Maliyyə Analitikinin SQL öyrənməsinə ehtiyac varmı?
Ziddiyyətli tərəflər maliyyəçilərin SQL öyrənməsində heç bir əsasın olmadığını iddia etsələr də sürətlə inkişaf edən texnolojiya dünyası departametlər arasındakı kəskin sərhədləri ləğv edir. Bir çox kollektivlər çarpaz funksionaldırlar və data bulud bazasında saxlanılsa belə əməliyyatların Agile və Scrum prinsiplərinə əsaslanmasına yüksək önəm verirlər. Bu da hər bir maliyyəçinin niyə SQL və Pyhton-a ehtiyacı olduğuna açıq dəlildir.
SQL və Maliyyə
Data və maliyyə qeydləri bütün maliyyə analizlərinin özəyini təşkil edir. SQL maliyyə sektoruna tətbiq edilə biləcək ən möhtəşəm proqramlaşdırma dilidir. Bu funksiyanallığı bulud datası, çarpaz funksional kollektivlər və daima inkişaf edən, dəyişən və yenilənən databaza faktorlarını birlikdə düşünəndə hər bir yeni maliyyə analitikinin əsas baza SQL texnikalarından xəbərdar olmasının vacibliyini anlamaq daha asan olur. Bir çox insan düşünür ki, SQL-i öyrənmək çətindi və yüksək riyazi bilik tələb edir.
Əslində SQL datanı saxlamağın, müxtəlif yerlərə köçürməyin, müxtəlif daxili və xarici bazadan gələn məlumatların analiz etməyin, ehtiyac anında bazadan uyğun datanın çıxarılmasının, analizə əsaslanan qərarların verilməsinin, düzəliş edilmiş datanın üzərində yeni skriptlərin yazılmasının, müəyyən gün üçün səhm qiymətlərini və data üzərində istifadə edilə biləcək saya bilməyəcəyimiz bütün funksiyaların istifadə edilməsinin ən asan yoludur.
Maliyyə analitikasında qərarı əsalandırmaq və ya üzərində fikir bildirmək üçün datadan daha yaxşı əvəzləyici yoxdur. SQL datanın düzənlənməsində o qədər mükəmməl olmasa da həqiqətən sorğu üçün ən ideal vasitədir, heyrətləndirici bir arxa bazaya sahibdir, çox az filterlə işləyir və deklarativdir.
Phyton və Maliyyə
Yuxarıda vurğulanan SQL-in faydalarına əlavə olaraq ən çox istifadə olunan maliyyə dili olan Phytonun da hər bir maliyyə analitiki üçün nələr təklif edə biləcəyinə nəzər salaq. Phyton proqramlaşdırmanın çətinliklərini və lazimi olan riyazi məqamlara nəzarəti öz üstünə götürür.
Phytonu niyə istifadə etməli olduğunuzun səbəblərini sayaq:
- Maliyyə modelləşirmə vasitəsi olan VBA Macros and Excel daha çox yeni başlayanlar üçündür. Phyton bu proqramların gördüyü işlərin öhdəsindən asanlıqla gəlməklə yanaşı əlavə olaraq çox az sayda kod işlədərək və məlumatların ekranda interpolasiyası ilə məhdudlaşmayaraq əlavə funksiyalar təklif edir.
- Sınaq strategiyaları və hərraclar C əsaslı kodlaşdırma ilə müqayisədə Python kod və alqoritmləri ilə daha sadələşir.
- Data analitikası SQL-dəki idxal sorğuları və daha mürəkkəb inferensial təhlillərin hazırlanması ilə sadələşdirilir.
- Bu sahədə geniş və açıq mənbəli kitabxanalar var.
Əgər hər hansı proqramlaşdırma dili öyrənmək istəyirsinizsə bunu kariyeranızın ən başında etməniz və daha uğurlu gələcək əldə etmə ehtimalınızı artırmanız daha məqsədəuyğundur. Yaşlı nəsil SQL, Phyton və digər prqramlaşdırma dillərinin çətin və uyğunlaşmanın imkansız olduğunu düşünürlər. Əslində inkişaf edən Lisp, Haskell və R kimi proqramlaşdırma dillərinin də bazarda kifayət qədər şansı var.
Siz heçvaxt bilə bilməzsiniz ki gələcəkdə işləyəcəyiniz şirkət hansı proqramdan istifadə edəcək. Ona görə də bacarıqların uyğunlaşdırılması kariyeranın ilk illərində qarşılaşılan ən böyük problemdir. Həm texniki, həm də əvzedilməyən bəzi bacarıqlar var ki, maliyyə analitikini işlədiyi hər hansı sahədə daha uğurlu olmağa kömək edir. Məşhur İmarticus Akademiyasında maliyyə təhlilçisi kursu keçmək, sizə ən asan və əsas bacarıqları əldə etməklə hərtərəfli maliyyə analitik sertifikatını almanızı təmin edəcək.
Source: https://blog.imarticus.org/does-financial-analyst-need-sql-financial-analysis-blog/