Yeni başlayanlar üçün ən yaxşı 10 excel funksiyası
Funksiyalar Excel-in ən vacib xüsusiyyətlərindən biridir. Belə ki, funksiyalar bizə əsas hesablamaları həm sadə, həm də mürəkkəb şəkildə yerinə yetirməyə kömək edir.
Əgər Excel üçün yeni birisinizsə, haradan başlamaq lazım olduğunu anlamaq biraz çətin ola bilər. Bir çox funksiya və düstur var ki, hamısını öyrənmək bəzən qeyri-mümkün bir iş kimi görünür.
Bu məqsədlə başlanğıc üçün 10 işinizə yarayacaq yaxşı Excel formulalarının siyahısını tərtib etməyi qərara aldım.
SUM Excel-in ən sadə riyazi funksiyasıdır. Bu funksiya verilən dəyərlərin cəmini geri qaytarır. SUM, 255 fərdi arqumentə cavab verə bilər.
SUM funksiyasının sintaksisi aşağıdakı kimidir:
=SUM (number1, [number2], [number3], ...)
Arqumentlər
number1 - Cəmləşdiriləcək ilk dəyər.
number2 - [istəyə bağlı] cəmi ikinci dəyər.
number3 - [istəyə bağlı] Üçüncü dəyər.
Average Exceldə istifadə olunan statistik funksiyalardan biridir və verilən diapazonda rəqəmlər içində orta arifmetik dəyərin hesablanması üçündür. AVERAGE funksiyası məntiqi dəyərlərə, boş hüceyrələrə və mətn olan hüceyrələrə məhəl qoymur.
AVERAGEA funksiyası eyni zamanda bir qrup ədədin ortalamasını (arifmetik ortalamasını) hesablayır. Bununla birlikdə, FALSE məntiqi dəyəri və mətn olan hüceyrələr 0, TRUE isə məntiqi dəyəri 1 ilə qiymətləndirir. AVERAGEA funksiyası boş hüceyrələrə də məhəl qoymur.
İF Exceldə ən çox istifadə olunan məntiqi funksiyalarından biridir və hər hansı şərtin yerinə yetirilib-yetirilməməsinin nəticəsini bizə verir. Məsələn, əgər bizim satışlarımızından əldə etdiyimiz gəlirlər 800 manatdan yuxarıdırsa bizə “Satış əladır” kimi mesaj çıxar, əks halda “Satış zəifdir” kimi tamamilə fərqli nəticəni geri qaytar. Bunu funksiya kimi yazmazdan əvvəl İF funksiyasının sintaksisinə nəzər yetirək:
=IF (logical_test, [value_if_true], [value_if_false])
Arqumentlər
- logical_test - Həqiqət və ya Yalan kimi qiymətləndirilə biləcək bir dəyər və ya məntiqi ifadə.
- value_if_true - Məntiqi ifadə TRUE qiymətləndirdikdə qayıdacaq dəyər.
- value_if_false - Məntiqi ifadə FALSE qiymətləndirildikdə geri qaytarılacaq dəyər.