əmin olmaq üçün big dataya giriş əldə etməklə qazanıla biləcək bilik və fürsət miqdarını hesablamalıdırlar. Liderliyin optimallaşdırılması, sosial şəbəkələrin uğurunun təhlili və kontent marketinqinin təsirlərinin nəzərdən keçirilməsi sayəsində şirkətlər öz biznesləri haqqında daha çox məlumat əldə edə bilərlər. Əlavə olaraq, müştərilərinin tələb etdiyi və istədikləri şeylərə uyğun olaraq daha şüurlu hərəkət edə bilərlər. Daha çox şirkət big datadan istifadə etməyə başladığından, tədqiqatlar və statistika tədricən müvəffəqiyyətli yanaşmalar ortaya çıxarmağa başlayır.

 

5. Şirkətlər müvəffəqiyyətə uyğunlaşmalıdırlar

2010-cu ildə Stiv Lavall, Erik Lesser, Rebekkoy Şokli, Maykl S. Hopkins və Nina Kruşvits tərəfindən aparılmış tədqiqat göstərdi ki, ən effektiv şirkətlər aşağı performanslı şirkətlərdən beş dəfə çox big datadan istifadə edirlər. Bu tədqiqat göstərir ki, big data dəqiq olaraq qalmaq və ən qiymətli məlumatlarla təmin olunmaq üçün mövcud sistemlərlə birlikdə həyata keçirilməlidir. Təəssüf ki, bu, CTO-ların, əsasən, buna çəkilən xərclərə və CEO-nun big dataya sərmayə qoymasına inandırmaqda çətinlik çəkdiyinə görə mübarizəni davam etdirdiyi bir şeydir.

Reallıq budur ki, bu yanaşmanı tətbiq etməyən şirkətlər getdikcə rəqabət edə bilmirlər və istər-istəməz məlumatları izləmək və cavab vermək üçün bir sistemə sahib olanlardan geri qalacaqlar.

Big data və böyük dəyişikliklər

Yeni rəqəmsal tendensiyalar və istehlakçı davranışları müxtəlif mənbələrdən gələn məlumatların böyük həcmlərini təhlil etmək üçün yeni yollar tələb edir. Big data bunu etməyin bir yoludur və həyata keçirilmədən, bir çox müəssisə mümkün olan ən yüksək səviyyədə rəqabət etmək əvəzinə gəlir dalğasının arxasında qalacaqlar.

Əli Kazımov

None